Doyma halına yaxın olan və temperaturu müxtəlif olan iki hava
kütləsi bir-birinə qarışan zaman isti havanın temperaturu aşağı
düşür və artıq su buxarı kondensasiyaya uğrayır.
Soyuq havanın temperaturu artdığına görə kondensasiya
nəticəsində əmələ gələn su damcıları buxarlanır, yerdə qalanı isə
bulud və duman əmələ gətirir. Havanın temperaturunun dəyişməsi,
xüsusən, onun aşağı düşməsi, yer səthinin və atmosferin şüa
buraxması nəticəsində də baş verir. Belə ki, Yer və atmosfer
enerjini udmaq və şüalandırmaq qabiliyyətinə malikdir.
Yer səthi tərəfindən istiliyin şüalanması onun soyumasına səbəb
olur və bu havanın yer səthinə yaxın hissəsində temperaturun aşağı
düşməsinə gətirib çıxarır. Bu cür soyumaya yer səthinin
radiasiya
soyuması
deyilir.
Bulud sahələri və buludların yaranma səbəbləri
Yer səthindən müəyyən hündürlükdə asılı vəziyyətdə yerləşən
su damcıları və buz kristalları yığımına
bulud
deyilir. Buludlar su
buxarının kondensasiyası və yaxud sublimasiyası nəticəsində
yaranırlar. Buna görə də buludları çox zaman
kondensasiya və ya
sublimasiya məhsulları
da adlandırırlar. Məlum olduğu kimi,
atmosferdə 1 (bir) qram su buxarının kondensasiyası və ya
sublimasiyası üçün 600 kalori istilik ayrılır. Lakin bunun üçün hava
həddən artıq doymalıdır. Atmosfer çox qarışıq bir mühitdir və
burada üfüqi hərəkətlərlə bərabər, şaquli hərəkətlər də müşahidə
olunur. Havanın bu cür axınları yer səthinin böyük ərazilərində
hava şəraitinin formalaşmasında mühüm rol oynayır. Bu təsir,
xüsusən buludların, yağıntıların və başqa atmosfer hadisələrinin
yaranmasında da özünü göstərir.
Atmosfer rütubətliyi 100 %-ə çatdığı zaman kondensasiya
nüvələri üzərində su damcılarının əmələ gəlməsi prosesi güclənir.
Beləliklə, tərkibində çoxlu miqdarda su damcıları olan buludlar
əmələ gəlir. Müəyyən edilmişdir ki, təmiz su normal atmosfer
təzyiqi şəraitində 0
0
C-də donur. Suyun bərk hala keçməsi üçün
kristallaşma mərkəzinin əmələ gəlməsi zəruridir. Atmosferdə
hərarətin 0
0
C-dən aşağı olduğu yerlərdə tərkibində su buxarı olan
buludlarda kristallaşma mərkəzi əmələ gəldiyi üçün tərkibində buz
zərrəcikləri olan buludlar əmələ gəlir. Kondensasiya nəticəsində
bulud və digər atmosfer hadisələrinin əmələ gəlməsi üçün su
buxarının olması zəruridir. Havaya su buxarı dəniz, göl və
çaylardan, torpaq, bitki səthindən buxarlanaraq qalxır. Bu proses
hətta aşağı temperatur şəraitində belə davam edir. Lakin, yüksək
temperatur şəraitində buxarlanma çox və güclü gedir. Havanın
temperaturu artdıqca onda olan su buxarının miqdarı da artır, yəni
mütləq rütubətlik havanın temperaturu ilə düz mütənasibdir.
Müxtəlif temperaturda 1m
3
havada görünməz halda olan su
buxarının ən çox miqdarı cədvəl 8- də verilmişdir.
Tutaq ki, 20
0
C temperaturda havanın 1m
3
həcmində 15 qram su
buxarı vardır. Cədvəldən göründüyü kimi, bu temperatur şəraitində
1m
3
havada ən çoxu 17 qram su buxarı ola bilər. Əgər hava
soyuyaraq temperaturu 1
0
C aşağı düşərsə, bu zaman 5,5 qram su
buxarı artıq buxar halında qala bilmir və onlar su damcılarına
çevrilərək buludların yaranmasına səbəb olur.
Atmosferdə bulud əmələgəlmədə iştirak edən qalxan və enən
hava axınları öz ölçülərinə, sürətlərinə və atmosfer proseslərinə
təsiri baxımından fərqlənirlər. Buna görə də şaquli axınları 3 əsas
növə bölmək olar:
nizamlı şaquli hərəkətlər ;
istilik konveksiyası ;
dinamik turbulentlik .
Cədvəl 8
Havada müxtəlif temperatur şəraitində su buxarının
miqdarı
Havanın temperaturu,
0
C
Su buxarının miqdarı, q/m
3
-30
0,5
-20
1,0
0
5,0
10
9,5
20
17
30
30
Nizamlı şaquli hərəkətlər
– sürəti 1-10 sm/san olan şaquli hava
axınlarıdır. Bu cür hərəkətlər böyük ərazilərdə müşahidə edilir və
şaquli istiqamətdə bütün troposferi əhatə edə bilirlər.
Şək. 35. Hava kütlələrinin üfüqi səth üzərində hərəkəti
Şəkil 35- dən göründüyü kimi bu cür hərəkətlər aşağıdakı kimi
baş verir:
a) hava kütləsinin dağ yamacı ilə yuxarı qalxması zamanı (A);
b) isti havanın soyuq havanın təsiri nəticəsində yuxarı qalxması
(B) ;
c) isti havanın soyuq havanın üzərinə yayılması (C);
İstilik konveksiyası
– Günəş tərəfindən yer səthinin qeyri-
bərabər qızması nəticəsində yaranır. Daha çox isinmiş sahələrdə
hava tez qızır və isti, yüngül olduğuna görə o, yuxarı qalxmağa
başlayır, qalxan hava kütlələrinin sürəti 5-10 m/san, lakin bəzi
hallarda 30-40 m/san təşkil edir. Enən hava kütləsinin sürəti isə
bundan dəfələrlə az olur. İstilik konveksiyası, adətən, ilin isti
dövründə müşahidə olunur, səhər vaxtı yaranır, günorta maksimum
həddə çatır, axşam isə zəifləyir.
Dinamiki turbulentliklər
– ilin istənilən dövründə yarana bilirlər.
Yayda istilik konveksiyasının hesabına güclənməklə bir neçə yüz
metr atmosfer qatını əhatə edir.
Hava kütləsi yuxarı qalxdıqca adiabatik olaraq soyuyur, aşağı
endikdə isə əksinə, adiabatik olaraq isinir. Havanın temperaturu ilə
şeh nöqtəsi temperaturu arasındakı fərq azalan zaman hava doymuş
hala çatır və bu hündürlükdə kondensasiya prosesi başlayır.
Əgər hissəciklər qalxan hava cərəyanları vasitəsilə ilkin
səviyyədən kondensasiya səviyyəsinədək qalxırsa, bu zaman
kondensasiya səviyyəsində və ondan yuxarıda buludlar əmələ
gələcəkdir. Qalxma davam etdikcə su buxarının kondensasiyası baş
verir və kondensasiyanın gizli istiliyi ayrılır, buna görə də
temperaturun az aşağı düşməsi müşahidə olunur. Doymuş havada
temperaturun hər 100 m-də aşağı düşməsi 0,5
0
C olacaq və
kondensasiya prosesi rütubətli adiabatik qanuna uyğun davam
edəcək.
Atmosferdə qalxan hava müxtəlif xüsusiyyətlərə malik
olduğuna görə, yaranan buludlar da bir-birindən forma və növünə
görə fərqlənirlər. Bununla birlikdə, buludların oxşar cəhətləri də
vardır ki, onlara görə də buludları qruplara bölmək, yəni
təsnifatlaşdırmaq olar.
Buludların təsnifatı aşağıdakı əlamətlərə əsaslanaraq aparılır:
a) Buludların aşağı sərhədlərinin yer səthindən hündürlüyünə
və onların xarici görünüşlərinə görə - bu cür təsnifat
buludların
morfoloji təsnifatı
adlanır və aşağıdakı kimi aparılmışdır:
1) aşağı sərhədi 6 km-dən yuxarıda yerləşən
yuxarı təbəqə
buludları
– Ci, Cc, Cs ( lələkli, lələkli-topa, lələkli-laylı );
2) sərhədləri 2 – 6 km arasında yerləşən
orta təbəqə buludları
–
Ac, As (yüksək-topa, yüksək-laylı);
3) aşağı sərhədi 2 km-dən alçaq olan
aşağı təbəqə buludları
–
Sc, St, Ns (laylı-topa, laylı, laylı-yağışlı);
Dostları ilə paylaş: |