N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   62   63   64   65   66   67   68   69   ...   90

 
yaranır  və  topa  buludlar  əmələ  gəlir.  Passatlar  zonasında 
temperatur  hündürlüyə  görə  paylanması  şəkil  86-da  təsvir 
edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     
 
   Şək. 
86. 
Passatlar 
zonasında 
hündürlüyə 
görə 
temperaturun  
                                          paylanması 
 
     Passatlar  sahəsində  artıq  1200-2000  m  yüksəklikdə  temperatur 
inversiyası  olan 
saxlayıcı  təbəqə
  yerləşir.  Bu  inversiya  qatları 
antisiklonda  enən  hava  ilə  əlaqədar  olub,  dayanıqlığı  və 
davamiyyəti ilə fərqlənirlər. Buludların şaquli gücü çox olmadığına 
görə  onlardan  demək  olar  ki,  yağıntılar  düşmür  (bəzən, 
qısamüddətli və zəif leysan yağışlar istisna olmaqla).  
     Hər iki yarımkürənin passatları qeyri-bərabər, adətən zəif, lakin 
bəzən  çox  güclü  küləklər  müşahidə  olunan  keçid  zonası  ilə 
ayrılırlar.  Burada  hava  axınlarının  birləşməsi  müşahidə  olunur  və 
məhz,  buna  görə  də  bu  zona 
tropikdaxili  konvergensiya  zonası
 
adlanır.  Güclü  qalxan  hərəkətlər  passat  inversiyasını  dağıdır, 
inversiya 
   z, m 
 3000
 
 
 
 2000
 
 
 1000
 - 10            0         +10        +20        +30
0



 
nəticədə, topa-yağış buludları yaranır və leysan xarakterli yağıntılar 
düşür.  
            
 Mussonlar və onların sinoptik xüsusiyyətləri 
 
     Yer  kürəsinin  bəzi  sahələrində  aşağı  troposferdə  havanın 
yerdəyişməsi 
musson
  adlanır. 
Mussonlar
  –  yaydan  qış  dövrünə, 
qışdan  yay  dövrünə  keçid  zamanı  küləyin  hakim  istiqamətinin 
kəskin  dəyişməsi  ilə  müşahidə  olunan  hava  axınlarının  dayanıqlı 
fəsli  rejimləridir.  Hər  bir  musson  sahəsinin 
yay  mussonları
  və 
istiqamətcə  ona  əks  yönəlmiş 
qış  mussonları
  var.  Mussonların 
dayanıqlığı  hər  fəsildə  atmosfer  təzyiqinin  paylanması  ilə 
əlaqədardır,  onların  fəsli  dəyişmələri  isə  bir  fəsildən  digərinə 
keçdikdə təzyiq paylanmalarının köklü dəyişməsi ilə bağlıdır.  
     Musson sirkulyasiyası, əsasən, Hind okeanı hövzəsində üstünlük 
təşkil  etməklə,  okeanın  bütün  şimal  hissəsini,  Hindistan  ərazisini, 
Çinin cənubunu, İndoneziyanı, həmçinin ekvatorial Afrika üzərində 
böyük  sahəni  əhatə  edir.  Bu  sahələrdə  mussonların  güclü  inkişafı 
coğrafi şəraitin özünəməxsusluğu ilə əlaqədardır. 
     Tropik 
mussonların 
rejim 
şəraiti 
bilavasitə 
subtropik 
antisiklonların  və  ekvatorial  depressiyanın  vəziyyətinin  fəsli 
dəyişmələri ilə əlaqədardır.  Ekvatorial depressiya iyulda, əsasən də 
materiklər üzərində, şimal yarımkürəsinin yüksək enliklərinə tərəf, 
yanvar  ayında  isə  cənub  yarımkürəsinə  yerini  dəyişir.  Subtropik 
antisiklonlar, həmçinin ya şimala (iyulda), ya da cənuba (yanvarda) 
doğru yönəlirlər. Bunun nəticəsində, ekvatordan hər iki istiqamətdə 
bəzi  sahələrdə  təzyiq  qradiyentinin  və  müvafiq  olaraq  hakim 
küləklərin  kəskin  fəsli  dəyişməsi  baş  verir.  Qış  mussonları 
istiqamətcə passatlarla üst-üstə düşürlər. Belə ki, qış mussonları hər 
iki 
yarımkürənin 
subtropik 
antisiklonlarının 
ekvatora 
istiqamətlənmiş  periferiyaları  üzrə  əsirlər.  Yay  mussonları 
passatlara  əks  olmaqla,  ekvatorial  depressiyadan  ekvatora  doğru 
yönəlirlər.  Beləliklə,  tropik  mussonların  dəyişməsi  tropiklərdə 
hakim şərq küləklərinin qərb küləklərinə və əksinə yerdəyişməsidir. 
     Qeyd  etmək  lazımdır  ki,  təzyiq  qradiyentinin  kəskin  fəsli 
dəyişmələri  hər  yerdə  müşahidə olunmur.  Əgər ekvatordan hər  iki 


 
istiqamətdə okean  yerləşmişsə, qeyd edilən təzyiq sahələrinin  fəsli 
köçürmələri  böyük  olmur  və  mussonlar  əhəmiyyətli  inkişaf 
etmirlər.  Materiklər,  xüsusən  də  Afrika  üzərində  təzyiqin 
paylanması  yanvardan  iyula  doğru  çox  fərqlənir,  bu  isə  ekvatorial 
Afrikada böyük sahədə tropik mussonların yaranmasına səbəb olur. 
Cənubi  Asiya  üzərində  musson  sirkulyasiyasına  müvafiq  olaraq 
alçaq  təzyiq  sahələrinin  yüksək  təzyiq  sahəsinə  və  əksinə, 
dəyişmələri  baş  verir.  Avstraliya  istisna  olmaqla,  Hind  okeanının 
cənub hissəsində mussonlar daha az yayılmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
    Şək. 87.  Yer kürəsində musson küləklərinin müşahidə 
edildiyi  
                                              areallar 
 
       Qışda  havanın  materik  səthindən  okean  üzərinə,  yayda  isə 
okean  səthindən  materik  üzərinə  yerdəyişməsi  tropik  mussonlar 
rayonunda  hava  və  iqlim  xüsusiyyətlərinin  formalaşmasına  səbəb 
   150   120   90    60    30    0    30    60    90     
6
3
0
3
6
3
0
3
6
   150   120  90    60    30    0    30    60   90    120  
        
 
          Tropik мussonlar 
        
     
Tropikdən kənar 
        
mussonlar 
               
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə