N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə76/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   72   73   74   75   76   77   78   79   80

şəraiti nəzərə almaqla hazırlamaq olar. Azərbaycanın yerləşdiyi
Cənub Qafqaz regionu tarixən mürəkkəb geosiyasi mənzərəsi ilə
fərqlənib. XX əsrin sonu – XXI əsrin əvvəllərində isə burada daha
mürəkkəb bir vəziyyət yarandı. Böyük dövlətlərin regiondakı ma-
raqlarını təmin etmək üçün güzəştsiz mübarizə aparması ilə yanaşı,
yerli dövlətlərdən birinin işğalçı siyasət yeritməsi müstəqil Azərbaycan
dövlətçiliyi üçün ciddi problemlər yaratdı.
Azərbaycanın güclü dövlət konseptini seçməsi və onu ardıcıl
olaraq həyata keçirməsi tarixi bir prosesdir. Bir tərəfdən, təcavüzkarla
mübarizə aparmaq, digər tərəfdən isə, böyük dövlətlərin maraqlarını
tarazlaşdırmaq müdrik addımlar, gərgin zəhmət, böyük səylər və
ikiqat fəallıq tələb edirdi. Məhz bu səbəbdən güclü dövlət konsepti
ilə regional liderlik arasında uzlaşmanı dəqiq düşünülmüş xarici
siyasət kursu təmin edə bilərdi.
İndi analitiklər, politoloqlar və diplomatlar Azərbaycanın bu məq -
sədə necə çatmasını araşdırırlar. Bizim təhlillərdə güclü dövlət
konsepti ilə regional liderliyin uzlaşmasının mühüm cəhətləri
göstərilmişdir.
Birincisi, güclü dövlət konsepti və regional liderlik strategiyası
azərbaycançılıq ideologiyasının baza prinsiplərinə əsaslanır. Onlar
ayrılıqda hazırlanmış iki fərqli konsepsiya yox, vahid siyasi-ideoloji
sistemin tərkib hissələridir.
İkincisi, güclü dövlət konseptində mədəniyyəttutumlu suverenlik
mühüm yer tutur. Bu isə güclü dövlətin ilk növbədə iqtisadi,
mədəni, elmi və sosial amillərə əsaslandığını nümayiş etdirir.
Yəni Azərbaycan mahiyyət etibarilə əməkdaşlıq, mədəniyyətlər
və dinlərarası dialoq, bərabərhüquqlu tərəfdaşlıq, başqalarının
daxili işlərinə qarışmayan güclü dövlət qurur. Təbii ki, onun
hərbi qüvvələri də elə səviyyədə olmalıdır ki, bu dəyərləri
qorumaq mümkün olsun. Fəaliyyətində sülhsevərlik, barış, əməkdaşlıq
və mədəniyyətlərin dialoquna böyük diqqət yetirən dövlət, regional
inteqrasiyaya ciddi önəm verməlidir. Bu mənada öz potensialına
görə regionun aparıcı dövləti olmaq iddiası tamamilə təbii görünür.
236


Üçüncüsü, regional liderlik Azərbaycanın Avropa ilə Asiya,
Şərqlə Qərb, Şimalla Cənub, Xristianlıqla İslam arasında
“geosiyasi körpü” rolunu oynamaq imkanlarından qaynaqlanır.
Təcrübə göstərdi ki, ölkəmiz enerji-nəqliyyat dəhlizlərini açmaq və
inkişaf etdirmək qüdrətinə malikdir. Cənub Qafqazda yalnız Azərbaycan
bu missiyanı yerinə yetirə bilir. İndi Azərbaycan müstəqil olaraq Av-
ropanın enerji təhlükəsizliyində strateji rol oynayan beynəlxalq enerji
layihələrini reallaşdırır. Qonşu dövlətlər bu reallığı etiraf edirlər.
Yalnız güclü dövlət iki qitəni birləşdirən “geosiyasi körpü” rolunu
oynamağa qadirdir.
Dördüncüsü, regional liderlik missiyasını yerinə yetirməklə
Azərbaycan qlobal miqyasda sabitliyin bərqərar olmasına xidmət
edir. Tarazlaşmış xarici siyasəti ilə Azərbaycan dünyanın böyük
dövlətlərinin Cənub Qafqazda əməkdaşlığı üçün şərait yaradır.
Bu proses getdikcə daha geniş geosiyasi məkanı əhatə edir. Buradan
belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın güclü dövlət kimi
daha çox inkişaf etməsi regionlararası əməkdaşlıq imkanlarını artı-
racaqdır.
Azərbaycanın xarici siyasətinin qlobal və regional səviyyədə baş
verən geosiyasi proseslər kontekstində təhlili bizi bir neçə aktual
məsələ üzərində düşünməyə sövq edir. Hər şeydən öncə, cəmiyyətin
modernləşməsi ilə xarici siyasətin transformasiyaları arasındakı
əlaqələr maraq doğurur. Cəmiyyətin modernləşməsi daxili və xarici
siyasəti də əhatə edir. Cəmiyyətin sosial, mədəni, iqtisadi, mənəvi-
əxlaqi yeniləşmələri tamamilə yeni mühit yaradır. Burada fərdlərin
davranışı, təhsili, sosiallaşması, maddi təminatı, ideoloji hazırlığı və
başqa göstəricilər dəyişir. Bütövlükdə, cəmiyyətin dəyişməsi siyasi
kursun da yeniləşməsinə gətirməlidir. Buna görə də, modernləşmənin
xarici siyasətin transformasiyasına verə biləcəyi məzmun mühüm
əhəmiyyət kəsb edir. Biz bu kitabda həmin məsələnin bir sıra
aspektinə toxunmağa çalışdıq. “Yumşaq güc”ə istinad edən xarici si-
yasətə transformasiya imkanları üzərində dayandıq. Düşünürük ki,
bu istiqamətdə tədqiqatların davam etdirilməsinə ehtiyac var.
237


Təhlilinə ehtiyac duyulan başqa bir aktual məsələ diplomatiyanın
inkişaf istiqamətləridir. Bəzi analitiklər bununla bağlı müəyyən proq-
nozlar verir (5, 6 və 7). Lakin yeni dünya nizamına keçid başa çat-
madığından, diplomatiyanın transformasiyasına konkret məzmun
vermək çətindir. Ümumi halda “ağıl gücü” konsepsiyasından danışmaq
mümkündür. Yaxın perspektiv üçün “ağıl gücü” konsepsiyasını təmin
edə biləcək diplomatiya haqqında dəqiq bir fikir söyləmək isə riskli
işdir. İnteqrativ diplomatiya və paradiplomatiyanın müəyyən pers-
pektivləri haqqında danışmaq olar. Bu kitabda ayrıca “çoxvektorlu
diplomatiya” ilə bağlı bəzi fikirlərimizi bildirmişik. Diplomatiyanın
bu növlərinin hər birinin perspektivi ola bilər. Lakin onların hansının
yaxın perspektivdə daha səmərəli ola biləcəyi barədə proqnoz vermək
çətindir. Bu sahədə də araşdırmalar davam etdirilməlidir.
Bütün əsər boyu risk və böhranlı situasiyalar diqqətlə nəzərə alın-
mışdır ki, bu da səbəbsiz deyil. Müasir elmi təhlillər risk və ehtimal
nəzərə alınmadan aparılmır. Geosiyasi risklər haqqında az yazılmayıb.
Xarici siyasətin formalaşmasında və proseslərin proqnozunun veril-
məsində hər iki amildən istifadə edilir.
Hesab edirik ki, Azərbaycanda da siyasi təhlillərdə risk, böhran
və ehtimal kimi amillər ciddi surətdə nəzərə alınmalıdır. Çoxvektorlu
xarici siyasət, çoxvariantlı inkişaf modeli, “risk cəmiyyəti” (Böll),
qlobal böhran ssenariləri və s. kimi anlayışları siyasi təhlillərdə
 get dikcə daha çox nəzərə almaq lazımdır (daha ətraflı bax: 8, 9, 10
və 11). Ölkənin xarici siyasətinin növbəti transformasiyasının əsl
mahiyyətini dərk etmək üçün bu cür yanaşmanın prinsipial əhəmiyyəti
vardır.
Azərbaycanın 2020-ci ilə qədərki strateji inkişaf konsepsiyasını
(12) başa düşmək üçün də məhz belə yanaşmaya ehtiyac duyulur. Biz
müxtəlif inkişaf modellərini nəzəri müqayisə etməyi, onlardan dövlətimiz
üçün daha səmərəli olanını müəyyənləşdirməyi bacarmalıyıq.
Nəhayət, onu qeyd edim ki, hər bir əsər insan həyatının, düşüncəsinin
və dünyagörüşünün, xüsusilə dünyada gedən proseslərə münasibətinin
ifadəsidir. Kitablarda həmişə deyilməyən nələrsə olur. Əsas odur ki,
tədqiqatın ruhu oxucuya düşünmək üçün mənəvi qida versin.
238


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə