N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə68/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   64   65   66   67   68   69   70   71   ...   80

8) Avropa İttifaqı ilə Azərbaycan arasında enerji və nəqliyyat
əməkdaşlığının gücləndirilməsi;
9) Məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədən
sərhəd işində əməkdaşlığın dərinləşməsi;
10) Regional əməkdaşlığın gücləndirilməsi.
Göründüyü kimi, Azərbaycanın Avropa ilə əməkdaşlığı təhlükəsizlik,
münaqişələrin həlli, iqtisadi, enerji və nəqliyyat-kommunikasiya sa-
hələrini tam əhatə edir.
Burada enerji sahəsi mühüm yer tutur. Tərəflər üçün bunun strateji
əhəmiyyəti vardır. Ümumilikdə, Azərbaycan Avropa ilə təhlükəsizlik
məsələlərində geniş əməkdaşlıq edir. Ölkəmiz həm regional və bey-
nəlxalq təhlükəsizlik təşki latlarının üzvü kimi, həm də özünü təmin
edən, müstəqil dövlət olaraq bu proseslərə xüsusi önəm verir.
Məsələn, Azərbaycan Aİ və NATO-nun Qara dəniz-Xəzər hövzəsi
regionu ilə bağlı təhlükəsizlik proqramlarında aktiv iştirakçıdır (bax:
məs., 4.4.17 və 4.4.19). Bu sırada “Qara dənizin siner 
jisi” adlı
proqramı qeyd etmək olar (4.4.20). Bu layihə AQS-ə bir əlavə kimi
qəbul edilə bilər. Qara dəniz hövzəsində enerji təhlükəsizliyi, nəq-
liyyat-kommunikasiya və ətraf mühitin qorunması istiqamətlərində
əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur (4.4.20). “Qara dənizin
sinerjisi” sənədində qeyd olunur ki, Azərbaycan Qara dəniz sahili
dövləti olmasa da, “tarix, coğrafi yaxınlıq və sıx əlaqələr” onu təbii
regional oyunçu edir (4.4.20). Azərbaycanın Qara dəniz-Xəzər
hövzəsi məkanında həyata keçirdiyi xarici siyasət bu qiymətləndirməni
tam təsdiq edir (4.4.21).
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)
çərçivəsindəki fəaliyyəti həmin aspektdə diqqəti çox çəkir. Azərbaycan
Prezidenti 2012-ci ilin iyununda QDİƏT-in 20 illik yubileyinə həsr
edilmiş sammitində ayrıca qeyd etdi ki, “QDİƏT regionda iqtisadi
əməkdaşlıq vasitəsi ilə sülhə, sabitliyə və tərəqqiyə yardım etmək
məqsədi ilə yaradılıb. Bu məqsəd və vəzifələr Azərbaycanla, onun
xalqı və hökuməti ilə sıx bağlıdır... Tariximiz, mədəniyyətimiz və
inkişafımızın prioritetləri Azərbaycanın QDİƏT-in üzvləri ilə birlikdə
bu məqsədlərə çatmasına əsas verir... Bizim ölkəmiz, geniş mənada
212


Qara dəniz regionunun bir hissəsi olmaqla QDİƏT çərçivəsində re-
gionlararası əməkdaşlığın inkişafında çox maraqlıdır” (4.4.22).
Bütün bunlar Azərbaycanın xarici siyasətində Aİ ilə əməkdaşlığın
çox mühüm bir yer tutduğunu təsdiq edir. Hazırda xüsusilə münaqi-
şələrin həlli və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa ayrıca
diqqət yetirilir. Bu kitabın müxtəlif hissələrində gətirilən faktlar və
aparılan təhlillər göstərir ki, Azərbaycan Avropaya inteqrasiya siya -
sətini ardıcıl aparır. Qarşılıqlı əlaqələr demək olar ki, bütün sahələri
əhatə edir. Bundan başqa, Azərbaycan Aİ ilə təhlükəsizlik, iqtisadiyyat,
energetika və digər sahələrdə beynəlxalq miqyasda qurulan əməkdaşlığın
bir növ mərkəzində durur. Bu mənada NATO ilə əlaqələr, iqtisadi-
enerji və nəqliyyat-kommunikasiya sahəsindəki əməkdaşlığın da
Av ropa ilə münasibətlərə aidiyyəti vardır.
Henri Kissincer NATO-da baş verən transformasiyaların ziddiyyətli
olduğunu yazır (bax: 4.4.8, s.26-32). O, bütövlükdə NATO-nun ma-
hiyyətinə bir qeyri-müəyyənliyin hakim olmağa başladığını vurğulayır
(4.4.8, s.31-32). “NATO-nun sərhədi haradan keçir?” sualını verən
məşhur alim və siyasi xadim onun genişlənməsinin sadəcə üzvlərin
sayının artması ilə məhdudlaşmadığına işarə edir (4.4.8, s.32). NATO
bir növ hərbi alyansdan “kiçik BMT”yə çevrilir. Lakin NATO hərbi
alyansdır, BMT isə kollektiv təhlükəsizlik sistemidir (4.4.8, s.30-31).
H.Kissincer NATO-nun funksiyasının bu cür transformasiyasını
doğru saymır. O hesab edir ki, NATO islahatlarına bu istiqamətdə
davam etsə, “çoxfunksiyalı kokteylə çevriləcək” (4.4.8, s.31). H.Kis-
sincer bütün iradları ilə yanaşı, onu vurğulayır ki, həmin proses geo-
siyasətdə köklü dəyişikliklərdən qaynaqlanır. O cümlədən, sosialist
düşərgəsinin və Varşava müqaviləsi təşkilatının çöküşündən sonra
dünya miqyasında çox şey dəyişdi. Bu prosesə uyğun olaraq NATO
dünyadakı roluna yenidən baxmağa məcbur oldu. Deməli, məsələ
NATO-nun yeni şərtlər daxilində hansı rolu oynamasından ibarətdir.
Bu aspektdə H.Kissincer Amerika və Atlantikanın nüfuzunu başqa
təşkilatların digər regionlara yaymasının daha konstruktiv addım ola
biləcəyini düşünür.
213


Bu kimi nəzəri-geosiyasi müzakirələrə baxmayaraq, NATO Avro-
Atlantika məkanında ciddi rol oynayır. O, nüfuzunu Şərqə doğru ge-
nişləndirir və bir növ “mövcud sərhədləri silməkdə” (H.Kissincer)
davam edir. Bütün bunlara görə, Azərbaycanın xarici siyasətində
NATO ilə əlaqələr məsələsinin prioritet olması tamamilə təbiidir.
1991-ci ildə NATO-nun Roma sammitində yeni strateji konsepsiya
və sülh və əməkdaşlığa dair bəyannamə qəbul edildi. Orada Şimal
Atlantika Əməkdaşlıq Şurası (ŞAƏS) yaradıldı. Azərbaycan 1992-ci
ildən ŞAƏS-ə qoşulmuşdur. Həyata keçirdiyi xarici siyasət kursundan
bəlli olduğu kimi, Azərbaycan hansısa hərbi bloka qoşulmaq niyyətində
deyil, ancaq təhlükəsizlik məsələlərində əməkdaşlığa üstünlük verir.
Bu strategiya daha konstruktivdir. Birincisi, Azərbaycanın ərazisinin
bir hissəsi işğal edilib. İlk növbədə bu problem həll edilməlidir.
İkincisi, hərbi bloklaşma mərhələsi arxada qalmışdır. İndi daha vacib
olanı münaqişəsiz dünya qurmaq, əməkdaşlığı inkişaf etdirmək,
mehriban qonşuluq şəraitində yaşamaqdır.
Azərbaycanın NATO ilə əlaqələri müsbət nəticələrini verir. 1994-
cü ildə NATO ərazi ələ keçirmək məqsədi ilə güc tətbiqini pislədi,
Cənub Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə
və suverenliyinə hörmət göstərməyin zəruriliyini vurğuladı.
Həmin ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” (SNT)
proqramına qoşuldu. Bununla bağlı hazırlanmış çərçivə sazişini
1994-cü il mayın 4-də Heydər Əliyev NATO-nun Brüsseldəki mən-
zil-qərargahında imzaladı. 1997-ci ildə ŞAƏŞ Avro-Atlantika Tərəf-
daşlıq Şurası (AATŞ) ilə əvəz edildi. 1997-ci ilin noyabrında Prezident
Heydər Əliyev NATO ilə əməkdaşlığı daha da gücləndirmək tədbirləri
haqqında sərəncam imzaladı.
2000-ci ildə Bakıda NATO/AATŞ çərçivəsində “Qafqazda enerji
təhlükəsizliyi” adı altında konfrans keçirildi. Əsasən regionda enerji
təhlükəsizliyi məsələsi müzakirə edildi. İki il sonra isə həmin
çərçivədə “Cənub Qafqazda regional əməkdaşlığa təhdidlər” adı
altında seminar təşkil edildi. Həmin il Azərbaycan Prezidentinin
NATO ilə əməkdaşlığı daha da gücləndirməklə bağlı 1997-ci il 14
214


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə