N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   43   44   45   46   47   48   49   50   ...   90

 
 
 
 
 
 
   Şək. 51Əsas barik sistemlər və onların yerləşməsi  
 
     Barik  sistemləri  təhlil  etmək  üçün  ilkin  olaraq  təzyiq 
qradiyentini  və  onun  üfüqi  və  şaquli  kəmiyyətlərini    təhlil  etmək 
vacibdir.  
     Tam  təzyiq  qradiyenti
  –  izobarik  səthlər  haqqında  əyani  təsvir 
yaradır  və  bütün  istiqamətlərdə  təzyiqin  dəyişməsini  xarakterizə 
etməyə imkan verir (G). Tam təzyiq qradiyenti təzyiqin azalmasına 
tərəf  istiqamətlənib  və  kəmiyyətcə  vahid  məsafədə  təzyiqin 
dəyişməsinə bərabərdir: 
 
                                             
,
Δ
ΔP
G



 
 
burada, 
     G – üfüqi barik qradiyent, ∆P – təzyiq fərqi, ∆

 – məsafə. 
     Tam  təzyiq  qradiyentini  şaquli  və  üfüqi  kəmiyyətlərə  ayırmaq 
olar  ki,  bunlara  da 
şaquli  və  üfüqi  təzyiq  qradiyentləri
  deyilir. 
Atmosfer  təzyiqi  şaquli  istiqamətdə  üfüqi  istiqamətə  nisbətən  bir 
neçə  dəfə  çox  dəyişir.  Hava  sütununun  kütləsi  yuxarı  qalxdıqca 
azaldığına  görə  atmosfer  təzyiqi  müvafiq  olaraq  azalır.  Atmosfer 
təzyiqi  yuxarı  qalxdıqca  hər  10  m-də  1mm  aşağı  düşür.  Qeyd 
edilən  kəmiyyət    dəyişkənlikləri 
atmosfer  təzyiqinin  şaquli 
qradiyenti
 adlanır. 
     Sinoptik  xəritələrdə  barik  sahənin  müəyyən  hissələrində  üfüqi 
təzyiq qradiyentləri ölçülür. Adətən, bu rəqəm yer səthində hər 100 
km-ə 1-3 hPa təşkil edir. 
     Şimal  yarımkürəsində  siklonlarda  hava  hərəkəti  saat  əqrəbi 
əksinə  dövr  edir  (cənub  yarımkürəsində  saat  əqrəbinin  hərəkəti 
istiqamətində)  və  hava  axınlarında  konvergensiya  müşahidə 


 
olunmaqla,  onların  hərəkəti    kənarlardan  mərkəzə  doğru 
istiqamətlənir. 
     Mərkəzə  axan  hava  kütlələri  şaquli  istiqamətdə  yuxarıya 
qalxaraq müəyyən hündürlükdən sonra mərkəzdən kənarlara doğru 
yayılmağa başlayır. 
     Siklonda  havanın  nizamlı  şəkildə  yuxarı  qalxması  onun 
soyumasına  və  doymuş  hala  gəlməsinə  səbəb  olur,  nəticədə,  də 
buludlar,  yağıntılar  yaranır.  Antisiklonda  isə  əksinə,  yer  səthinə 
yaxın  sahələrdə  hava  axınlarının  mərkəzdən  kənarlara  doğru 
divergensiyası  baş  verir,  nəticədə,  antisiklonların  mərkəzlərində 
enən hava axınları yaranır. Bu zaman müəyyən hündürlüklərdə isə 
əksinə,  hava  axınlarının  yığılması  baş  verir.  Yuxarıda  qeyd  edilən 
sirkulyasiyalar şəkil 52 (a, b)-də təsvir edilmişdir. 
      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 52 (a).  Siklonda hava dövranı 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
Şək. 52 (b).  Antisiklonda hava dövranı    
     Enən  hava  axınları  antisiklonda  hava  hissəciklərini  qızdırır  və 
onu doyma  halından uzaqlaşdırır.  Bunun  nəticəsində də buludların 
miqdarı  azalır  və  ya  onların  əmələ  gəlməsi  əngəllənir.  Siklon  və 
antisiklonlar  nəhəng  hava  burulğanları  olaraq,  onların  ölçüləri  bir 
neçə 100 km-dən 1000 km-ə qədər və daha çox olur.  
     Şaquli istiqamətdə siklon və antisiklonlar bütün troposferi əhatə 
edə  bilərlər.  Beləliklə,  siklon  və  antisiklonlarda  sirkulyasiya 
sisteminə böyük hava kütlələri cəlb olunur ki, onlar da çox nəhəng 
kinetik enerjiyə malik olurlar. Məsələn, diametri 1000 km və şaquli 
qalınlığı  5  km  olan  siklonlarda  10  m/san  sürətli  sirkulyasiyaya 
malik hava kütləsi 
17
10
2 
 coul kinetik enerjiyə malik olur və bu da 
50  milyon  ton  trotilin  partlayışı  nəticəsində  yaranan  enerjiyə 
ekvivalent hesab edilə bilər. Bu deyilənlərdən aydın olur ki, siklon 
və  antisiklonların  yaranması  üçün  atmosferdə  lazımi  qədər 
potensial  enerji  ehtiyatı  olmalıdır  və  xüsusi  şərait  yarandıqda 
potensial  enerji  kinetik  enerjiyə  çevrilir.  Təcrübələr    göstərir  ki, 
siklon  və  antisiklonlar,  əsasən,  temperatur  və  təzyiq  fərqləri  çox 
olan  rayonlarda,  yəni  Yüksək  Cəbhə  Zonaları  (YCZ)  yerləşən 
ərazilərdə daha çox inkişaf edirlər. 
    YCZ-na yer səthində atmosfer cəbhələri uyğun gəlir, ona görə də 
siklon  və  antisiklonların  yaranması  atmosfer  cəbhələri  zonasında 
baş verir. Bu zaman siklonlar çox vaxt cəbhələrdə, antisiklonlar isə 
cəbhənin yaxınlığında (soyuq havada) yaranırlar. Gündəlik aeroloji 
və  sinoptik  xəritələrin  təhlili  göstərir  ki,  siklonik  və  antisiklonik 
xarakterli  sirkulyasiyalar  atmosferin  Yerə  yaxın  təbəqəsində  daha 
çox  yaranır.  Siklon  və  antisiklonlar  inkişaf  etdikcə,  sirkulyasiya 
atmosferin daha yuxarı qatlarınadək yayılır. Barik mərkəzlər əvvəl 


 
Yer  üzərindəki    xəritələrdə,  sonra  isə  daha  yuxarı  hündürlüklərdə 
müşahidə  edilir.  Yarandıqları  hündürlükdən  asılı  olaraq  siklon  və 
antisiklonlar  alçaq  və  yüksək  olmaqla,  iki  yerə  bölünür.  Alçaq 
barik  sahələr,  adətən,  2-3  km  hündürlüyə  qədər,  yüksək  barik 
sahələr  isə  bütün  troposferdə  və  bəzən  aşağı  stratosferdə  də 
müşahidə olunur. Siklon və antisiklonlarda küləklərin istiqamətləri 
müxtəlif  yarımkürələr üzrə   balanslaşdırılmış qüvvələrin (Təzyiqin 
Qradiyent Qüvvəsi (TQQ), Koriolis qüvvəsi) təsiri altında  şəkil 53 
və şəkil 54-də verilmişdir 
 
 
Şək. 53Şimal Yarımkürəsində qapalı izobarlar boyunca külək 
dövranının yaranma mexanizmi 
     Şimal yarımkürəsində balanslaşdırılmış qüvvələrin təsiri altında 
küləklər  yüksək  təzyiq  sahəsində  saat  əqrəbi  istiqamətində,  alçaq 
təzyiq sahəsində isə saat əqrəbinin əksinə əsirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə