N. Mammadov monoqrafiya 2013+60ч90 N. Mammadov



Yüklə 2,76 Kb.
Pdf görüntüsü
səhifə69/80
tarix06.05.2018
ölçüsü2,76 Kb.
#42985
1   ...   65   66   67   68   69   70   71   72   ...   80

noyabr tarixli sərəncamına dəyişikliklər edildi. Bununla Azərbaycan
NATO ilə əməkdaşlıq sahəsini bir qədər də genişləndirmiş oldu.
2003-cü ildə Azərbaycan NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əmə-
liyyat Planına (FTƏP) qoşulmaq üçün rəsmi müraciət etdi. 2004-cü
ilin martında NATO-nun növbəti genişlənməsi baş verdi. Üç ay
sonra NATO-nun İstanbulda keçirilən zirvə toplantısında Prezident
İlham Əliyev iştirak etdi. Azərbaycan Şimal Atlantika Alyansı ilə
əməkdaşlığı daha da inkişaf etdirərək, böhranların idarə edilməsi,
makroiqtisadi sabitləşmənin təhlükəsizlik aspektləri və müdafiə üçün
mövcud olan resursların idarə olunması kimi mövzularda birgə
tədbirlər həyata keçirdi.
NATO-nun 2012-ci il Çikaqo sammitinin yekun bə yannaməsinin
47-ci maddəsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Həmin
maddədə yazılıb: “Biz regional sabitliyi poza biləcək addımlardan
qaçmağa çağırırıq, Azərbaycan, Gürcüstan, Ermənistan və Mol-
dovanın ərazi bütövlüyünü, suverenliyini, həmçinin mövcud mü-
naqişələrin beynəlxalq hüquq norma və prinsipləri əsasında,
BMT Xartiyası, Helsinki yekun aktı çərçivəsində həllinə dair
dinc səyləri dəstəkləyirik” (4.4.23).
Yuxarıda xronoloji ardıcıllıqla sadaladığımız Azərbaycan-NATO
əlaqələrinə aid olan bir sıra məqamlar əməkdaşlığın istiqamətlərini və
məzmununu əks etdirir. Azərbaycanın xa rici siyasətində NATO ilə
münasibətlərin dəqiq və konkret yeri vardır. Heydər Əliyev Şimal
Atlantika Alyansı ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət
yetirirdi. Prezident İlham Əliyev həmin tendensiyanı inamla inkişaf
etdirir. Əməkdaşlıq əsasən təhlükəsizlik sahəsini əhatə edir. Bununla
yanaşı, elmi-texniki, iqtisadi, müdafiə, regional inteqrasiya və s. kimi
sahələrdə də qarşılıqlı əməkdaşlıq inkişaf etdirilir.
Bütün bunlara rəğmən, Azərbaycanın NATO ilə əməkdaşlığının
strategiyasında bu təşkilata üzv olmaq niyyəti yoxdur. Ölkəmiz hərbi
bloklara qoşulmama hərəkatının üzvüdür. Bunun daha konstruktiv
bir seçim olduğunu təsdiqləyən amillər vardır. Əvvəla, qlobal
səviyyədə NATO-nun özünün hansı funksiyanı yerinə yetirməli
olduğu haqqında hətta üzvlər arasında birmənalı mövqe yoxdur. Bu
barədə Henri Kissincerin apardığı təhlillərə diqqət etmək kifayətdir.
215


İkincisi, müasir tarixi mərhələdə, ümumiyyətlə, hərbi bloklaşma
qlobal miqyasda təhlükəsizlik problemlərinin səmərəli həlli üçün
yararlı deyil. İndi münaqişələrin yaranmaması, yalnız dinc yolla an-
laşılmazlığı həll etmək, qlobal əməkdaşlıq və inteqrasiya tendensiyaları
daha aktualdır. Üçüncüsü, Azərbaycan regionda yaranmış mürəkkəb
geosiyasi vəziyyəti nəzərə alır. Dördüncüsü, Ermənistanın təcavüzünün
nəticələri aradan qaldırılmadan Azərbaycanın hansısa hərbi bloka
qoşulması xeyli riskli olardı. Beşincisi, Azərbaycanın xarici siyasəti
dövlətlər arasında ayrı-seçkilik salmadan qlobal miqyasda inteqrasiyaya
ciddi diqqət yetirir.
Azərbaycanın xarici siyasətində NATO ilə əməkdaşlıq bütün bu
məqamlarda Avropa İttifaqı, Avropa Şurası, BMT və digər beynəlxalq
təşkilatlarla əlaqələrin mahiyyəti ilə uzlaşır. Bu cür uzlaşmanın Qərb
və Şərqin qovşağında yer lə şən ölkəmizin iqtisadiyyatının müxtəlif
sahələrinin inkişaf etdirilməsi prosesinə ciddi təsiri vardır. Hər
şeydən öncə, Azərbaycanı sülhsevər və etibarlı tərəfdaş kimi qəbul
edirlər. Onun xarici siyasətinin regional inteqrasiya, təhlükəsizliyin
və sabitliyin təmininə yönəldiyinə şübhə yeri qalmır. Dövlətimizin
mədəniyyətlərarası əlaqələrin güclənməsinə xidmət edən konkret
addımlarını görürlər. Dünya Azərbaycanın Avrasiya nəqliyyat dəhlizini
inkişaf etdirmək üçün səmərəli siyasət yeritdiyinə tam əmindir.
Prezident İlham Əliyev 2012-ci il iyunun 29-da Krans Montana Fo-
rumunun rəsmi açılışında söylədiyi nitqdə vurğuladı: “Transanadolu
Qaz Boru Kəmərinin inşasına dair Türkiyə ilə Azərbaycan arasında
bu yaxınlarda imzalanmış müqavilə bunun bariz nümunəsidir. Biz
bu layihənin həyata keçirilməsi ilə Xəzər dənizi, Qara dəniz və
Aralıq dənizi arasında dəhliz açmış olacağıq. Bu, həm bizim üçün,
həm də qonşularımız üçün bir enerji layihəsidir. Bu dəhlizdən artıq
nəqliyyat infrastrukturu kimi istifadə olunmuşdur. Bu, tarixən Azər-
baycan, Gürcüstan və Türkiyə arasında əlaqə yaratmaq üçün istifadə
edilən bir dəhliz olmuşdur. Bu, eyni zamanda, İpək Yolunun bərpa
olunmasına da öz töhfəsini verəcəkdir. Bütün bu layihələr Azərbaycanın
216


qonşularına da fayda verəcəkdir. Biz bununla həm regionda, həm də
ümumiyyətlə qitədə enerji xəritəsini dəyişmiş olacağıq” (4.4.24).
Azərbaycan Prezidentinin bu fikirləri ölkəmizin Avrasiya enerji-
nəqliyyat dəhlizindəki strateji rolunu aydın ifadə edir. Ərazisi kiçik
olan dövlət ağıllı siyasəti ilə ciddi geosiyasi oyunçu ola bilər. Geosi-
yasətdə oyunçu olmağın mühüm şərtlərindən biri də dövlətin xarici
siyasətdə simasını saxlaya bilməsidir. Azərbaycan 1993-cü ilin ikinci
yarısından bu yana xarici siyasətində məhz bu prinsipi əsas götürür.
Av rasiya enerji-nəqliyyat dəhlizini inkişaf etdirmək bu prosesdə çox
mühüm yer tutur. Bunun iki səbəbini qeyd etmək olar.
Birincisi, Avropa maliyyə böhranı keçirir. “Böyük iyirmiliy”in
(G20) Los-Kabos (Meksika) sammitinin gündəliyinin əsas mövzusu
Avropa İttifaqını maliyyə böhranından xilas etməkdən ibarət idi
(4.4.25). Bunun fonunda Qərb üçün enerji təhlükəsizliyi məsələsi son
dərəcə aktuallaşıb. İkincisi, ABŞ Uzaq Şərqdə Çinlə açıq və gizli
olaraq enerji resursları uğrunda ciddi mübarizəyə başlayıb. Çin-
Vyetnam, Çin-Filippin və Çin-Koreya münasibətlərində gərginlik
artır. Paralel olaraq, ABŞ hərbi-dəniz donanması həmin bölgəyə əlavə
qüvvələr göndərir. Bəzi məlumatlara görə, ABŞ hərbi-dəniz qüvvələrinin
80 faizi Sakit okean regionunda yerləşdiriləcək. Özbəkistanın Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) imtinasını da bu
proseslərlə əlaqələndirirlər. Eyni zamanda, Çin Mərkəz Asiya dövlətləri
ilə enerji sahəsində əməkdaşlığı genişləndirməkdədir.
Qlobal miqyasda ABŞ-Rusiya münasibətləri gərgindir. Suriya və
İran məsələsində onlar anlaşa bilmirlər. ABŞ-ın Çinlə Uzaq Şərqdə
apardığı mübarizəyə Rusiya kənardan baxsa da, rəsmi Pekinə isti
münasibəti şübhə doğurmur. 2013-cü ilin martında ÇXR-in yeni
sədrinin Rusiya Federasiyasına sədr kimi ilk səfəri, aparılan danışıqlar,
keçirilən görüşlər və imzalanan sənədlər bu münasibətlərə xüsusi
çalarlar gətirdi. Rusiyanın Mərkəz Asiyada enerji sahəsində Qərbdən
çox, Çinlə əməkdaşlığa üstünlük verməsi də qlobal səviyyədə məna
daşıyan hadisə hesab edilməlidir. Deməli, Rusiyanın Qərbin Qafqaz
və Mərkəz Asiyada nəzərdə tutduğu enerji layihələrinə hələ uzun
müddət müsbət yanaşmayacağı aydındır.
217


Yüklə 2,76 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə