N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   56   57   58   59   60   61   62   63   ...   90

 
     Əsas  cəbhələr  şaquli  istiqamətdə  yaxşı  inkişaf  etməklə, 
troposferin aşağı  5 km-lik qatını əhatə edirlər. 
     İkinci dərəcəli cəbhələr, ancaq Yerə yaxın təbəqələrdə müşahidə 
olunur  və  eyni  hava  kütləsinin  iki  müxtəlif  xüsusiyyətli  hissəsini 
bir-birindən  ayırırlar.  Adətən,  onlar  siklonların  arxa  hissəsində 
soyuq hava kütlələrində yaranırlar. 
     İsti  və  soyuq  cəbhələrin  birləşməsindən  yeni  bir  cəbhə 
okklyuziya  cəbhələri
  yaranırlar.  Buna  səbəb  soyuq  atmosfer 
cəbhəsinin  daha  böyük  sürətlə  hərəkət  etməsidir  ki,  müəyyən 
zaman  kəsiyindən  sonra  soyuq  cəbhələr  isti  atmosfer  cəbhələrinə 
çatır və nəticədə iki fərqli termodinamik xüsusiyyətlərə malik olan 
hava  kütlələri  qarışırlar.  Atmosfer  cəbhələri  həmçinin  təcrid 
etdikləri  hava kütlələrinə  və  yerləşdikləri  coğrafi  enliklərə görə də 
təsnif olunurlar: 
a)  arktik cəbhələr – arktik havanı mülayim havadan ayırırlar; 
b)  mülayim  en  dairələrinin  cəbhələri  –  mülayim  havanı  tropik 
havadan ayırırlar; 
c)  tropik cəbhələr – tropik havanı ekvatorial havadan ayırırlar. 
     Yerüstü  sinoptik  xəritələrdə  bir  çox  atmosfer  cəbhələri 
aşkarlamaq  olar.  Lakin  onların  heç  biri  daimi  sinoptik  xarakter 
daşımır.  Cəbhələrin  ayırdığı  hava  kütlələri  zaman  keçdikcə  səth 
örtüyünün  təsiri  altında  transformasiyaya  uğrayır  və  onların 
temperatur  qradiyentləri  azalır.  Hava  kütlələrinin  transformasiyası 
cəbhələrin  dağılmasına  gətirib  çıxarır.  Bir  coğrafi  rayonda  cəbhə 
dağılırsa,  başqa  bir  rayonda  əksinə,  cəbhələrin  yaranması  və 
güclənməsi  müşahidə  edilir.  Cəbhələrin  yaranması  və  güclənməsi 
keçid zonalarına yeni, müxtəlif termodinamik xüsusiyyətlərə malik 
hava kütlələrinin daxil olması ilə əlaqədardır. Bunun üçün əlverişli 
şərait  siklonlarda  və  siklon  çökəkliyində  mövcud  olur,  çünki 
burada  hava  axınlarının  konvergensiyası  baş  verir.  Sinoptik 
xəritələrdə  hər  bir  atmosfer  cəbhəsini  digərlərindən  fərqləndirmək 
üçün  xüsusi  rəngli    şərti  işarələrdən    istifadə  olunur  və  bu  şərti 
işarələr şəkil 75-də verilmişdir:                                                                                        
     İndi  isə  atmosfer  cəbhələrinin  termodinamik  təsnifatının  daha 
geniş izahını verək. İsti cəbhə zonasında hava şəraiti laylı buludlar 


 
və onlardan yağan aramsız yağıntılar zonası ilə xarakterizə olunur. 
İsti  cəbhənin  bulud  sistemi  cəbhə  xəttindən  qabaqda  və  yuxarıda 
yerləşməklə, 800-1000 km eni olan bir ərazini əhatə edir. Bu cəbhə 
buludları ilə əlaqədar olan aramsız yağıntılar zonasının eni 300-400 
km-ə  çatır,  buludlar  soyuq  havanın  kənarı  ilə  yuxarı  qalxan  və 
nəticədə,  adiabatik  soyuyan  isti  havanın  hesabına  yaranırlar. 
Buludların  aşağı  sərhəddi  cəbhə  səthi  ilə  uyğun  gəlir.  Yəni  cəbhə 
xəttindən  uzaqlaşdıqca  cəbhə  səthi  yer  səthindən  yuxarıda  yerləşir 
və  buludlar  nisbətən  daha  yuxarı  hündürlüklərdə  yaranırlar,  eyni 
zamanda onların qalınlığı da nisbətən az olur. Əksinə, cəbhə xəttinə 
yaxınlaşdıqca  cəbhə  səthinin  hündürlüyünün  azalması  ilə 
buludların aşağı sərhədləri də aşağı düşür və müvafiq olaraq şaquli 
gücü isə artır. 
 
 
            Şək. 75.  Sinoptik xəritələrdə cəbhələrin uyğun şərti     
                                    işarələri və  müvafiq  rəngləri   
     İsti cəbhəyə qarşı  hərəkət edən zaman cəbhənin  yaxınlaşmasını 
xəbər  verən  Ci  bululudları  müşahidə  edilir.  Bu  buludlar  cəbhədən 


 
800-1000  km  qabaqda  və  yuxarı  təbəqədə  yerləşirlər.  Daha  sonra 
cəbhə  xəttinə  yaxınlaşdıqca  Ci  buludları  qalınlaşır  və  təqribən  6 
km-də  onlar  Cs  buludlarına  çevrilərək,  bütün  səmanı  örtürlər.  Bu 
buludların  qalınlığı  bir  neçə  yüz  metrdən  bir  neçə  kilometrədək 
olur.  Cəbhə  xəttinə  yaxınlaşdıqca  orta  təbəqə  buludları  artıq 
görünməyə  başlayır.  Bu  zaman,  ilk  olaraq,  təqribən  6  km 
hündürlükdə  nazik  As  buludları  görünür  və  onlar  tədricən 
qalınlaşır,  aşağı  sərhədləri  2-3  km-dək  enir,  qalınlığı  isə  3  km-ə 
çata bilir. 
     Cəbhə  ərazisində  yüksək-laylı  buludlardan  zəif  aramsız 
yağıntılar yağır. Bəzən, bu buludların aşağı sərhədləri 2 km-dən də 
aşağı düşür və bu halda o, Ns buludlarına çevrilir. Ns buludlarından  
intensiv  aramsız  yağıntılar  yağır  və  aşağı  sərhəddinin  hündürlüyü 
onların cəbhə xəttindən hansı məsafədə yerləşməsindən, qalxan isti 
havada kondensasiya səviyyəsinin hündürlüyündən  asılıdır. Cəbhə 
xəttinin  yaxınlığında  kondensasiya  səviyyəsinin  hündürlüyü    300-
600      m-ə  qədər  çata  bilir.  Cəbhə  buludlarından  düşən  atmosfer 
yağıntılarının  yenidən  buxarlanması  nəticəsində  həmin  buludların 
altında  dağınıq-yağışlı  (Frnb)  buludlar  yaranırlar.  Bu  buludların 
aşağı  sərhədləri  30-150  m,  bəzən  isə  yer  səthinə  qədər  çata  bilir. 
Siklonların  kənarında  və  yüksək  təzyiq  sahəsində  olan  isti 
cəbhələrdə    qalxan  hava  axınları  zəifləyir,  nəticədə,  enən  hava 
axınları  üstünlük  təşkil  etməyə  başlayır.    İsti  cəbhələrin  buludluq 
sahəsi şəkil 76-da verilmişdir. Dayanıqsız tropik havanın isti cəbhə 
səthinin  arxası  ilə  hərəkəti  aşağıdakı  formada  baş  verir  (şək.  77). 
Hərəkət  sürətinə,  qalxan  hava  axınlarının,  bulud  və  yağıntı 
zonalarının  xarakterinə  görə  soyuq  atmosfer  cəbhələri  iki  tipə 
ayrılır. 
Birinci  dərəcəli  soyuq  atmosfer  cəbhələri
  –  nisbətən  zəif 
hərəkət edən soyuq atmosfer cəbhələri; 
     İkinci  dərəcəli  soyuq  atmosfer  cəbhələri
  –  sürətlə  hərəkət  edən 
soyuq atmosfer cəbhələri; 
      Bunların  hər  ikisi  üçün  ümumi  olan  xüsusiyyət  odur  ki, 
troposferin  aşağı  hissələrində  soyuq  havanın  hərəkət  sürəti, 
nisbətən  isti  havanın  hərəkət  sürətindən  çox  olur  və  buna  görə  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə