yerləşdikdə dağın hər iki yamacı boyunca enən hava kütləsinin
dayanıqlığı böyük rol oynayır. Bu cür kütlədə aşağıdakı düstura
müvafiq olaraq
γ
γ
T
Θ
z
Θ
a
, (4.4)
hündürlüyə qalxdıqca potensial temperatur artacaq və havanın enən
hərəkəti zamanı isə dağın ətəyinə nisbətən daha isti hava daxil
olacaq.
Şək. 72. Fyonun yaranma sxemi
Belə fyon effekti istənilən antisiklonda və
a
olduqda,
0
şərti ödəndikdə müşahidə olunur.
Fyon zamanı bir neçə saat ərzində havanın temperaturu 10-15°C
artır və havanın nisbi rütubəti isə kəskin aşağı düşür.
Axım küləkləri
- ağırlıq qüvvəsinin təsiri ilə az meylli ərazi
üzərində
havanın
hərəkətinə
deyilir.
Axım
küləklərinin
yaranmasına səbəb olan
qravitasiya effekti
digər yerli küləklərdə,
məsələn, borada da özünü biruzə verir.
км
мм
Bora
– sahildən dənizə doğru istiqamətlənmiş güclü soyuq
küləklərdir. Bora zamanı sahilyanı ərazilərdə güclü dalğalanma və
temperaturunun 0°C-dən aşağı olduğu hallarda isə sahil boyu suyun
donması müşahidə olunur.
Sahilyanı dağlıq ərazidən dənizə doğru axan soyuq hava
kütləsinin sürətini aşağıdakı düsturla təyin etmək olar:
2
1
2
T
T
T
2gh
V
, (4.5)
burada,
h – soyuq hava kütləsinin endiyi hündürlük (dəniz
səviyyəsindən); T
1
və T
2
– başlanğıc səviyyədə soyuq və isti hava
kütlələrinin mütləq temperaturlarıdır. Əgər məsələn, h = 1000 m,
T
1
=265 K, T
2
=275 K olarsa, V≈27 m/san olacaqdır.
Lakin bora küləklərinin yaranmasına yalnız qravitasiya effekti
səbəb olmur, sahilboyu qalxmanın müəyyən quruluşa malik olduğu
halda və əlverişli sinoptik şəraitdə də yarana bilər. Soyuq hava
kütləsinin nisbətən dayanıqsızlığı da boranın yaranmasına səbəb
ola bilər. Əgər
a
olarsa, havanın enən hərəkətləri onun
temperaturunun sürətli qalxması ilə müşayiət olunacaq, bu isə bora
əvəzinə fyon küləklərinin yaranmasına gətirib çıxaracaq.
Kondensasiya və külək rejiminə təsirdən əlavə, dağlar hava
kütlələrinin temperaturuna da əhəmiyyətli təsir göstərir.
Atmosfer cəbhələri və onların təsnifatı
Sinoptik xəritələri təhlil edərkən biz görürük ki, ensiz bir
zonada, müxtəlif hava kütlələrinin sərhəddində hava şəraitinin
kəskin dəyişməsi müşahidə olunur. Belə keçid zonalarda küləyin
istiqaməti və sürəti, havanın temperaturu, rütubətlik və digər
meteoroloji elementlər də kəskin dəyişir, intensiv yağıntılar
müşahidə olunur. Buna görə də iki hava kütləsini ayıran zonaların
təyin edilməsi və onun yerdəyişməsinin öyrənilməsi praktiki
nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Bu cür keçid və
ayırıcı zonalara atmosfer cəbhələri deyilir. Cəbhə zonalarının eni
üfüqi istiqamətdə bir neçə on kilometr təşkil edir. Ona görə də
sinoptik xəritələrdə cəbhə və yer səthinin kəsişməsi xətt şəklində
göstərilir və bu xəttə cəbhə xətti, yaxud atmosfer cəbhələri də
deyilir.
Cəbhə zonası şaquli istiqamətdə az qalınlığa malik olduğuna
görə onu yer səthi ilə eyni götürmək olar. Bu səthə
cəbhə səthi
deyilir. Cəbhə səthi həmişə soyuq havaya doğru əyilmiş olur.
Cəbhə səthinin mailliyi çox kiçik olub, tangens bucağına bərabərdir
(tgα=0,01 – 0,03). Yəni, bu o deməkdir ki, cəbhə xəttindən
uzaqlaşdıqca hər 100 km-ə cəbhə səthinin hündürlüyü bir kilometr
yüksəlir. Cəbhə səthi boyunca hava kütlələri nizamlı hərəkət edirlər
və nəticədə, su buxarının kondensasiyası baş verir.
İki hava kütləsini ayıran cəbhənin hərəkət sürəti hava
kütlələrinin cəbhəyə perpendikulyar istiqamətdə hərəkəti ilə təyin
edilir. Cəbhələrin hərəkət sürəti, küləyin sürət vektorunu təşkil
edən cəbhə xəttinə perpendikulyar istiqamətdə yerləşir. Küləyin
vektorunu təşkil edən normalın qiymətini, yəni cəbhənin hərəkət
sürətini təqribi olaraq izobarların istiqamətinə görə müəyyən etmək
olar. Əgər izobarlar cəbhəni düz bucağa yaxın bucaqla kəsərsə,
onda cəbhə sürətli hərəkət edir. İti bucag altında kəsdikdə isə cəbhə
yavaş hərəkət edir. Əgər izobarlar cəbhələrə paralel yerləşərlərsə,
onda cəbhələr azhərəkətli hesab edilirlər. Bu qayda cəbhənin
hərəkət intensivliyini qiymətləndirməyə imkan verir.
Termodinamik xüsusiyyətlərinə
görə atmosfer cəbhələri iki cür
təsnifatlaşdırılır:
1) isti atmosfer cəbhələri; 2) soyuq atmosfer cəbhələri.
Əgər cəbhələr keçdikdə ərazinin temperaturunu yüksəlirsə, belə
atmosfer cəbhələri isti cəbhələr adlanırlar. Əksinə, əgər isti hava
soyuq havanın qarşısında irəliləyirsə, buna soyuq atmosfer cəbhəsi
deyilir. Soyuq atmosfer cəbhələri isə əksinə, keçdikləri ərazinin
temperaturunu aşağı salırlar.
Bundan başqa atmosfer cəbhələri əsas və ikinci dərəcəli
olmaqla, iki yerə bölünürlər.
Dostları ilə paylaş: |