yaranır və topa buludlar əmələ gəlir. Passatlar zonasında
temperatur hündürlüyə görə paylanması şəkil 86-da təsvir
edilmişdir.
Şək.
86.
Passatlar
zonasında
hündürlüyə
görə
temperaturun
paylanması
Passatlar sahəsində artıq 1200-2000 m yüksəklikdə temperatur
inversiyası olan
saxlayıcı təbəqə
yerləşir. Bu inversiya qatları
antisiklonda enən hava ilə əlaqədar olub, dayanıqlığı və
davamiyyəti ilə fərqlənirlər. Buludların şaquli gücü çox olmadığına
görə onlardan demək olar ki, yağıntılar düşmür (bəzən,
qısamüddətli və zəif leysan yağışlar istisna olmaqla).
Hər iki yarımkürənin passatları qeyri-bərabər, adətən zəif, lakin
bəzən çox güclü küləklər müşahidə olunan keçid zonası ilə
ayrılırlar. Burada hava axınlarının birləşməsi müşahidə olunur və
məhz, buna görə də bu zona
tropikdaxili konvergensiya zonası
adlanır. Güclü qalxan hərəkətlər passat inversiyasını dağıdır,
inversiya
z, m
3000
2000
1000
- 10 0 +10 +20 +30
0
C
nəticədə, topa-yağış buludları yaranır və leysan xarakterli yağıntılar
düşür.
Mussonlar və onların sinoptik xüsusiyyətləri
Yer kürəsinin bəzi sahələrində aşağı troposferdə havanın
yerdəyişməsi
musson
adlanır.
Mussonlar
– yaydan qış dövrünə,
qışdan yay dövrünə keçid zamanı küləyin hakim istiqamətinin
kəskin dəyişməsi ilə müşahidə olunan hava axınlarının dayanıqlı
fəsli rejimləridir. Hər bir musson sahəsinin
yay mussonları
və
istiqamətcə ona əks yönəlmiş
qış mussonları
var. Mussonların
dayanıqlığı hər fəsildə atmosfer təzyiqinin paylanması ilə
əlaqədardır, onların fəsli dəyişmələri isə bir fəsildən digərinə
keçdikdə təzyiq paylanmalarının köklü dəyişməsi ilə bağlıdır.
Musson sirkulyasiyası, əsasən, Hind okeanı hövzəsində üstünlük
təşkil etməklə, okeanın bütün şimal hissəsini, Hindistan ərazisini,
Çinin cənubunu, İndoneziyanı, həmçinin ekvatorial Afrika üzərində
böyük sahəni əhatə edir. Bu sahələrdə mussonların güclü inkişafı
coğrafi şəraitin özünəməxsusluğu ilə əlaqədardır.
Tropik
mussonların
rejim
şəraiti
bilavasitə
subtropik
antisiklonların və ekvatorial depressiyanın vəziyyətinin fəsli
dəyişmələri ilə əlaqədardır. Ekvatorial depressiya iyulda, əsasən də
materiklər üzərində, şimal yarımkürəsinin yüksək enliklərinə tərəf,
yanvar ayında isə cənub yarımkürəsinə yerini dəyişir. Subtropik
antisiklonlar, həmçinin ya şimala (iyulda), ya da cənuba (yanvarda)
doğru yönəlirlər. Bunun nəticəsində, ekvatordan hər iki istiqamətdə
bəzi sahələrdə təzyiq qradiyentinin və müvafiq olaraq hakim
küləklərin kəskin fəsli dəyişməsi baş verir. Qış mussonları
istiqamətcə passatlarla üst-üstə düşürlər. Belə ki, qış mussonları hər
iki
yarımkürənin
subtropik
antisiklonlarının
ekvatora
istiqamətlənmiş periferiyaları üzrə əsirlər. Yay mussonları
passatlara əks olmaqla, ekvatorial depressiyadan ekvatora doğru
yönəlirlər. Beləliklə, tropik mussonların dəyişməsi tropiklərdə
hakim şərq küləklərinin qərb küləklərinə və əksinə yerdəyişməsidir.
Qeyd etmək lazımdır ki, təzyiq qradiyentinin kəskin fəsli
dəyişmələri hər yerdə müşahidə olunmur. Əgər ekvatordan hər iki
istiqamətdə okean yerləşmişsə, qeyd edilən təzyiq sahələrinin fəsli
köçürmələri böyük olmur və mussonlar əhəmiyyətli inkişaf
etmirlər. Materiklər, xüsusən də Afrika üzərində təzyiqin
paylanması yanvardan iyula doğru çox fərqlənir, bu isə ekvatorial
Afrikada böyük sahədə tropik mussonların yaranmasına səbəb olur.
Cənubi Asiya üzərində musson sirkulyasiyasına müvafiq olaraq
alçaq təzyiq sahələrinin yüksək təzyiq sahəsinə və əksinə,
dəyişmələri baş verir. Avstraliya istisna olmaqla, Hind okeanının
cənub hissəsində mussonlar daha az yayılmışdır.
Şək. 87. Yer kürəsində musson küləklərinin müşahidə
edildiyi
areallar
Qışda havanın materik səthindən okean üzərinə, yayda isə
okean səthindən materik üzərinə yerdəyişməsi tropik mussonlar
rayonunda hava və iqlim xüsusiyyətlərinin formalaşmasına səbəb
150 120 90 60 30 0 30 60 90
6
3
0
3
6
3
0
3
6
150 120 90 60 30 0 30 60 90 120
Tropik мussonlar
Tropikdən kənar
mussonlar
Dostları ilə paylaş: |