N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   57   58   59   60   61   62   63   64   ...   90

 
soyuq  hava  isti  havanı  sıxışdıraraq  onu  yuxarı  qalxmağa  məcbur 
edir.  Bu  zaman  yer  səthi  üzərində  soyuq  cəbhənin  səthi  cəbhə 
xəttindən arxada  yerləşir. Soyuq atmosfer cəbhəsinin  buludları  isti 
havanın  adiabatik  soyuması  nəticəsində  cəbhə  xəttinin  arxasında 
yaranır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                            
 
                  Şək. 76. İsti atmosfer cəbhələrinin buludluq sxemi 
 
     Birinci  dərəcəli  soyuq  atmosfer  cəbhələri  siklonlarda  və  ya 
azqradiyentli  yüksək  təzyiq  zonalarında  müşahidə  olunurlar.  İlin 
soyuq  dövrlərində  cəbhə  səthi  ilə  yuxarı  qalxan  isti  havanın 
dayanıqlığı  daha  çox  olur.  Nəticədə,  cəbhə  xəttindən  arxada  laylı 
buludlar  yaranır  ki,  bu  da  əks  istiqamətdə  yerləşmiş  isti  atmosfer 
cəbhələri ilə demək olar ki, eynidir. Eyni zamanda, cəbhə xəttindən 
arxada  Ns  buludları  yerləşir  və  bunlar  tədricən  As  buludlarına 
keçirlər.  Onların  şaquli  qalınlığı  isti  cəbhədəki  buludların 
qalınlığından az olur. 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                  
                  Şək. 77.  Dayanıqsız  tropik havanın isti cəbhə səthinin  
                                         arxası ilə hərəkət sxemi   
 
     Bulud  sisteminin  yuxarı  sərhəddi  4,0-  4,5  km-də  yerləşir.  Bu 
zaman  fasiləsiz  yağıntılar  cəbhə  xəttindən  arxada  müşahidə  edilir 
və  onların  eni  orta  hesabla  150-200  km-ə  çatır.  Bu  zonada 
hündürlüyü  100-200  m  olan  dağınıq-yağışlı  (Frnb)  buludların 
yaranması  müşahidə edilir.  Cəbhənin ön  hissəsində konveksiyanın 
intensiv  inkişafı  nəticəsində  cəbhə  xəttinin  bilavasitə  yaxınlığında 
Cb  buludları  yaranır  və onlardan  ildırımla  müşayiət olunan  leysan 
yağıntıları  yağır.  Qış  aylarında  birinci  dərəcəli  soyuq  atmosfer 
cəbhələrinin buludluq sistemi, əsasən, yüksək-laylı (As) və yağışlı-
laylı (Ns) buludlardan ibarət olurlar (şək. 78). 
     Birinci  dərəcəli  soyuq  atmosfer  cəbhələrinin  yay  fəsli  üçün 
buludluq  sistemi  konveksiyanın,  dayanıqsızlığın  sürətlənməsinin 
təsiri ilə bir qədər fərqli şəkil alır. Yəni bu zaman burada topa-yağış 
buludlarının  (Cb)  yaranması  üçün  əlverişli  sinoptik  şərait  yaranır. 
Birinci  dərəcəli  soyuq  atmosfer  cəbhələrinin  yay  fəsli  üçün  şaquli 
kəsiyi şəkil 79-da təsvir edilmişdir: 
 
 
 


 
 
 
 
 
 
 
 
     
 
 
                    
 
Şək. 78. Birinci dərəcəli soyuq atmosfer cəbhələrinin  
        qış fəsli üçün şaquli kəsiyinin sxemi 
 
     İkinci  dərəcəli  soyuq  atmosfer  cəbhələri  zəif  inkişaf  etmiş 
siklonların  çökəkliklərində  yerləşən  və  sürətlə  hərəkət  edən 
atmosfer cəbhələrinə deyilir. 
 
    
 
Şək. 79. Birinci dərəcəli soyuq atmosfer cəbhələrinin yay fəsli 
üçün  şaquli kəsiyinin sxemi  
Bu tip atmosfer cəbhələrinin hərəkət sürəti bəzən 60-70 km/s təşkil 
edir. 
Belə 
cəbhələrdə 
izobarlar 
səth 
örtüyünə 
nəzərən 
perpendikulyar  şəkildə  yerləşir,  bu  zaman  barik  qradiyent  artır. 


 
İkinci  dərəcəli  soyuq  atmosfer  cəbhələrində  hava  kütlələrinin 
hərəkət  xarakteri  birinci  dərəcəli  soyuq  atmosfer  cəbhələrindən 
fərqlənir.  Belə  ki,  yer  səthində  soyuq  hava  isti  havaya  nisbətən 
sürətlə  hərəkət  edir,  1,5-2,0  km-dən  yuxarıda  isə  isti  hava  cəbhə 
səthi  üzərində  daha  sürətlə  hərəkət  etməyə  başlayır.  Nəticədə, 
cəbhələrin  qabaq  hissələrində  güclü  qalxan  isti  hava  axınları 
yaranır  və  bunlar  da  sonradan  topa-yağış  buludlarının  əmələ 
gəlməsinə  səbəb  olur.  İkinci  dərəcəli  soyuq  cəbhələrin  yay  fəsli 
üçün  şaquli  kəsiyi  yuxarıda  qeyd  edilənləri  bir  daha  təsdiqləyir 
(şək. 80). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 80. İkinci dərəcəli soyuq atmosfer cəbhələrinin yay  
fəsli üçün  şaquli kəsiyinin sxemi 
 
     Konvektiv buludların yuxarı hissələri güclü isti hava axınları ilə 
önə  çəkilir  və  bu  hissələr  Cs  buludlarından  ibarət  olur.  Yayda 
atmosfer cəbhələrinin keçməsi ildırımlarla, güclü küləklərlə və dolu 
düşməsi ilə müşayiət olunur. Yer səthinə yaxın 1,5-2,0 km - də isti 
hava  aşağı  endiyinə  görə  o,  adiabatik  olaraq  qızmağa  başlayır. 
Ъб 
   600  500 400    300   200   100    0   100  200    km 
 
H,
k

  
 
    
10 
 
       9 
  
 
       8 
 
       7 
 
       6 
 
       5 
 
       4 
 
       3 
 
       2 
 
Ci  
Cs 


 
Nəticədə,  cəbhə  xəttindən  arxada  buludlar  dağılır  və  bununla  da 
sabit hava şəraiti bərpa olunur. 
     İkinci  dərəcəli  soyuq  atmosfer  cəbhələrinin  qış  fəsli  üçün  
buludlar  sistemi,  əsasən,  yüksək-topa  (Ac)  və  laylı-topa  (Sc) 
buludlarından  ibarətdir.  Bunu  cəbhənin    şaquli  kəsiyi  sxemində 
daha aydın görmək mümkündür (şək. 81). Beləliklə, ikinci dərəcəli 
soyuq  atmosfer  cəbhələri  ensiz  topa-yağış  buludları  və  intensiv 
leysan  yağıntıları  zonaları  ilə  əlaqadar  olub,  cəbhə  xəttindən  öndə 
yerləşirlər.  Onların    üfüqi  ölçüləri  isə  bir  neçə    yüz  kilometrədək 
çata bilir.  
     Yuxarıda  qeyd  edildiyi  kimi,  siklon  zonasında  soyuq  atmosfer 
cəbhələrinin  hərəkət  sürəti  isti  atmosfer  cəbhələrinin    hərəkət 
sürətindən  böyük  olur.  Bunun  nəticəsində,  müəyyən  zaman 
kəsiyindən sonra soyuq atmosfer cəbhələri isti atmosfer cəbhələrinə 
çatır  və  onlar  birləşirlər.  Bu  zaman    yeni  mürəkkəb  okklyuziya 
cəbhələri yaranır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 81. İkinci dərəcəli soyuq atmosfer cəbhələrinin  
qış fəsli üçün şaquli kəsiyinin sxemi   
     Soyuq  hava  isti  havaya  çatdıqda  siklonların  isti  bölməsindəki 
havanı  yuxarı  qalxmağa  və  onu  siklonun  arxa  hissəsində  yerləşən 
  
600   500    400     300      200     100      0     100   200          
 
H,
k

  
 
    
 
         
 
       6 
 
       5 
 
        
       4 
 
 
       3 
 
       2 
 
 
 
Сойуг щава 
А
А
S


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə