N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   58   59   60   61   62   63   64   65   ...   90

 
soyuq  hava  ilə  qarışmağa  məcbur  edir.  Bu  zaman  termodinamik 
xüsusiyyətlərinə görə iki növ okklyuziya cəbhəsi yaranır: 
     1) isti tipli okklyuziya cəbhələri, 
     2) soyuq tipli okklyuziya cəbhələri. 
     İsti  tipli  okklyuziya  cəbhəsi  siklonun  arxasında,  nisbətən  az 
soyuq  hava  kütləsi  olduqda,  önündə  isə  daha  soyuq  hava  kütləsi 
yerləşdikdə  yaranır.  İsti  okklyuziya  cəbhəsinin  şaquli  kəsiyində 
qeyd edilənləri  şəkil 82-dən daha aydın görə bilərik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 82. İsti tipli okklyuziya cəbhələrinin şaquli kəsiyinin 
 sxemi 
 
     Belə  okklyuziya  cəbhələrinə  ilin  soyuq  dövrlərində,  siklonların 
arxasında kontinental soyuq hava kütlələri yerləşdikdə rast gəlmək 
olar.  İlin  soyuq  dövrlərində  okklyuziya  cəbhələrinin  bulud 
sistemləri  isti  atmosfer  cəbhələrinin  layvari  bulud  sistemlərinə 
oxşayırlar.  Bu  zaman  uçuşlar  üçün  ən  böyük  təhlükə  buludların 
aşağı  sərhəddinin  kəskin  olaraq  aşağı  düşməsi,  üfüqi  görünüş 
məsafəsinin  pisləşməsi  və  güclü  buz  bağlamaların  olması  hesab 
olunur.  
  
600        500        400        300        200        100          0      
 
 
 
H,
km 
 
 
 
     
10     
 
          
 
        9 
   
        8 
       
        7 
         
        6 
 
        5 
  
        4 
 
S
S


 
     Soyuq  tipli  okklyuziya  cəbhələri,  əsasən,  soyuq  atmosfer 
cəbhələrinin  arxasında  yerləşən  hava  kütləsinin  isti  cəbhənin 
qarşısında  yerləşən  hava  kütləsindən  daha  çox  soyuq  olduğu 
hallarda yaranırlar. Soyuq okklyuziya cəbhələrinin şaquli kəsiyi isə 
şəkil 83-də  təsvir edilmişdir: 
    Belə  okklyuziya  cəbhələri  ən  çox  ilin  isti  dövrlərində, 
okeanlardan  materiklərə  daxil  olan  hava  kütlələrinin  quruda  olan 
hava  kütləsindən  soyuq  olduğu  hallarda  yaranır.  Bəzən  soyuq 
okklyuziya  cəbhələri  adi  soyuq  cəbhə  xüsusiyyətlərinə  malik  olur 
və nəticədə, yaxşı inkişaf etmiş cəbhə yağıntıları zonası, şimşəklər, 
güclü küləklər (qasırğa) yaranır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 83. Soyuq tipli okklyuziya cəbhələrinin şaquli  
kəsiyinin sxemi 
                 
        Oroqrafiyanın atmosfer cəbhələrinə təsiri 
 
     Dağlar  atmosfer  cəbhələrinə,  onların  hərəkət  sürətinin 
dəyişməsinə  və  cəbhələrin  evolyusiyasına  əhəmiyyətli  təsir 
göstərir.   
     Əgər  soyuq  cəbhə  dağ  istiqamətində  iti  bucaq  altında  hərəkət 
edirsə,  onda  cəbhə  qarşısında  dağ  ilə  frontal  səth  arasına  sıxılmış 


 
isti  hava  kütləsində  cərəyan  xətlərinin  sıxlaşması  baş  verir  və 
bunun  nəticəsində,  cəbhə  qarşısında  güclü  küləklər  müşahidə 
olunur. Analoji hal nisbətən yüksək dəniz sahillərində də müşahidə 
olunur, məsələn, Skandinaviya sahillərində sahil ilə iti bucaq əmələ 
gətirən soyuq cəbhədən qabaq güclü küləklər müşahidə olunur.   
     Sahil  effektinin  mahiyyəti  ondan  ibarətdir  ki,  külək  dənizdən 
quruya  əsdikdə  sahil  boyunca  cərəyan  xətlərinin  sıxlaşması  və 
küləyin  güclənməsi  müşahidə  olunur,  külək  qurudan  dənizə  doğru 
əsdikdə  isə,  əksinə,  cərəyan  xətləri  seyrəkləşir  və  külək  zəifləyir. 
Külək  dənizdən  quruya  əsən  zaman  cərəyan  xətlərinin  sıxlaşması 
və  qurudan  dənizə  əsən  zaman  seyrəkləşməsinin  əsas  səbəbi  quru 
və su səthlərinin fərqli turbulent sürtünməyə malik olmalarıdır.  
     Sahil  effektini  ilk  dəfə  Norveç  alimi  Berjeron  təhlil  etmişdir. 
Lakin, bəzən, digər faktorların  əks təsiri nəticəsində sahil effektini 
müşahidə  etmək  mümkün  olmur.  Məsələn,  eyni  barik  qradiyentdə 
Skandinaviya  sahilləri  boyunca  şimal  küləklərinin  sürəti  cənub 
küləklərinin  sürətindən  az  olmur.  Şimaldan  daxil  olan  nisbətən 
dayanıqsız  soyuq  hava  kütlələrində  yerüstü  su  səthi  ilə  ondan 
yuxarıda yerləşmiş qat arasında sürət mübadiləsi baş verir. 
     Bu effekti  bəzən künc effekti də adlandırırlar. Onun  yaranması 
hava 
kütləsinin 
dayanıqlığından, 
brizin 
ümumi 
axına 
uyğunlaşmasından  və  s.  asılıdır.  Hətta  sahillərin  nisbətən  hamar 
çıxıntılarında 
belə, 
izobarların 
müəyyən 
quruluşda 
istiqamətlənməsi zamanı küləyin güclənməsi müşahidə olunur.  
     Dənizdən  quruya  əsən  külək  zamanı  sahilboyu  cərəyan 
xətlərinin  sıxlaşması  yerüstü  təbəqədə  frontogenez  prosesinin 
yaranmasına  əlverişli  şərait  yaradır.  Səthin  qeyri-bircinsliyi 
nəticəsində yaranmış frontogenez 
topoqrafik frontogenez
 adlanır.  
     Topoqrafik frontogenez mövcud cəbhələrin güclənməsinə şərait 
yaratmaqla bərabər, yeni cəbhənin yaranmasına da səbəb ola bilər. 
Lakin  hər  axının  sahilboyu  sıxlaşmasını  həqiqi  atmosfer  cəbhəsi 
hesab  etmək  olmaz,  belə  ki,  atmosfer  cəbhəsinin  yaranması  iki  
müxtəlif  xüsusiyyətli  hava  kütlələri  sərhəddində  irimiqyaslı 
sirkulyasiya prosesləri ilə əlaqədardır.  


 
     Bəzən,  oroqrafik  yağıntıların  düşməsi  ilə  müşayiət  olunan 
sahilboyu  axınların  sıxlaşması  zamanı  eyni  hava  kütləsi  daxilində 
hava şəraitinin yerli dəyişmələri müşahidə olunur. Cəbhədən fərqli 
olaraq,  oroqrafik  yağıntılar  və  küləklərin  sıxlaşma  xətti  verilmiş 
ərazidən kənara yerlərini dəyişmirlər.  
      Lakin, bəzən, hava xəritələri üzərində cəbhələrin təhlili zamanı 
səhvlərə  yol  verilir,  belə  ki,  dənizlərin  sahilində  və  Arktika 
buzlaqlarının  kənarlarında  cəbhələrə  xas 
olan  temperatur 
sıçrayışları  müşahidə  olunur.  Bu  zaman  aeroloji  məlumatlar 
mövcud  olmadıqda  xəyali  cəbhəni  həqiqi  cəbhədən  ayırmaq  çətin 
olur.  
     İsti  və  soyuq  cəbhələrin  dağları  aşarkən  ardıcıl  olaraq  keçdiyi 
mərhələlər şəkil 73-də sxematik olaraq verilmişdir. 
İsti  cəbhələr  dağları  daha  rahat  aşırlar,  soyuq  cəbhələr  isə  bir 
qayda  olaraq,  hündürlüyü  2  km-dən  artıq  olan  dağlar  tərəfindən 
saxlanılırlar. Bu zaman soyuq hava isti havanı sıxışdıraraq dağın o 
biri  hissəsinə  keçməyə  məcbur  edir.  Cəbhə  xətti  dağın  ətrafında 
əyilərək  özünəməxsus  ilgək  şəklini  alır  (şək.  74),  daha  sonra  isə 
dağın küləkdöyməyən tərəfinə keçərək oroqrafik okklyuziya əmələ 
gətirir. 
     Bir  çox  hallarda,  eyni  zamanda,  ikinci  dərəcəli  cəbhələr  də 
yaranır və yerli siklogenez baş verir. 
     Dağın  küləkdöyən  yamacında  qalxan  hava  hərəkətlərinin 
güclənməsi  frontal  yağıntıların  düşməsinə  və  onların  sahəsinin 
genişlənməsinə  səbəb  olur.  Dağın  küləkdöyməyən  yamacında 
havanın  enən  hərəkətləri  və  fyon  effekti  cəbhənin  dağılmasına 
gətirib  çıxarır.  Çox  vaxt  frontal  yağıntılar  tam  kəsilir  və  cəbhənin 
bulud  sistemi  dağdan  xeyli  aralıda  bərpa  olunur,  bəzən  isə  bərpa 
olunmur  (məsələn,  yayda  hava  çox  quru  olduqda).          Dağın  arxa 
tərəfində həddindən artıq soyumuş hava olduqda dağı aşmış cəbhə 
bəzən  heç  yer  səthinə  çatmır  və  bu  zaman  yüksəklik  cəbhəsi 
yaranır.  Bu  cəbhələr  troposfer  cəbhələri  adlanaraq,  əksər  hallarda, 
güclü və davamiyyətli yağıntılarla müşahidə olunurlar. 
 
 
а) 
е) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə