N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   41   42   43   44   45   46   47   48   ...   90

 
     Meteoroloji görünüş  məsafəsi (MOR)
 - atmosferin şəffaflığının 
şərti  xarakteristikasıdır.  Bu  üfüqə  proyeksiya  olunmuş  böyük 
ölçülü  mütləq  qara  cismin  atmosferin  şəffaflığını  pisləşdirən 
amillərin  təsirindən  itmə  məsafəsidir.  Meteoroloji  bölmələrdə 
ancaq  üfüqi  meteoroloji  görünüş  məsafəsi  təyin  edilir.  Bu  məsafə 
ya  gözəyarı  (vizual),  ya  da  xüsusi  cihazla  təyin  edilir.  Sutkanın 
qaranlıq  dövründə  görünüş  məsafəsinin  müşahidəsi  işıqlandırılmış 
obyektlərə əsasən  aparılır. 
     Uçuş  görünüş  məsafəsi
  –  uçan  aparatın  göyərtəsindən  real 
obyektin  görünməsinə  qədər  olan  məsafəyə  deyilir.  Atmosferin 
şəffaflığından  asılı            olaraq  müxtəlif  səviyyələrdə  görünüş 
məsafələri  eyni  olmur.  Buna  görə  müşahidəçiyə  nisbətən  müxtəlif 
səviyyədə yerləşən obyektlərin görünmə şəraitini xarakterizə etmək 
üçün aşağıdakı terminlərdən istifadə olunur: 
     a) verilmiş hündürlükdə üfüqi görünüş məsafəsi; 
     b)  atmosferin  müəyyən  qatında  maili  və  şaquli  görünüş 
məsafəsi; 
     c) enmə zamanı görünüş məsafəsi.   
     Atmosferin aşağı qatlarında laylı buludlar olarsa, bu zaman həm 
meteoroloji,  həm də uçuş görünüş məsafəsi çox mürəkkəbləşir. Bu 
həmin  buludların  aşağı  sərhəddinin  mürəkkəb  quruluşu  ilə 
əlaqədardır.  Layın  şəffaflığı  aşağıdan  yuxarıya  doğru  tədricən 
pisləşir  və  zəif  dumandan  tam  görünüş  itənə  qədər  davam  edir. 
Buradan o nəticəyə gəlmək olar ki,  buludun aşağı  sərhəddi kəskin 
məhdud bir səth deyildir. O, adətən parçalanmış vəziyyətdə olur və 
qalın hissəsi keçid layından sonra başlayır. Buna 
buludaltı çən qatı
 
deyilir və onun şaquli qalınlığı bir neçə on metr təşkil edir. 
     Buludaltı  qatda  görünüşün  pisləşməsinin  başqa  bir  səbəbi 
burada  tez-tez  müşahidə  olunan  yağıntıların  və  yerüstü  çənlərin 
olmasıdır.  Buludaltı  çənlərin  və  əlavə  olaraq  yağıntıların  olması 
üfüqi  və  maili  meteoroloji  görünüş  məsafəsini,  xüsusən  də,  uçuş 
görünüş  məsafəsini    həmin  təbəqədən  yer  səthinə  kimi  pisləşdirə 
bilir. 


 
     Adətən,  yerüstü  çənlər  (radiasiya  çənləri)  alçaq  buludluluq 
olmadıqda  da  yaranırlar.  Yerüstü  çənlərin  maksimal  qalınlığı  yer 
səthində müşahidə edilməklə, hündürlük artdıqca azalır. 
     Görünüş məsafəsi, o cümlədən də, meteoroloji və qalxma-enmə 
zolağında  görünüş məsafələri daha çox aviasiyanın iş rejiminə təsir 
göstərir.  Belə  ki,  görünüş  məsafəsinin  müəyyən  edilmiş 
hüdudlardan aşağı olması aviasiya uçuşlarının həyata keçirilməsinə 
və  xüsusilə  enməni  həyata  keçirən  hava  gəmilərinin  işini 
çətinləşdirir. Bu, bəzən, əlavə yanacaq sərfinə səbəb olmaqla, hava 
gəmilərinin  ehtiyat  hava  limanlarına  istiqamətlənməsinə  gətirib 
çıxarır.  Bu  və  ya  digər  səbəbləri  nəzərə  almaqla,  meteoroloqlar 
duman  kimi  görünüşü  pisləşdirən  təhlükəli  atmosfer  hadisələrini 
daha  dərindən  öyrənməli  və  mənimsədikləri  təcrübi  bilikləri 
praktiki işdə tətbiq etməyi bacarmalıdırlar.  
     Şəkil  50-də  hava  gəmilərinin  qalxma-enmə  zolağına  (QEZ) 
nəzərən  fərqli  görünüş  məsafələrinin  sxematik  təsvirləri  əks 
edilmişdir:  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 50. Hava gəmilərinin qalxma-enmə zolağına nəzərən 
müxtəlif görünüş məsafələri. (1– üfüqi;  2 – maili;  3 – şaquli) 
 


 
     
Qalxma-  enmə  zolağında  görünüş  məsafəsi  (RVR)
  –  QEZ-in 
orta  xətti  üzərində  yerləşən  hava  gəmisi  pilotunun  zolağın  optik 
markerlərini  və  ya  işıqları görməyə  imkan  verən məsafəyə deyilir. 
RVR  müşahidə  və  meteoroloji  paramertlərin  ölçülərinin  nəticəsi 
deyil,  o,  müxtəlif  elementlərin,  o  cümlədən,  atmosfer  amillərinin 
hesablanması  (atmosferin  zəifləmə  əmsalı,  fiziki,  bioloji  və 
ekspluatasiya  faktorları,  QEZ-in  işıqlanması)  nəticəsində  alınan 
kəmiyyətdir.  Qalxma-enmə  zolağında  görünüş 
məsafəsinin 
təyininin  əsas  məqsədi  məhdudlaşdırılmış görünüş zamanı (duman 
və ya başqa səbəblərdən, yəni qar, yağış və ya toz burulğanlarından 
asılı  olmayaraq)  QEZ–də  pilotları,  Hava  Hərəkəti  İdarəsi 
orqanlarını  və  digər  aviasiya  sahələrini  görünüş  şəraiti  haqqında 
məlumatlandırmaqdır.  
      Praktikada  hal-hazırda  tətbiq  edilən  müşahidə  metodları  fiziki 
parametrlərin (məsələn, zəifləmə əmsalı, görünən işıqların miqdarı) 
cihazla  və  gözəyarı  ölçmələrini  özündə  cəmləyir.  RVR-ın  təyin 
edilməsi  və  müşahidəsi  üçün  aşağıdakı  müşahidə  metodları 
mövcuddur:   
     a)  cihazların  köməyi  ilə  təyin  etmə  metodu:    RVR-ı  cihazların 
köməyi  ilə  təyin  edən  zaman,  adətən,  atmosferin  şüanı  keçirmə 
əmsalını  ölçən,  qeydə  alan  transmissiometr  qəbuledicisindən 
istifadə  olunur.  Sonra  isə  RVR-ın  ölçülmüş    şüakeçirmə  əmsalı 
işıqların  konsentrasiyası  və  təyyarəçinin  görmə  qabiliyyətinin 
ehtimal edilən həssaslığının nəzərə alınması ilə hesablanır. Bundan 
başqa,  keçirmə  əmsalını,  həmçinin  işığın  səpələnməsini  ölçən 
cihazların köməyi ilə də təyin etmək mümkündür; 
     b)  RVR-ın  təyin  edilməsinin  müşahidə  metodu:  Müşahidəçi 
QEZ-in yaxınlığında müşahidə yerindən görə bildiyi işıqların və ya 
gündüz markerlərinə qədər olan məsafəni təyin edir və bu kəmiyyət 
QEZ  üzərində  görünüş  kəmiyyətinə  çevrilir.  Bu  ölçmələri 
müşahidəçi  və  təyyarəçilər  müxtəlif  nöqtələrdən  aparırlar.    Bəzən, 
QEZ  işıqlarının  hesablanması çətinlik törədərsə, onda  müşahidələr 
QEZ-in yaxınlığında yerləşdirilən başqa işıqların köməyi ilə həyata 
keçirilir; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə