Şək. 54. Cənub yarımkürəsində qapalı izobarlar boyunca külək
dövranının yaranma mexanizmi
Cənub yarımkürəsində isə qüvvələrin balanslaşdırılmış təsiri
altında küləklər yüksək təzyiq sahəsində saat əqrəbinin əks
istiqamətində, alçaq təzyiq sahəsində isə saat əqrəbi istiqamətində
əsirlər.
Siklon
və
antisiklonlarda
küləkləyin
istiqaməti
şimal
yarımkürəsi üzrə şəkil 55- də daha əyani şəkildə təsvir edilmişdir.
Şək. 55. Siklon və antisiklonlarda küləyin istiqaməti
Siklonlar və onların inkişaf mərhələləri
Öz inkişafı dövründə siklonlar dörd inkişaf mərhələsi keçir:
dalğa, gənc siklon, maksimal inkişafa çatmış və dolan siklon
(okklüziya mərhələsi).
1) Dalğa mərhələsi
– siklonun ilk inkişaf mərhələsi dalğa
xüsusiyyətli olur. Cəbhə boyu dalğalar iki növ olurlar: sabit və
qeyri-sabit, yəni, davamlı və davamsız dalğalar. Birinci növ
dalğalar cəbhə boyu öz amplitudasını artırmadan hərəkət edir.
İkinci növ dalğalar isə əksinə, getdikcə öz amplitudasını artırır və
siklonların əmələ gəlməsi üçün əlverişli şərait yaradırlar. Adətən,
sonradan siklonlara çevrilən dalğalar stasionar cəbhələrdə və
izobarların cəbhələrə paralel yerləşdiyi zonalarda yaranırlar.
Cəbhənin şimala doğru uzanmış dalğası bu əraziyə xeyli isti
hava kütlələri axıdır, onların arasına isə şimaldan tədricən soyuq
hava keçməyə başlayır. Əsas cəbhədən şimalda əraziyə daxil olan
isti hava kütlələri daxilində alçaq təzyiq sahəsi əmələ gəlir və
nəticədə, hava kütlələrinin saat əqrəbi hərəkətinin əksi istiqamətinə
(Koriolis qüvvəsinin təsiri altında) dairəvi cərəyanlar yaranır.
Uzanmış dalğada yaranmış əlverişli şərait nəticəsində xüsusi isti və
soyuq cəbhələr əmələ gəlir (şək. 56).
Şək. 56. Siklonların inkişafının birinci - dalğa
mərhələsinin sxemi
Йерцстц сятщ МТ - 700
Beləliklə, bizə aydın görünən, lakin yenicə əmələ gələn siklon
cəbhəsi hələ əsas cəbhədən ayrılmamış halda olur. Bu zaman yeni
yaranan siklonun isti cəbhəsi xüsusilə aydın görünür. Burada isti
hava kütlələri yuxarıya doğru qalxaraq soyuq hava üzərinə keçir və
geniş cəbhəönü yağıntı zolağı əmələ gətirir. Yeni yaranmış
siklonun hərəkət sürəti dalğanın sürətindən bir neçə dəfə az olur.
Siklonun birinci inkişaf mərhələsinin mövcudluğu, adətən, 24
saatdan çox olmur.
2) Gənc siklon
– bu mərhələdə siklonlar dərinləşməyə davam
edir (yəni onun mərkəzində atmosfer təzyiqi getdikcə aşağı düşür),
nəticədə, yer üzərində sinoptik xəritələrdə bir neçə qapalı izobar
sahəsi yaranır. Yer səthində siklonik sirkulyasiya güclənir və bu
sirkulyasiya tədricən yuxarı hündürlüklərədək yayılır. Bu zaman
atmosfer cəbhələrinin mailliyi də artır və siklonun isti və soyuq
sahələri, xüsusilə, isti bölməsi daha aydın şəkildə formalaşır. Əsas
cəbhə dalğasının amplitudu tədricən artır və bunun hesabına
siklonların isti bölməsi getdikcə daralır. Əvvəlcə dalğanın arxa
hissəsində olan soyuq hava kütləsi indi cənuba, yaxud şərqə doğru
hərəkət edir və həmin dalğanı sıxışdıraraq isti bölmə hesabına
getdikcə daha böyük sahə tutmağa başlayır. Nəticədə, cəbhənin
bulud sistemi və yağıntılar zonası daha geniş əraziləri əhatə edir.
Bu mərhələdə siklonlar 700 hPa-lıq səth xəritəsində daha aydın
müşahidə olunurlar. Siklonların inkişafının 2-ci mərhələsinin sxemi
isə şəkil 57-də təsvir edilmişdir:
П
П
Йерцстц сятщ МТ - 700
Şək. 57. Siklonların inkişafının ikinci - gənc siklon
mərhələsinin sxemi
3) Maksimal inkişafa çatmış siklon
– bu mərhələdə siklonların
mərkəzində atmosfer təzyiqi ən alçaq həddə çatır. Siklonun əhatə
etdiyi ərazi genişlənir və bu zaman qapalı izobarların sayı artır. Bu
mərhələnin əsas xüsusiyyəti isti və soyuq cəbhənin yaxınlaşması və
birləşməsidir. Bu proses siklonların mərkəzində başlayır və
siklonun okklyuziyası adlanır. İki cəbhənin birləşdiyi nöqtəyə
okklyuziya nöqtəsi
deyilir. Okklyuziya nəticəsində isti hava
tədricən yuxarı sıxışdırılır və onun yerini nisbətən daha soyuq hava
tutur. Bu andan başlayaraq təzyiqin düşməsi dayanır və o, artmağa
başlayır. Yəni isti və soyuq havanın qarışmasından əmələgələn
hava kütləsi müntəzəm surətdə soyuq hava üzərinə qalxır,
müvazinət bərpa olunur və nəticədə siklonik fəaliyyət sönür.
Siklonik fəaliyyətin zəifləməsi nəticəsində əvvəlcə qərbdən şərqə
doğru axan hava kütlələri bir qədər şimala tərəf meyl etməyə
başlayırlar. Nəhayət, əvvəlcə yer səthinə yaxın cəbhədən cənubda
olan isti hava kütlələri cəbhədən şimalda yuxarı qatlara keçir ki, bu
da atmosferin ümumi sirkulyasiyasının çox mühüm tərkib hissəsini
təşkil edir. Bu zaman siklonlar artıq 5,5 km-lik səthin (500 hPa)
xəritəsində də müşahidə edilirlər. Bu mərhələ bir neçə sutka davam
edə bilər.
4) Siklonların dolması
(okklyuziyası) - siklonların axırıncı
inkişaf mərhələsidir. Bu mərhələdə siklonların mərkəzi hissəsi
nisbətən soyuq havadan ibarət olur. Bu cür siklonlarda bəzən, bir
və ya bir neçə ikinci dərəcəli atmosfer cəbhələri yaranır və bəzi
hissələrdə təzyiqin artması davam edir. Bu əlaməti siklonların
dolması üçün əsas prediktor hesab etmək olar. Bu mərhələdə
yerüstü sinoptik xəritədə siklonları əhatə edən izobarların sayı
tədricən azalmağa başlayır. Yer səthində siklonun dolmasına
baxmayaraq, yüksəkliklərdə o, dərinləşməkdə davam edir və
özünün maksimal inkişaf həddinə çatır. Siklonların hərəkət sürəti
azalır və o, azhərəkətli hala gəlir (şək. 58).
Dostları ilə paylaş: |