N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   55   56   57   58   59   60   61   62   ...   90

 
yerləşdikdə  dağın  hər  iki  yamacı  boyunca  enən  hava  kütləsinin 
dayanıqlığı  böyük  rol  oynayır.  Bu  cür  kütlədə  aşağıdakı  düstura 
müvafiq olaraq 
 
                         


γ
γ
T
Θ
z
Θ
a




,                             (4.4) 
 
hündürlüyə qalxdıqca potensial temperatur artacaq və havanın enən 
hərəkəti  zamanı  isə  dağın  ətəyinə  nisbətən  daha  isti  hava  daxil 
olacaq. 
 
                         
                                 
 
 
 
                             
 
 
 
 
 
  
                             
                                         
                 Şək. 72. Fyonun yaranma sxemi 
     Belə  fyon  effekti  istənilən  antisiklonda  və 


a



  olduqda, 
0


şərti ödəndikdə müşahidə olunur.  
     Fyon zamanı bir neçə saat ərzində havanın temperaturu 10-15°C 
artır və havanın nisbi rütubəti isə kəskin aşağı düşür.  
     Axım  küləkləri
    -  ağırlıq  qüvvəsinin  təsiri  ilə  az  meylli  ərazi 
üzərində 
havanın 
hərəkətinə 
deyilir. 
Axım 
küləklərinin 
yaranmasına  səbəb  olan 
qravitasiya  effekti
  digər  yerli  küləklərdə, 
məsələn, borada da özünü biruzə verir. 
км
мм 


 
     Bora
  –  sahildən  dənizə  doğru  istiqamətlənmiş  güclü  soyuq 
küləklərdir. Bora zamanı  sahilyanı  ərazilərdə güclü dalğalanma  və 
temperaturunun 0°C-dən aşağı olduğu hallarda isə sahil boyu suyun 
donması müşahidə olunur.  
     Sahilyanı  dağlıq  ərazidən  dənizə  doğru  axan  soyuq  hava 
kütləsinin sürətini aşağıdakı düsturla təyin etmək olar: 
 
                        
2
1
2
T
T
T
2gh
V


,                          (4.5) 
 
burada,  
     h  –  soyuq  hava  kütləsinin  endiyi  hündürlük  (dəniz 
səviyyəsindən); T
1
 və T
2
 – başlanğıc səviyyədə soyuq  və  isti hava 
kütlələrinin  mütləq  temperaturlarıdır.  Əgər  məsələn,  h  =  1000  m, 
T

=265 K, T
2
=275 K olarsa, V≈27 m/san olacaqdır. 
     Lakin  bora  küləklərinin  yaranmasına  yalnız  qravitasiya  effekti 
səbəb olmur, sahilboyu qalxmanın müəyyən quruluşa malik olduğu 
halda  və  əlverişli  sinoptik  şəraitdə  də  yarana  bilər.  Soyuq  hava 
kütləsinin  nisbətən  dayanıqsızlığı  da  boranın  yaranmasına  səbəb 
ola  bilər.  Əgər 
a

 
  olarsa,  havanın  enən  hərəkətləri  onun 
temperaturunun sürətli qalxması ilə müşayiət olunacaq, bu isə bora 
əvəzinə fyon küləklərinin yaranmasına gətirib çıxaracaq.  
     Kondensasiya  və  külək  rejiminə  təsirdən  əlavə,  dağlar  hava 
kütlələrinin temperaturuna da əhəmiyyətli təsir göstərir. 
 
                 
  Atmosfer cəbhələri və onların təsnifatı
 
 
     Sinoptik  xəritələri  təhlil  edərkən  biz  görürük  ki,  ensiz  bir 
zonada,  müxtəlif  hava  kütlələrinin  sərhəddində  hava  şəraitinin 
kəskin  dəyişməsi  müşahidə  olunur.  Belə  keçid  zonalarda  küləyin 
istiqaməti  və  sürəti,  havanın  temperaturu,  rütubətlik  və  digər 
meteoroloji  elementlər  də  kəskin  dəyişir,  intensiv  yağıntılar 
müşahidə olunur.  Buna görə də iki  hava kütləsini ayıran zonaların 
təyin  edilməsi  və  onun  yerdəyişməsinin  öyrənilməsi  praktiki 


 
nöqteyi-nəzərdən  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  cür  keçid    və 
ayırıcı  zonalara  atmosfer  cəbhələri  deyilir.  Cəbhə  zonalarının  eni 
üfüqi  istiqamətdə  bir  neçə  on  kilometr  təşkil  edir.  Ona  görə  də 
sinoptik  xəritələrdə  cəbhə  və  yer  səthinin  kəsişməsi  xətt  şəklində 
göstərilir  və  bu  xəttə  cəbhə  xətti,  yaxud  atmosfer  cəbhələri  də  
deyilir. 
     Cəbhə  zonası  şaquli  istiqamətdə  az  qalınlığa  malik  olduğuna 
görə  onu  yer  səthi  ilə  eyni  götürmək  olar.  Bu  səthə 
cəbhə  səthi
 
deyilir.  Cəbhə  səthi  həmişə  soyuq  havaya  doğru  əyilmiş  olur. 
Cəbhə səthinin mailliyi çox kiçik olub, tangens bucağına bərabərdir  
(tgα=0,01  –  0,03).  Yəni,  bu  o  deməkdir  ki,  cəbhə  xəttindən 
uzaqlaşdıqca hər 100 km-ə cəbhə səthinin hündürlüyü bir kilometr 
yüksəlir. Cəbhə səthi boyunca hava kütlələri nizamlı hərəkət edirlər 
və nəticədə, su buxarının kondensasiyası baş verir.  
     İki  hava  kütləsini  ayıran  cəbhənin  hərəkət  sürəti  hava 
kütlələrinin  cəbhəyə  perpendikulyar  istiqamətdə  hərəkəti  ilə  təyin 
edilir.  Cəbhələrin  hərəkət  sürəti,  küləyin  sürət  vektorunu  təşkil 
edən  cəbhə  xəttinə  perpendikulyar  istiqamətdə  yerləşir.  Küləyin 
vektorunu  təşkil  edən  normalın  qiymətini,  yəni  cəbhənin  hərəkət 
sürətini təqribi olaraq izobarların istiqamətinə görə müəyyən etmək 
olar.  Əgər  izobarlar  cəbhəni  düz  bucağa  yaxın  bucaqla  kəsərsə, 
onda cəbhə sürətli hərəkət edir. İti bucag altında kəsdikdə isə cəbhə 
yavaş  hərəkət  edir.  Əgər  izobarlar  cəbhələrə  paralel  yerləşərlərsə, 
onda  cəbhələr  azhərəkətli  hesab  edilirlər.  Bu  qayda  cəbhənin 
hərəkət intensivliyini qiymətləndirməyə imkan verir. 
     Termodinamik  xüsusiyyətlərinə
  görə  atmosfer  cəbhələri  iki  cür 
təsnifatlaşdırılır: 
     1) isti atmosfer cəbhələri;    2) soyuq atmosfer cəbhələri. 
     Əgər cəbhələr keçdikdə ərazinin temperaturunu yüksəlirsə, belə 
atmosfer  cəbhələri  isti  cəbhələr  adlanırlar.  Əksinə,  əgər  isti  hava 
soyuq havanın qarşısında irəliləyirsə,  buna soyuq atmosfer cəbhəsi 
deyilir.  Soyuq  atmosfer  cəbhələri  isə  əksinə,  keçdikləri  ərazinin 
temperaturunu aşağı salırlar.  
     Bundan  başqa  atmosfer  cəbhələri  əsas  və  ikinci  dərəcəli 
olmaqla, iki yerə bölünürlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə