N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə73/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   69   70   71   72   73   74   75   76   ...   80

“ağıllı güc” siyasətinə tam keçidi milli inkişaf strategiyasının ma-
hiyyətində əks olunmuşdur. Ona görə də, kreativ insanların milləti
olmaq strateji uğurun təməlidir. Cəmiyyətin kreativ zümrəsi nə qədər
çox olsa, daxili və xarici siyasətdə “ağıllı güc” konsepsiyasının
tətbiqi üçün də bir o qədər əlverişli sosial-mədəni baza hazırlanmış
olacaqdır. Modernləşmənin ikinci mərhələsində “ağıllı güc” və ya
“yumşaq güc” konsepsiyası bərqərar ola bilər. Bu mənada demək
olar ki, xarici siyasətin yeni transformasiyası onun daxili siyasətlə
əlaqəsinin yeni səviyyəyə qalxmasına imkan verəcəkdir. Təbii ki,
bu, artıq yeni məzmun və məqsəd kəsb edən bağlılıq olacaqdır. Bu
məqamda çox vacib bir amili qeyd etmək lazımdır.
Problemin başqa mühüm tərəfi xarici siyasət konsepsiyasının
mahiyyəti ilə bağlıdır. “Ağıllı güc” konseptinin reallaşması üçün
xarici siyasət bütövlükdə bəşəriyyətin tərəqqisinə xidmət etməlidir.
Yəni dövlətin xarici siyasəti ölkələr və regionlar arasında əməkdaşlığın
genişlənməsinə xidmət edirsə, onun “ağıllı güc” konsepsiyasına
keçid imkanı yaranır. Xarici siyasət kursunun yalnız sözdə deyil,
əməldə əməkdaşlığa istiqamətləndiyi təsdiqini tapmalıdır. Azərbaycan
bu sahədə özünü artıq tam təsdiq edir. Belə ki, ölkə mütəmadi olaraq
mədəniyyətlər və dinlərarası əməkdaşlığa həsr edilmiş beynəlxalq
tədbirlər keçirir. Azərbaycan Krans Montana Forumu çərçivəsində
“Bakı prosesi” adlanan layihəni həyata keçirməyə başlayıb.
“Bakı prosesi” ideyasını Azərbaycan Prezidenti İlham Əliyev
qonşu regionların və Avropanın mədəniyyət nazirlərinin 2008-ci il
dekabrın 2-3-də Bakıda keçirilən konfransında irəli sürdü. Bu ideya
müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişaf
etdirilməsini nəzərdə tutur. 2009-cu ilin oktyabrında İslam ölkələrinin
mədəniyyət nazirlərinin Bakıda keçirilən “Mədəniyyətlərarası dialoq”
mövzusuna həsr edilmiş dəyirmi masasında “Bakı prosesi – siviliza-
siyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edildi.
Qeyd edək ki, Krans Montana Forumu 1986-cı ildə İsveçrənin
eyniadlı şəhərində yaranmış beynəlxalq təşkilatdır. Onun təsisçisi
isə “Ümumdünya forumu” fondudur. Bu foruma bir çox inkişaf
etmiş dövlətin görkəmli siyasi xadimləri daxildir. “Ümumdünya fo-
rumu” BMT, Avropa Şurası və Avropa İttifaqı ilə sıx əlaqədə işləyir.
227


Avropanın işgüzar dairələri ona dəstək verir. Fondun əsas vəzifəsi
işgüzar dairələrin təmsilçiləri, dövlət və siyasi xadimlərlə əlaqə ya-
ratmaqdan ibarətdir. Onlar arasında dialoq qurmaq üçün konkret
proqramlar həyata keçirilir.
Bunlar göstərir ki, Azərbaycan ən yüksək səviyyədə beynəlxalq
miqyasda həyata keçirilən əməkdaşlıqda iştirak edir. Üstəlik, “Bakı
prosesi”ni başlamaqla ölkəmiz konkret layihə vasitəsi ilə mədəniy-
yətlərarası dialoqun baş tutmasına öz töhfəsini verir. Azərbaycanın
müxtəlif mədəniyyətlər və dinlər arasında dialoq qurmaq istiqamətində
atdığı addımlar yalnız Krans Montana Forumu ilə məhdudlaşmır.
Biz əvvəlki fəsillərdə də qeyd etmişik ki, Beynəlxalq Bakı Humanitar
Forumu mütəmadi olaraq keçirilir. Bu Forum çərçivəsində dünyanın
müxtəlif regionlarından gələn keçmiş prezidentlər, alimlər, filosoflar,
siyasətçilər, Nobel mükafatı laureatları, iqtisadçılar, mədəniyyət xa-
dimləri və s. mühüm qlobal problemlərlə bağlı müzakirələr aparırlar.
Bu müzakirələr çox geniş sahələri əhatə edir.
2011-ci ilin aprel ayında Bakıda BMT, Avropa Şurası, YUNESKO,
İSESKO və “Avronyus”un dəstəyi ilə Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmişdir. Forumda mədəniyyətlərarası dialoqun
konseptual, idarəçilik, siyasi və praktik aspektləri müzakirə olunmuş,
təcrübə mübadiləsi aparılmışdır.
Azərbaycan həm də mədəniyyətlərarası əlaqələrin inkişafına
xidmət edən beynəlxalq konfranslar təşkil edir. Ulu öndər Heydər
Əliyevin xatirəsinə həsr edilmiş “Mədəniyyətlərarası dialoq” adlı
silsilə xarakterli beynəlxalq konfranslar buna gözəl nümunədir.
Həmin konfranslar Moskvada və Bakıda keçirilib. Onun coğrafiyasının
daha da genişləndirilməsi nəzərdə tutulur.
Bütün bu layihələr ümumilikdə Azərbaycanda həyata keçirilən
modernləşmənin ikinci mərhələsinin mahiyyətinə tam uyğundur.
Dövlətimiz daxili və xarici siyasətdə mədəniyyətə, intellektə, huma-
nizmə və sülhə əsaslanan addımlar atır. Bunlar sənaye cəmiyyəti qu-
ruculuğunu tam başa çatdırmadan postsənaye cəmiyyətinin kreativ
zümrəsini yetişdirməyə imkan verir. Paralel olaraq, xarici siyasətdə
228


postsənaye cəmiyyəti üçün daha çox səciyyəvi olan “ağıl gücü”
konsepsiyasına keçid üçün şans yaranır. Düşünürük ki, xarici siyasətin
bu transformasiyası da uğurla başa çatacaqdır.
Beləliklə, müstəqilliyimizin ilk 20 ili müddətində xarici siyasət
iki mərhələdə transformasiyaya uğrayıb. Müdafiə siyasətindən
hücum diplomatiyasına, oradan da “ağıl gücü” konsepsiyasına
keçid baş verir. Birinci transformasiya tam başa çatıb, ikinci isə
hələ davam edir. Azərbaycan yeni mərhələdə regional lider
statusu ilə qlobal geosiyasi oyunçu olmaq məqsədini uzlaşdırır.
Artıq ölkəmiz müstəqil geosiyasi oyunçu kimi özünü təsdiq edib.
Bu səviyyədən qlobal geosiyasi çəkisi olan dövlətə çevrilmək isti-
qamətində inamlı addımlar atılır. Azərbaycan daim inkişaf edir,
daha da qüdrətlənir. Ona indi yalnız coğrafi ərazisinə görə
“kiçik” demək olar.
Nəzəri ümumiləşdirmələr
Xarici siyasətin prioritetlərinin düzgün müəyyənləşdiril məsi milli
dövlətçiliyin inkişaf etdirilməsinin mühüm şərtlərindəndir. Təhlillər
göstərir ki, Azərbaycan yalnız 1993-cü ilin ikinci yarısından xarici
siyasətini sistemli, düşünülmüş və ardıcıl olaraq aparmağa nail
olmuşdur. Ulu ön dər Heydər Əliyev mükəmməl xarici siyasət kursu
hazırlamışdır. Müstəqilliyimizin 21 ili ərzində toplanan təcrübə sübut
edir ki, ölkəmizin xarici siyasət kursu böhranlı situasiyalarda belə
kifayət qədər səmərəlidir.
Xarici siyasətin istiqamətləri ilə prioritetləri arasında daxili əlaqə
vardır. Əsas istiqamətlər zaman və məkan çərçivəsində xarici siyasətin
dövlətin maraqlarına uyğun olan başlıca fəaliyyət vektorlarıdır. Prio-
ritetlər isə konkret zaman və məkan çərçivəsində dövlətin qarşısına
qoyduğu əsas geosiyasi məqsədlərə çatmaq üçün üstünlük verdiyi
vəzifələrdir. Prioritetlər xarici siyasətin əsas istiqamətlərinin hər biri
üzrə həyata keçirilir. Deyək ki, ərazi bütövlüyünün təmini xarici
siyasətin prioriteti kimi əsas istiqamətlərin bütün spektrini əhatə
edir. Bu zaman xarici siyasətin əsas istiqamətləri sırasında
229


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə