N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə71/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   67   68   69   70   71   72   73   74   ...   80

Azərbaycan rəhbərliyi keçən əsrin 90-cı illərinin ortalarında
müstəqil dövlət qurmağa yönəlmiş sosial-siyasi və iqtisadi yeniləşmələrə
təkan verdi. Həmin mərhələ milli dövlət quruculuğuna etatist yanaş-
manın əsası oldu. Bu yanaşmanın təməl konsepti isə Realpolitik idi.
Burada əsas məqsəd Azərbaycanın regional proseslərdə rəqabətə da-
vamlılığını təmin etməkdən və onu Cənub Qafqazın lider dövlətinə
çevirməkdən ibarət idi. Xarici siyasət kursunda bütün bunları nəzərə
alaraq, regional və qlobal miqyasda sağlam əməkdaşlıq sistemi for-
malaşdırmaq ön plana çəkilmişdi.
Heydər Əliyevin aktiv diplomatik fəaliyyəti nəticəsində 2003-cü
ilə qədər Azərbaycan regiona qonşu olan böyük dövlətlər, ABŞ,
Avropa İttifaqı və Uzaq Şərq ölkələri ilə etibarlı əlaqələr qurdu.
Bununla Realpolitik yanaşmaya əsaslanan xarici siyasət daxildə
aparılan islahatlar proqramı ilə ahəngdar şəkildə Azərbaycanın
inkişafını təmin etdi. İki məqsədə nail olundu. Birincisi, Azərbaycan
beynəlxalq miq yasda rəqabət apara biləcək dövlətə çevrildi. İkincisi,
ölkə Cənub Qafqazın lideri oldu.
Bu prosesdə əsas məqamlardan biri ondan ibarət idi ki, siyasi və
iqtisadi modernləşmə prosesi sosial-mədəni transformasiyaları
müəyyən etdi. Həmin mənada Azərbaycanın daxili siyasəti ilə xarici
siyasəti arasında sıx bağlılıq təmin edilmiş oldu. Bu mərhələnin əsas
yekunu Azərbaycanda güclü dövlət konsepti ilə regional lider
statusunun tam uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir. Xarici
siyasət bu prosesdə əsas təminedici amil rolunu oynadı. Burada
müasir tarixi dövr üçün səciyyəvi olan bir sıra səbəblərin təsirini
nəzərə almaq lazım gəlir.
Dünyanın aparıcı dövlətləri güclüdürlər. Onların sayı az deyil.
Faktiki olaraq, həmin dövlətlər dünya miqyasında öz şərtlərini diktə
edirlər. Qloballaşma prosesi qarşılıqlı asılılığı gücləndirdiyindən, bu
proses getdikcə sürətlənir. Ona görə də, müstəqilliyini keçən əsrin
90-cı illərində əldə etmiş ölkələrdə milli dövlət quruculuğu asan
başa gələn proses olmadı. Güclü dövlət qurmaq üçün həmin ölkələr
xüsusi konsepsiya hazırlamalı və onları tədricən həyata keçirməli-
dirlər.
221


Ancaq Azərbaycan üçün problemlər yalnız bununla məhdudlaşmır.
Cənub Qafqaz regionu mürəkkəb geosiyasi vəziyyətdədir. Ermənistan
Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlayır. Təcavüzkar
mövqeyində qalmaqla bölgədə geosiyasi situasiyanı gərginləşdirməkdə
davam edir. Bəzi böyük dövlətlərin Ermənistana havadarlıq etmələri
regiona əlavə gərginlik gətirir. Belə vəziyyət Azərbaycanda dövlət
quruculuğu prosesi qarşısında iki çətinlik yaradır.
Birincisi, dünyanın artıq oturuşmuş, güclü dövlətçiliyə sahib
olan ölkələri yeni güclü dövlətlərin formalaşmasına qısqanclıqla
yanaşır. İkincisi, regionda təcavüzkar siyasət yeridən ölkə və
ona dəstək verən qüvvələr sabitliyin hər an pozulmasına səbəb
ola bilən riskləri artırır. Azərbaycan rəhbərliyi həmin çətinlikləri
aşmaq üçün güclü dövlət quruculuğu konsepti çərçivəsində regional
lider olmağa imkan verən xarici siyasət kursu hazırladı. Bu cür
yanaşma sayəsində regional lider statusu strateji mahiyyət daşıyan
güclü dövlət konsepti ilə tam uzlaşdı.
Prezident İlham Əliyev 2005-ci il oktyabrın 2-də Milli Məclisin
payız sessiyasının açılışında bu bağlılıqda dedi: “Bizim təcrübəmiz
sübut edir ki, seçdiyimiz yol düzgündür. İqtisadi, siyasi və sosial is-
lahatların paralel aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir.
Ölkəmiz üçün çox vacib olan sabitliyi möhkəmləndirir, ictimai-
siyasi vəziyyətə müsbət təsir edir” (4.5.1). Bir neçə sahədə islahatların
paralel aparılması güclü dövlət quruculuğu konseptinin mühüm
tərkib hissəsidir. Prezident İlham Əliyev bu prosesi daxili sabitliyə
nail olmaqla əlaqələndirir. 2007-ci ildə Qazax Olimpiya-idman
kompleksinin açılışında etdiyi çıxışda Prezident konkret ifadə
etdi ki, “bizim məqsədimiz müasir, güclü dövlət qurmaqdır”
(4.5.2, s.178). Yəni ölkədə həyata keçirilən bütün islahatlarda
əsas məqsəd güclü və müasir dövlət qurmaqdan ibarətdir.
Təbii ki, məsələnin bir tərəfi xarici siyasətə bağlıdır. Hər şeydən
əvvəl, aktiv diplomatiya lazımdır. Bu, regional və qlobal problemlərin
həllində iştirak etmək üçün zəruridir. Baxmayaraq ki, Qərb fərqli baxışı
çətinliklə qəbul edir, konstruktiv təkliflərin axtarışı vacibdir. Qlobal əhə-
miyyəti olan proseslərdə bütün dövlətlər bərabər iştirak etməlidirlər.
222


Beləliklə, modernləşmənin birinci mərhələsində ölkənin iqtisadi
inkişafına nail olundu. Cəmiyyətdə davamlı siyasi sabitlik bərqərar
oldu. Yeni dünya nizamı çərçivəsində Azərbaycanın regional və
qlobal proseslərdə aktiv iştirakı təmin edildi. Bunlar isə müdafiə
xarakterli xarici siyasət konsepsiyasından hücum mahiyyətli
xarici siyasət strategiyasına keçməyə imkan yaratdı. Həmin
keçidin nəticələrindən biri beynəlxalq təşkilatların Azərbaycanın
problemlərinə daha çox diqqət yetirmələri oldu. Bunu müstəqillik
dövründə Azərbaycanın xarici siyasətinin birinci transformasiyası
adlandırmaq olar. Xarici siyasətdə müdafiə mövqeyindən hücum
strategiyasına keçid diplomatik və ideoloji fəaliyyətdə keyfiyyət də-
yişiklikləri ilə müşayiət olundu.
XXI əsrdə diplomatiyanın sürətli dəyişikliklərə məruz qalacağı
haqqında fikirlər mövcuddur (məsələn, bax: 4.5.3). Rusiya Xarici
İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
(MDBMİ) “Diplomatiya” kafedrasının professoru Tatyana Zonova
diplomatiyanın gələcəyi ilə bağlı yazır ki, “diplomatiya gözlərimiz
önündə radikal surətdə transformasiyaya uğrayır” (4.5.3). Bu dəyişiklik
artıq başlayıb. Səbəbini isə professor XXI əsrin çağırışlarında görür.
Müasir tarixi dövrün şərtləri diplomatiyanın strukturunu və metodlarını
dəyişir. İnteqrasiya diplomatiyası və paradiplomatiya yeni modellər
təklif edir. T.Zonova bir qədər də irəli baxaraq, belə bir fikir yürüdür
ki, “XXII əsrdə indi mövcud olan diplomatik modellərdən istifadə
edilməyə bilər”. Professor diplomatiyanın yalnız münaqişələrin dinc
yolla həlli vasitəsi kimi qalacağına əmindir (4.5.3).
XXII əsrin diplomatiyası ilə bağlı proqnoz vermək xeyli riskli məş-
ğuliyyətdir. Lakin diplomatiyanın münaqi şələrin dinc yolla həlli vasitəsi
kimi qalacağına ümid etmək olar. Keçən əsrin 90-cı illərindən etibarən
diplomatiyanın bu funksiyası daha da artmışdır. Azərbaycanın xarici
siyasə tinin müdafiə mövqeyindən hücum xarakterli konsepsiyaya trans-
formasiyası da bu baxımdan çox maraqlıdır. Çünki bizim xarici siyasə-
timizin əsas prioriteti münaqişələri dinc yolla həll etməkdən ibarətdir.
Azərbaycanın xarici siyasətində diplomatik fəallığın yeni sə-
viyyəyə qalxması təcavüzkarın pozucu fəaliyyətinin qarşısını
vaxtında almağa, imkan daxilində onu önləməyə xidmət edir.
223


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə