olur: yağıntılı dövr yay mussonları ilə, kəskin fərqlənən, quraq dövr
isə qış mussonları ilə əlaqədardır. Yəni, buradan belə bir nəticə
çıxır ki, yay mussonları dənizdən quruya əsdiyinə görə həmin
ərazilərin
rütubətini
quruya
daşıyır
və
ərazinin
ifrat
rütubətlənməsini (güclü və bəzən, çox hallarda sellər və daşqınlarla
müşayiət olunan leysan yağışları ilə) təmin edir. Qış mussonları isə
əksinə, qurudan dənizə əsdiyinə görə həmin ərazilər rütubətlə pis
təmin olunur və ona görə də ən az yağıntılı dövr qış mussonlarının
müşahidə edildiyi dövrə təsadüf edir.
Atmosfer proseslərinin növləşdirilməsi və
sirkulyasiya indeksləri
Atmosfer proseslərinin çoxlu sayda növləri içərisində daha çox
təkrarlanan prosesləri aşkar etmək və yaxud bir prosesin digərini
əvəz etməsi ardıcıllığının qanunauyğunluqlarını müəyyən etmək
çox çətindir. Atmosfer dövranının tədqiqatları XIX əsrin ikinci
yarısında ilk hava xəritələrinin meydana gəlməsi ilə eyni zamanda
başlanmışdır. Başqa elmlərdə olduğu kimi, meteorologiyada da
atmosfer proseslərinin sistemləşdirilməsini aparmaq, bunların
içərisində Yer kürəsinin müxtəlif rayonlarında bu və ya başqa
mövsüm üçün xarakterik olan, tez-tez təkrarlanan prosesləri aşkar
etmək qarşıya məqsəd qoyulmuşdur. İndiyə qədər bir çox
tədqiqatçılar makrosirkulyasiya proseslərinin növləşdirilməsinə
cəhd göstərmişdilər. Bunlardan biri Q.Y.Vangenheym tərəfindən
təklif
edilmişdir
və
sonradan
A.A.Girslə
birlikdə
təkmilləşdirilmişdir. Makrosinoptik proseslərin Q.Y.Vangenheym
tərəfindən işlənmiş növləşdirilmələri Elementar Sinoptik Proses
(ESP) anlayışına əsaslanmışdır. Bu cür proses müddətində verilmiş
coğrafi rayonda hava axınlarının əsas istiqaməti və barik sahələrin
işarəsi dəyişməz, sabit qalır. Prosesin bütün növləri ümumi olaraq
26 tipdə cəmlənmişdir. Bunlar da mülayim enliklərin troposfer
təbəqəsində üstün yerdəyişmələrə uyğun olaraq 3 tipdə
qruplaşdırılmışdır:
1) qərb köçürməsi (W),
2) şərq köçürməsi (E),
3) meridional köçürmələr (C).
Makroproseslərin
B.L.Dzerdzeyevsk
tərəfindən
V.M.
Kurqanskaya
və Z.M. Vitvitskaya
ilə
birlikdə
işlənmiş
növləşdirilməsi bütün şimal yarımkürəsini əhatə edir və Arktikadan
soyuq hava ilə müşayiət olunan meridional hərəkətlərin nəzərə
alınmasına əsaslanmışdır.
Elementar sirkulyasiya mexanizmləri (ESM)
adlanan proseslərin
orta davamiyyət müddəti 3-5 sutka arasında dəyişir. Bu növlərin
bəziləri qış və yaz aylarında, bəziləri isə əsasən, yayda daha çox
təkrarlanırlar.
Atmosfer dövranı növlərinin müəyyən edilməsini
obyektivləşdirmək
məqsədilə
onların
kəmiyyətcə
qiymətləndirilməsinin müxtəlif üsulları təklif edilmişdir. Bunlardan
ən əlverişlisi Rossbinin təklif etdiyi üsuldur. Bu zaman sirkulyasiya
indeksi kimi havanın hərəkət sürətinin zonal toplananı qəbul
olunmuşdur. Atmosfer prosesləri zonal indeksin müxtəlif
qiymətlərinə uyğun olaraq iki tip sirkulyasiya növünə bölünürlər:
yüksək və alçaq indeksli sirkulyasiyalar.
Y.N.Blinova tərəfindən təklif edilmiş indeks verilmiş coğrafi
enlikdə yer səthinə nəzərən atmosferin fırlanma bucaq sürətini
xarakterizə edir və ümumiyyətlə,
Rossbi indeksinə
oxşardır:
,
10
ωRcos
x
v
10
ω
a
J
3
3
burada,
a – zonal küləyin yerə yaxın bucaq sürəti, – Yer kürəsinin
fırlanma bucaq sürəti, R – Yer kürəsinin radiusu,
– coğrafi enlik,
v
x –
Yer kürəsinə nəzərən xətti zonal sürətdir.
Bu indeks zonal sirkulyasiyanın intensivliyinin planetar
qiymətini verir. Müəyyən edilmişdir ki, troposferdə və aşağı
stratosferdə sirkulyasiyanın zonal və meridional toplananları ilin
soyuq dövrlərində maksimal qiymətə çatır və bu zaman şimal-
cənub, materik-okean arasında havanın temperatur qradiyenti ən
böyük qiymətlərə malik olur.
Qış aylarında materik və okeanlar arasında temperatur fərqi
daha da artır və deməli, meridional proseslərin inkişafı üçün
əlverişli şərait saxlanılır. Meridional sirkulyasiyanın təkrarlanması
oktyabr-fevral aylarında fasiləsiz olaraq artır, zonal sirkulyasiya isə
əksinə, azalır (məsələn, Azərbaycan ərazisində qeyd edilən dövr
ərzində meridional proseslərin müdaxiləsi hallarının çoxalması).
Yalnız martda materik qızmağa başladıqda, okean və materiklər
arasında temperatur qradiyenti azaldığı vaxtlarda meridional
proseslərin müdaxiləsi hallarının sayı azalır, zonal sirkulyasiyanın
təkrarlanması isə əksinə, bir qədər artmış olur.
V FƏSİL
METEOROLOJİ ŞƏRAİTİN TƏHLİLİ. METEOROLOJİ
ELEMENT VƏ HADİSƏLƏRİN ƏSAS PROQNOZ
ÜSULLARI
Divergensiya, burulğan hərəkəti və sürət
sirkulyasiyasının
hesablanması
V sürət vektoru və onun u, v və ω toplananları fəzanın müəyyən
nöqtəsinə
aiddirlər.
Bu
parametrlər
sürət
sahəsinin
xarakteristikalarının proqnozu üçün də istifadə edilir. Bunlara
divergensiya, burulğan hərəkəti və sirkulyasiyanın sürəti aid edilir
və onlar bu və ya digər qonşu nöqtədə hesablana bilərlər.
Fəzada sürət vektorunun divergensiyası
aşağıdakı bərabərliklə
təyin olunur:
z
ω
y
v
x
u
divV
.
Üfüqi müstəvidə
y
v
x
u
D
divV
.
Analoji olaraq
hərəkət miqdarının divergensiyasını
üfüqi
müstəvidə nəzərə alsaq,
y
ρv
x
ρu
div ρi
.
Dostları ilə paylaş: |