N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   59   60   61   62   63   64   65   66   ...   90

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
    
     
    Şək. 73.  İsti və soyuq hava kütlələrinin dağları aşması, 
həmçinin    
                   dağların arxasında, aşağı təbəqədə çox soyuq hava                         
       olduqda yüksək isti və soyuq cəbhələrin 
formalaşması    


 
 
 
 
 
 
 
 
 
                  
 
 
 
 
 
                                   
 
 
 
 
 
 
 
 
 
                    
 
 
 
 
 
 
 
    
 Şək. 74. Oroqrafik okklyuziya a) soyuq cəbhənin dağlara    
                       yaxınlaşması;  b) cəbhənin deformasiyası. 
Щяштярха
н 
БАКЫ 
Краснодар 
Пйатигорск 
Тбилиси 
Актау 
Батум
Сухуми 
Новороссийск 
а

Краснодар 
Маһачгала 
Пйатигорск 
Щяштярхаn
 
Актау 
БАКЫ 
Тбилиси 
 
Батуми 
Сухуми 
   
Новороссийск 
б
)
 


 
     Dağların  hava  kütlələrinin  yerdəyişməsinə  və  evolyusiyasına 
təsiri  hər  bir  dağlıq  sahədə  spesifik  xüsusiyyətlərə  malikdir. 
Cəbhələr dağ massivlərini, yəni sıra dağları aşarkən daha mürəkkəb 
şərait yaranır. Belə şəraitdə, eyni zamanda, cəbhənin azhərəkətli və 
dağları  sürətlə  aşan  hissələrini  müşahidə  etmək  olur.  Bu  zaman 
cəbhə  xəttini  yalnız  dəqiq  sinoptik  təhlil  və  dağlarda  müşahidə 
olunan  hava  şəraiti  haqda  kifayət  qədər  meteoroloji  məlumat 
olduqda keçirmək mümkündür. 
     Böyük  Qafqaz  dağ  silsiləsi  Azərbaycan  ərazisinə  şimaldan 
soyuq  hava  kütlələrinin  birbaşa  daxil  olmasına  əsas  maneədir, 
silsiləsinin  önündə  toplanan  soyuq  hava  kütlələri  onu  şərqdən 
keçərək  güclü  axınla  Xəzərin  qərb  sahilinə  və  Abşeron 
yarımadasına  daxil  olurlar.  Maneəni  dəf  edərkən  axının 
konvergensiyası küləyin sürətlənməsinə səbəb olur. 
     Böyük Qafqazın şərq  yamacları yaxınlığında cərəyan xətlərinin 
sıxlaşması nəticəsində soyuq cəbhələrin sürəti artır. Şimaldan daxil 
olarkən soyuq hava kütlələri Baş Qafqaz silsiləsini şərqdən keçərək 
cənuba  doğru  istiqamətlənir  və  bunun  nəticəsində,  Mahaçqala-
Xaçmaz sahillərində cərəyan xətlərinin daralması baş verir. Bundan 
əlavə,  dəniz  səthinə  nisbətən  quru  səthində    sürtünmə 
konvergensiyasının  artması,  silsilənin  sahilə  yaxın  olması  ilə 
əlaqədar olaraq, axının konvergensiyasının güclənməsi  nəticəsində 
bu  sahədə    havanın  qalxma  hərəkəti  baş  verir  ki,  bu  da 
kondensasiya  prosesinin  güclənməsinə  səbəb  olur.  Orta  və  Şimali 
Xəzərin  qərb  sahili  üzərindəki  siklogenez,  Qafqaz  və  İran  dağlığı 
üzərində nisbətən yüksək təzyiq müşahidə olunan zaman cənub və 
cənub-qərb  küləklərinin  əmələ  gəlməsinə  şərait  yaranır.  Bununla 
yanaşı, cənub-qərbdən daxil olan isti hava kütlələri kiçik Qafqaz və 
Talış  dağ  sistemlərini  aşdıqdan  sonra  öz  əvvəlki  xüsusiyyətlərini 
dəyişirlər.  Beləliklə,  Böyük  və  Kiçik  Qafqaz  dağ  sistemləri  hava 
axınlarının  istiqamət  və  sürətini  dəyişərək  Abşeron  yarımadasında 
güclü  şimal  və    cənub  axınlarının  yaranmasına,  əlverişli  şərait 
olduqda isə bulud əmələgəlməyə səbəb olurlar. İlin qış fəsillərində 
Xəzər dənizi şimaldan gələn soyuq hava kütlələrinin temperaturunu 
artırır,  cənubdan  gələn  isti  havanın  temperaturunu  isə  aşağı  salır. 


 
Bundan  başqa,  Xəzər  dənizi  öz  üzərində  qışda  siklonik,  yayda  isə 
antisiklonik fəaliyyəti gücləndirir və buxarlanma yolu ilə havadakı 
rütubəti artırır. Buxarlanma sahələrinin kəmiyyətinin təhlili göstərir 
ki,  Xəzər  dənizinin  atmosferlə  qarşılıqlı  əlaqəsi  mövsümdən-
mövsümə  dəyişir.  Qeyd  etmək  lazımdır  ki,  qışda  Orta  Xəzərdə 
rütubət  və  istilik  mübadiləsinin  yüksək  qiyməti  yayda    rütubət  və 
istilik  mübadiləsinin  kiçik  qimətləri  ilə  kompensasiya  edilir. 
Rütubət  və  istilik  mübadiləsinin    qış  mövsümündən  yay 
movsümünə  keçidi,  əsasən,  mart  ayında  baş  verir.  Qış  aylarında  
yüksək    rütubət  və  istilik    mübadiləsi  şimaldan  soyuq  hava 
kütlələrinin  Xəzər  ərazisinə  daxil  olması  ilə  əlaqədardır.  Bu, 
temperatur  sahəsində  və  əsasən  də  şeh  nöqtəsində  özünü  daha 
aydın  göstərir.  Dənizin  müxtəlif  hissələrində  və  ümumiyyətlə, 
dənizdə  havanın  temperaturunun  və  şeh  nöqtəsinin  minimal 
qiymətləri  fevral  ayında  müşahidə olunur. R.  Məmmədov  və Q.N. 
Panin  tərəfindən  aparılmış  istilik  və  buxarlanmanın  məkan  və 
zamana  görə  dəyişkənliyinin  təhlili,  bütün  il  boyu  suyun  ən  isti 
temperaturunun Cənubi Xəzərdə olmasını göstərir.  
     Su səthinin orta illik temperaturu belədir: bütöv dənizdə 14,9
0
C, 
şimal,  orta            və  cənub  hissədə  uyğun  olaraq  12,5
0
C,  14,1
0
C  və 
16,8
0
C-dir.  İldaxili  temperatur  dəyişmələri    -1,4
0
C-  dən  34
0

istiliyə kimi dəyişir. Xəzər dənizininAzərbaycan sahilində qışda su 
səthinin orta aylıq temperaturu 6 - 8 
0
C təşkil edir. 
 
                             Cəbhə səthinin meylliyi 
 
     Şəkil  84-də  iki  hava  kütləsini  ayıran  frontal  səth  təsvir 
olunmuşdur ki, 1 indeksi ilə soyuq hava kütləsi, 2 indeksi ilə isə isti 
hava  kütləsi  qeyd  edilmişdir.    Frontal  səthin  mövcud  olmasının 
dinamik  şərti  təzyiq  sahəsində  diskretliyin  olmamasıdır,  yəni 
istənilən  nöqtədə  P
1
=P
2
  və  ya  dP
1
=dP
2
=0.  Əks  halda,  çox  böyük 
təzyiq  qradiyentləri  yaranardı  ki,  buna  müvafiq  olaraq  da  çox 
böyük sürətə malik küləklər əsərdi. Belə şəraitdə isə dayanıqlı səth 
mövcud ola bilmir. 
 
M

B
 
Z
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə