N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   63   64   65   66   67   68   69   70   ...   90

 
olur: yağıntılı dövr yay mussonları ilə, kəskin fərqlənən, quraq dövr 
isə  qış  mussonları  ilə  əlaqədardır.  Yəni,  buradan  belə  bir  nəticə 
çıxır  ki,  yay  mussonları  dənizdən  quruya  əsdiyinə  görə  həmin 
ərazilərin 
rütubətini 
quruya 
daşıyır 
və 
ərazinin 
ifrat 
rütubətlənməsini (güclü və bəzən, çox hallarda sellər və daşqınlarla 
müşayiət olunan leysan yağışları ilə) təmin edir. Qış mussonları isə 
əksinə,  qurudan  dənizə  əsdiyinə  görə  həmin  ərazilər  rütubətlə  pis 
təmin olunur və ona görə də ən az yağıntılı dövr qış mussonlarının 
müşahidə edildiyi dövrə təsadüf edir.   
 
Atmosfer proseslərinin növləşdirilməsi və 
sirkulyasiya indeksləri 
 
     Atmosfer proseslərinin çoxlu sayda  növləri  içərisində daha  çox  
təkrarlanan  prosesləri  aşkar  etmək  və  yaxud  bir  prosesin  digərini 
əvəz  etməsi  ardıcıllığının  qanunauyğunluqlarını  müəyyən  etmək 
çox  çətindir.  Atmosfer  dövranının  tədqiqatları    XIX  əsrin  ikinci 
yarısında  ilk hava  xəritələrinin  meydana gəlməsi  ilə eyni  zamanda 
başlanmışdır.  Başqa  elmlərdə  olduğu  kimi,  meteorologiyada  da 
atmosfer  proseslərinin  sistemləşdirilməsini  aparmaq,  bunların 
içərisində  Yer  kürəsinin  müxtəlif  rayonlarında  bu  və  ya  başqa 
mövsüm üçün xarakterik olan,   tez-tez təkrarlanan prosesləri aşkar 
etmək  qarşıya  məqsəd  qoyulmuşdur.  İndiyə  qədər  bir  çox 
tədqiqatçılar  makrosirkulyasiya  proseslərinin  növləşdirilməsinə 
cəhd  göstərmişdilər.  Bunlardan  biri  Q.Y.Vangenheym  tərəfindən 
təklif 
edilmişdir 
və 
sonradan 
A.A.Girslə 
birlikdə 
təkmilləşdirilmişdir.  Makrosinoptik  proseslərin  Q.Y.Vangenheym 
tərəfindən  işlənmiş  növləşdirilmələri  Elementar  Sinoptik  Proses 
(ESP) anlayışına əsaslanmışdır. Bu cür proses müddətində verilmiş 
coğrafi rayonda  hava axınlarının  əsas  istiqaməti və barik sahələrin 
işarəsi dəyişməz,  sabit qalır. Prosesin  bütün  növləri ümumi olaraq 
26  tipdə  cəmlənmişdir.  Bunlar  da  mülayim  enliklərin  troposfer 
təbəqəsində  üstün  yerdəyişmələrə  uyğun  olaraq  3  tipdə 
qruplaşdırılmışdır: 
     
1) qərb köçürməsi (W), 


 
     2) şərq köçürməsi (E), 
     3) meridional  köçürmələr (C). 
     Makroproseslərin 
B.L.Dzerdzeyevsk 
tərəfindən 
V.M. 
Kurqanskaya 
və  Z.M.  Vitvitskaya 
ilə 
birlikdə 
işlənmiş 
növləşdirilməsi bütün şimal yarımkürəsini əhatə edir və Arktikadan 
soyuq  hava  ilə  müşayiət  olunan  meridional  hərəkətlərin  nəzərə 
alınmasına əsaslanmışdır.  
     
Elementar sirkulyasiya mexanizmləri (ESM)
 adlanan proseslərin 
orta  davamiyyət  müddəti  3-5  sutka  arasında  dəyişir.  Bu  növlərin 
bəziləri  qış  və  yaz  aylarında,  bəziləri  isə  əsasən,  yayda  daha  çox 
təkrarlanırlar.
 
Atmosfer  dövranı  növlərinin  müəyyən  edilməsini 
obyektivləşdirmək 
məqsədilə 
onların 
kəmiyyətcə 
qiymətləndirilməsinin müxtəlif üsulları təklif edilmişdir. Bunlardan 
ən əlverişlisi Rossbinin təklif etdiyi üsuldur. Bu zaman sirkulyasiya 
indeksi  kimi  havanın  hərəkət  sürətinin  zonal  toplananı  qəbul 
olunmuşdur.  Atmosfer  prosesləri  zonal  indeksin  müxtəlif 
qiymətlərinə  uyğun  olaraq  iki  tip  sirkulyasiya  növünə  bölünürlər: 
yüksək və alçaq indeksli sirkulyasiyalar.
  
     
Y.N.Blinova  tərəfindən  təklif  edilmiş  indeks  verilmiş  coğrafi 
enlikdə  yer  səthinə  nəzərən  atmosferin  fırlanma  bucaq  sürətini 
xarakterizə edir və ümumiyyətlə, 
Rossbi indeksinə
 oxşardır: 
 
 
,
10
 
ωRcos
x
v
10
ω
a
J
3
3





 
 
burada,  
      a  –  zonal  küləyin  yerə  yaxın  bucaq  sürəti,      Yer  kürəsinin 
fırlanma bucaq sürəti, R – Yer kürəsinin radiusu, 

 – coğrafi enlik, 
v
x –  
Yer kürəsinə nəzərən xətti zonal sürətdir.  
     Bu  indeks  zonal  sirkulyasiyanın  intensivliyinin  planetar 
qiymətini  verir.  Müəyyən  edilmişdir  ki,  troposferdə  və  aşağı 
stratosferdə  sirkulyasiyanın  zonal  və  meridional  toplananları  ilin 
soyuq  dövrlərində  maksimal  qiymətə  çatır  və  bu  zaman  şimal-


 
cənub,  materik-okean  arasında  havanın  temperatur  qradiyenti  ən 
böyük qiymətlərə malik olur. 
     Qış  aylarında  materik  və  okeanlar  arasında  temperatur  fərqi 
daha  da  artır  və  deməli,  meridional  proseslərin  inkişafı  üçün 
əlverişli  şərait  saxlanılır.  Meridional  sirkulyasiyanın  təkrarlanması 
oktyabr-fevral aylarında fasiləsiz olaraq artır, zonal sirkulyasiya isə 
əksinə,  azalır  (məsələn,  Azərbaycan  ərazisində  qeyd  edilən  dövr 
ərzində  meridional  proseslərin  müdaxiləsi  hallarının  çoxalması). 
Yalnız  martda  materik  qızmağa  başladıqda,  okean  və  materiklər 
arasında  temperatur  qradiyenti  azaldığı  vaxtlarda  meridional 
proseslərin  müdaxiləsi  hallarının  sayı  azalır,  zonal  sirkulyasiyanın 
təkrarlanması isə əksinə, bir qədər artmış olur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
V FƏSİL 
 
METEOROLOJİ ŞƏRAİTİN TƏHLİLİ. METEOROLOJİ  
ELEMENT VƏ HADİSƏLƏRİN ƏSAS PROQNOZ 
ÜSULLARI 
                                                                                                
Divergensiya, burulğan hərəkəti və sürət 
sirkulyasiyasının
 
                             hesablanması 
 
     V sürət vektoru və onun u, v və ω toplananları fəzanın müəyyən 
nöqtəsinə 
aiddirlər. 
Bu 
parametrlər 
sürət 
sahəsinin
 
xarakteristikalarının  proqnozu  üçün  də  istifadə  edilir.  Bunlara 
divergensiya,  burulğan  hərəkəti  və  sirkulyasiyanın  sürəti aid edilir 
və onlar bu və ya digər qonşu nöqtədə hesablana bilərlər.  
     Fəzada  sürət  vektorunun  divergensiyası 
aşağıdakı  bərabərliklə 
təyin olunur: 
 
                           
z
ω
y
v
x
u
divV









.         
                  
     Üfüqi müstəvidə  
 
                           
y
v
x
u
D
divV







.       
                   
     Analoji  olaraq   
hərəkət  miqdarının  divergensiyasını
  üfüqi 
müstəvidə nəzərə alsaq, 
 
                                     
                          




y
ρv
x
ρu
div ρi






.       


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə