N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   61   62   63   64   65   66   67   68   ...   90

 
sürəti,  adətən,  sabit  qəbul  edilir  (=const).  Yer  səthinin  təsiri 
yalnız  yerə  yaxın  təbəqədə  hava  dövranı  ilə  məhdudlaşmır, 
turbulent qarışma nəticəsində bütün troposferə yayılır. Yer səthi ilə 
sürtünmə  həmişə  hava  axınlarının  sürətini  azaldır  və  istiqamətini 
dəyişir.  Bu  proses  troposferin  hündürlüyü  1,0-1,5  km  olan  sərhəd 
təbəqəsində baş verir. 
     Atmosferin  ümumi  dövranının  formalaşmasına  atmosferin 
ölçüləri  də  təsir  edir.  Müasir  peyk  məlumatlarına  görə  atmosferin 
şərti yuxarı sərhəddi 2000 km-ə  yaxın hündürlük qəbul edilmişdir. 
Lakin atmosferin demək olar ki, bütün kütləsi troposfer təbəqəsində 
toplanmışdır . Stratosferin yuxarı sərhəddində (50-55 km) atmosfer 
təzyiqi  0,1  hPa-a  qədər  azalır.  Əsas  amillərin  təsirini  öyrənən 
ümumi dövran qanunauyğunluqlarına aşağıdakılar aiddir: 
     1.  Böyük  miqyaslı  proseslərdə  üfüqi  hərəkət  sürətinin  şaquli 
sürətlərdən böyük olması (u=10 m/san, v=10 m/san, =1 sm/san); 
     2. Atmosfer hərəkətlərinin daha çox burulğan xarakter daşıması; 
     3.  Atmosfer  hərəkətlərinin  stasionar  olmaması,  onların  daimi 
dəyişkənliyi  və  bu  səbəbdən  də  atmosfer  dövranı  və  onun  quruluş 
ünsürlərinin fasiləsiz dəyişməsi; 
     4.  Bir  təbəqədən  başqasına  keçdikdə  hava  axınlarının  sürəti  və 
istiqamətinin  dəyişməsi  və  kinetik  enerjinin  həm  üfüqi,  həm  də 
şaquli istiqamətdə  qeyri-bərabər paylanması; 
     5.  İlin  fəsillərindən  asılı  olaraq  hava  axınlarının  sürət  və 
istiqamətinin dəyişməsi. 
     Atmosferdə burulğan hərəkətlərindən başqa dalğa hərəkətləri də 
müşahidə  olunur.  Bunlara,  okeandakı    qabarmalara  oxşar  olan  və 
atmosferdə  az  öyrənilmiş    qabarmaları,  müxtəlif  sıxlıqlı  atmosfer 
təbəqələri  sərhəddində,  yəni  yer  səthi  yaxınlığında  dalğavari 
hərəkətləri  və  tropopauzanın  hündürlüyünün  dəyişmələrini  də  aid 
etmək olar. Atmosfer təzyiqi sahəsinin və dövranının dəyişməsinin 
bilavasitə  səbəbi  hərəkətlərin  stasionar  olmamasıdır.  Atmosfer 
hərəkətlərinin  qeyri-stasionar  olması  nəticəsində  hava  dövranının 
ümumi  mənzərəsi  heç  vaxt tam  təkrarlanmır.  Lakin  xırda  detalları 
nəzərə  almasaq,  atmosfer  proseslərinin  nisbi  dayanıqlığının  bəzi 
kəmiyyətlərini müəyyən etmək olar. 


 
     Yerin  qaz  təbəqəsinin  özünəməxsusluğu  ondan  ibarətdir  ki, 
atmosferin ümumi kütləsi Yerin radiusu  ilə  müqayisədə çox  nazik 
təbəqədə  toplanmışdır.  Yəni  atmosferin  ümumi  kütləsinin  50%  -i 
qalınlığı 5 km-lik  aşağı təbəqədə,   90% -i 16 km-lik təbəqədə və 
99%-i isə  32 km-lik təbəqədə toplanmışdır. Elə buna görə də bu və 
ya  başqa  təbəqədə  kinetik  enerjini  qiymətləndirdikdə,  nəinki 
küləyin  sürətini,  həmçinin  havanın  sıxlığını  da  nəzərə  almaq 
lazımdır. 
     Atmosfer 
dövranının 
mövsüm 
dəyişmələrinin 
qanunauyğunluqları Günəşdən gələn istilik axını miqdarının fəsillər 
üzrə dəyişməsi  ilə əlaqədardır.  Bu,  xüsusilə, şımal  yarımkürəsində 
özünü daha aydın göstərir.  Materiklərin qışda soyuması,  yayda  isə 
qızması  materik  və  okeanlar  arasında  temperatur  fərqlərinin 
dəyişməsinə səbəb olur. 
     Atmosferin ümumi dövranı müxtəlif üsullarla öyrənilir: 
     1) sinoptik üsul
 – müxtəlif barik səviyyələrin hava xəritələrinin 
köməyi ilə böyük miqyaslı proseslərin öyrənilməsi; 
     2)hidrotermodinamik  üsul 
–  atmosfer  dövranının  inkişaf 
qanunauyğunluqlarının  hidrotermodinamik  tənliklər  vasitəsilə 
öyrənilməsi; 
     3) statistik üsul
 –  hava axınlarının  və  ya  barik sahənin  statistik 
hesablamaların köməyi ilə öyrənilməsi. 
     Yer  kürəsinin  müxtəlif  rayonlarında  atmosferin  ümumi 
dövranında  müəyyən 
təsir  mərkəzləri
  ayrılır.  Bu  cür  təsir 
mərkəzləri  atmosferin  ümumi  dövranında  və  hava  kütlələrinin 
köçürülməsində mühüm rol oynayır. Onlar Yer kürəsinin bu və ya 
başqa rayonlarında siklon və antisiklonların tez-tez təkrarlanmasına 
əhəmiyyətli  dərəcədə  təsir  göstərirlər.  Yerüstü  orta  təzyiq 
xəritələrində  şimal  yarımkürəsində  aşağıdakı  təsir  mərkəzləri 
ayrılır:  İslandiya  depressiyası  və  Azor  antisiklonu  (maksimumu), 
Aleut    depressiyası,  Asiya  və  Şimali  Amerika  qış  antisiklonları, 
Cənubi  Asiya  yay  depressiyası;  cənub  yarımkürəsində  isə  ön 
Antarktida  alçaq  təzyiq  zonası,  Cənubi  Atlantik  antisiklonları, 
Cənubi  Hind  və  Cənub  okean  antisiklonları.  Adları  çəkilən  təsir 
mərkəzlərindən  başqa  Avstraliya  yay  siklon  və  qış    antisiklonu, 


 
Cənubi Afrika yay siklon və antisiklonları, zəif Arktik siklonlar və 
ekvatorial  alçaq  təzyiq  zonaları  və  s.  mövcuddur.  Yer  səthi 
yaxınlığında  bu  cür  mürəkkəb  təzyiq  sahələri  hündürlük  artdıqca 
sadələşir.  Artıq  3-5  km  və  daha  yuxarı  səviyyələrdə  hər  iki 
yarımkürədə orta təzyiq sahəsi atmosfer dövranının əsas sistemini – 
qərb köçürmələrini
 əks etdirir. 
 
Yer kürəsində daimi atmosfer sirkulyasiyaları 
 
  Passatlar
 –  mülayim  sürətli (yer səthində təqribən 5-8  m/san) 
daimi  küləklər  olub,  hər  iki  yarımkürədə  subtropik  yüksək  təzyiq 
zonasından  ekvatora  doğru  əsirlər.  Lakin  hər  iki  yarımkürədə 
subtropik  zonalar  ayrı-ayrı  antisiklonlar  üzərinə  düşdüyündən 
passatlar-subtropik  antisiklonlar  sahəsindən  ekvatora  doğru  əsən 
küləklərdir.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şək. 85. Passatlar zonasında havanın köçürülmə sxemi 
 
     Ekvatora  doğru,  daha  isti  səth  üzərinə  hərəkət  zamanı  passat 
axınları  troposferin  aşağı  təbəqələrində  dayanıqsız  stratifikasiya 
şəraitində  temperaturun  şaquli  qradiyenti  böyük  qiymət  alır.  Bu 
zaman  3-4  m/san  sürətli  qalxan  hava  axınlarının  konveksiyası 
 
 35
0
 
 35
0
 
 
 
 
 Y 
 
 
 Y 
 

 
 

 
 
  

                
 
                  
                    

 
 
                
 
 
                  
 
                

 



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə