N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   47   48   49   50   51   52   53   54   ...   90

 
 
 
 
 
 
 
 
 
 
             Şək. 63.  Antisiklonların yaranması üçün əlverişli    
                                  termobarik  sahənin sxemi 
 
     Antisiklonda  hava  şəraiti  siklona  nisbətən,  yaxşı  olur.  İsti 
dövrlərdə  antisiklonların  mərkəzi  hissələrində  az  buludlu  hava 
şəraiti  müşahidə  edilir.  Ancaq,  səhərlər  rütubətlik  çox  olduqda 
burada radiasiya dumanları yaranır və Günəş çıxdıqdan sonra onlar 
dağılırlar.  Bundan  başqa,  əgər  antisiklonlar  dayanıqsız  rütubətli 
havada  yaranıbsa,  günün  ikinci  yarısında  tək-tək Cu,  Cb  buludları 
və ildırımlar da müşahidə oluna bilər. 
     Antisiklonlar  daxilində  küləklərin  zəif  olması  və  üfüqi  təzyiq 
qradiyentinin  azlığı  ilə  fərqlənir.  Antisiklonlar,  əsasən,  qışda 
materiklər üzərində yaranır və böyük sahə tuturlar. 
     Antisiklonları meteoroloji şəraitə görə aşağıdakı üç əsas hissəyə 
bölmək olar (şək. 64): 
  mərkəzi hissə (I); 
  ön hissə (II); 
  arxa hissə (III).              
 
 
       
 
 
 
 
 
Й I 


 
 
 
 
 
 
   
 
 
    Şək. 64. Antisiklonların əsas meteoroloji hissələri 
 
       Burada  həmişə  mövcud  olan  enən  hava  axınları  havanı 
doymağa  qoymur  və  nəticədə,  əksəriyyət  halda  aydın  hava  şəraiti 
müşahidə  edilir.  Əksər  hallarda,  antisiklonlar  qərbdən  şərqə  doğru 
30-40  km/s  sürətlə  hərəkət  edirlər,  bəzən  isə  onlar  stasionar 
xarakter  daşıyaraq  uzun  müddət  eyni  yerdə  qala  bilirlər. 
Antisiklonlarda  enən  hava  axınları  üstünlük  təşkil  etdiyindən 
yerüstü  təbəqədə  inversiya  qatının  yaranması  üçün  əlverişli  şərait 
yaranır.  Havanın  enməsi  zamanı  inversiya  qatının  yaranmasının 
mexanizmi şəkil 65-də təsvir edilmişdir. 
Antisiklonlar öz inkişafında üç mərhələdən keçir: 
     1) gənc antisiklon; 
     2) maksimal inkişaf etmiş antisiklon;  
     3) dağılan antisiklon. 
 
 
 
 
 
      
 
 
 
 
 
 
  
z
  

  

 

 
θ 
 



 
 
 
 
          
   Şək.  65.    Havanın  enməsi  zamanı  antisiklonlarda  inversiya  
qatının    
                                         formalaşmasının sxemi 
      
     1)  I  mərhələ  - 
cavan  antisiklon.  Siklonların  arxa  hissəsində 
soyuq  hava  kütlələrində  yaranmaqla,  əvvəlcə  yallar  şəklində 
olurlar.  Bu  inkişaf  mərhələsində  antisiklonların  yerüstü 
mərkəzinə  5,5  km-lik  səviyyənin  (500  hPa)  təzyiq  yalı  uyğun 
gəlir,  yəni  başlanğıc  mərhələdə  antisiklonlar  siklonlar  kimi 
alçaq  barik  sistem  olur.  Bu  mərhələ  üçün  antisiklonların 
termobarik  sahəsinin  sxemi  şəkil  66-da  verilmişdir.  Müəyyən 
vaxtdan sonra həmin yallarda sərbəst antisiklonlar yaranır və ilk 
vaxtlar  sinoptik  xəritədə  bir  izobarla,  sonra  bir  neçə  qapalı 
izobarla  əhatə  olunur.  Antisiklonlar  bu  mərhələdə  2,0-2,5  km 
hündürlüyə  qədər  yayılır.  Antisiklonların  birinci  mərhələsi 
yerüstü səthdə şəkil 67-də təsvir olunmuşdur. 
2)  II  mərhələ
  -  maksimal  inkişafa  çatmış  antisiklon.  Bu 
mərhələdə  antisiklonlar  öz  inkişafının  maksimal  intensivliyinə 
çatır.  
 
 
 
 
 
              
 
 
 
 
 
 
  Сойуг 
  Исти 


 
 
           Şək. 66. Gənc  antisiklonun   termobarik   sahəsinin  
sxemi  
                 (        izobarlar;
 ----
 izotermlər;          izohipslər ) 
Antisiklonlar sinoptik xəritələrdə bir neçə izobarla əhatə olunurlar. 
500 hPa izobarik səthdə  çoxlu sayda qapalı izohipslər əmələ gəlir. 
    
 
 
 
 
 
 
 
 
 
 
 
      Şək.  67.  Antisiklonların  birinci  -    gənc  antisiklon 
mərhələsinin                    
                                                     sxemi 
     
Bu  mərhələdə  antisiklonlar  daha  böyük  hündürlüklərdə 
müşahidə  olunmaqla,  geniş  əraziləri  əhatə  edir.  Antisiklonların  ön 
hissəsində  (şərqində)  atmosfer  təzyiqi  artdığı  halda,  onun  arxa 
hissəsində  (qərbində)  əksinə,  atmosfer  təzyiqi  düşməyə  başlayır. 
İkinci  mərhələnin  (maksimal  inkişaf    səviyyəsinin)  izobarik 
quruluşu şəkil 68-də verilmişdir: 
 
 
 
 
 
 
 
 
 
 Y 
 А 
 А 
1015 
1005 
1010

1015 
1005 
1010

1025 
1000 
1020 
1005 
Сойуг 
-  П 


 
 
 
 
 
 
 
 
    Şək. 68. Antisiklonların ikinci - maksimal inkişafa çatmış  
mərhələsinin sxemi 
 
     3) III mərhələ
 - antisiklonların  dağılması mərhələsidir. Axırıncı 
mərhələyə keçidin əsas əlaməti antisiklonların mərkəzində atmosfer 
təzyiqinin  düşməsi  hesab  olunur.  Bu  proses  nəticəsində 
antisiklonlar öz  əvvəlki əhəmiyyətini və gücünü itirir. Ancaq aşağı 
və  yuxarı qatlarda antisiklonların  mərkəzləri üst - üstə düşürlər və 
bu onu göstərir ki,  antisiklonlar artıq  isti  hava kütlələrindən  ibarət 
barik  sahələrə  çevrilməyə  başlayırlar.  Antisiklonların  inkişaf 
silsiləsi  bir  neçə  gündən  bir  neçə  həftəyə,  bəzən  isə  bir  aya  qədər 
davam  edə  bilir.  Ən  uzun  müddətli,  davamiyyətli  antisiklonlar 
qışda  yaranan,  azhərəkətli  antisiklonlardır  ki,  bunlara  da  Sibir 
antisiklonlonu misal göstərmək olar. Sibir antisiklonları demək olar 
ki, bütün qış ərzində fəaliyyətdə olur. Antisiklonların inkişafının 3-
cü mərhələsi isə aşağıdakı kimidir (şək. 69): 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə