N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   70   71   72   73   74   75   76   77   ...   90

 
     1)  dairəvi  izobarları  olan    siklonlar  (antisiklonlar)  izallobar 
qradiyenti istiqamətində yerini dəyişir; 
     2)  elliptik  izobarları  olan    siklonlar  (antisiklonlar)  isə  izallobar 
qradiyenti  ilə ellipsin  böyük oxu arasındakı   istiqamət üzrə   yerini 
dəyişir. 
     Bu  zaman  yerdəyişmə  sürəti  izallobar  qradiyentləri  ilə  düz, 
böyük sahənin əyriliyi ilə tərs mütənasibdir.  
     Oxun  meyl  qaydası.  Barik  sistemlərin  yer  səthində  mərkəzləri 
şaquli oxlarının  proyeksiyalarına,  yəni siklon  və  ya  antisiklonların 
yerüstü və 
700

 xəritələrində mərkəzlərinin coğrafi vəziyyətlərini 
birləşdirən  xətlərə  perpendikulyar  olaraq  yerini  dəyişirlər.  Belə 
halda yüksəklik mərkəzi solda (və ya sağda) qalır. Bu qayda şaquli 
oxun 
proyeksiyası 
NT
500
1000
 
xəritələrində 
üfüqi 
temperatur 
qradiyentləri ilə üst-üstə düşdüyü zaman özünü doğruldur. 
     İsti  bölmə  izobarlar  qaydası.  Siklonların  yer  səithində  
mərkəzləri  bəzən  isti  bölmə  izobarlarına  paralel  olaraq  yerini 
dəyişir.  Barik  sistemlərin  təkamülü  və  yerdəyişməsi  şəkil  100-də 
təsvir edilmişdir.  
                             


 
          
 
  
 Şək. 100. Barik sistemlərin təkamülü və yerdəyişmələri                           
        Siklon və antisiklonların evolyusiyasının 
proqnozu 
 
     Siklonun  evolyusiyası  –  geniş  anlayışdır.  Məlumdur  ki,  siklon 
evolyusiyası  siklon  mərkəzində  təzyiqin  dəyişməsi,  qradiyentin 
artması  (azalması)  və  s.  proseslərlə  sıx  əlaqəlidir.  Siklonun 
dərinləşməsi havanı pisləşdirir, siklon daha da genişlənir, yağıntılar 
intensivləşir  və  daha  geniş  ərazini  əhatə  edir,  həmçinin  küləyin 
sürəti artır. Siklonun mərkəzində təzyiqin artması siklon sistemində 
havanın  yaxşılaşmasına  gətirib  çıxarır  və  siklonun  ölçüləri  həm 
şaquli, həm də üfüqi dəyişir. Bu zaman, ilk dövrdə siklon yer səthi 


 
üzərində dolur və bir müddət hündürlükdə müşahidə edilir. Yerüstü 
xəritədə,  birinci  növbədə  mərkəzə  yaxın  izobar,  daha  sonra 
ardıcıllıqla  o  biri  izobarlar  siklon  tam  sönənə  qədər  və  yaxud 
yenidən yaranana kimi itirlər.  
     Siklonun  mərkəzindəki  təzyiqin  dəyişməsi  evolyusiyanın  vacib 
göstəricisidir. 
Onu 
proqnoz 
etməklə, 
siklonun 

biri 
xarakteristikalarının  qabaqcadan  necə  dəyişəcəyini  bilmək  olar. 
Ancaq  dəyişmələrin  hamısını  bu  üsulla  proqnoz  etmək  mümkün 
deyil.  Məsələn:  cəbhələrin  hərəkəti  heç  də  həmişə  mərkəzdə 
təzyiqin dəyişməsi ilə korelyasiya etmir. Bunu siklonun hündürlük 
üzrə  dəyişməsinə  də  aid  etmək  olar.  Belə  ki,  təzə  dərinləşməyə 
başlayan,  regenerasiya  edən  siklon,  artıq  yüksək  barik  sahə  kimi 
formalaşır.  Beləliklə,  mərkəzdəki  təzyiqin  dəyişməsinin  proqnozu 
siklonun  evolyusiyası  haqda  vacib,  lakin  tam  olmayan  məlumatı 
verir. Məlumdur ki, siklonun inkişaf mərhələsini 4 hissəyə bölmək 
olar: dalğa mərhələsi; gənc siklon; maksimal inkişafa çatmış siklon; 
dolmuş siklon. Hər bir mərhələ müəyyən hava şəraiti ilə, cəbhələrin 
yerləşməsilə,  siklonun  şaquli  inkişafı  ilə  xarakterizə  edilir. 
Sinoptikin  əsas  vəzifəsi  proqnoz  müddəti  ərzində  siklonun  hər 
hansı  bir  mərhələdə qalacağını  və  ya  başqa  mərhələyə keçməsinin 
proqnozunu tərtib etməkdir. Sinoptik təzyiqin dəyişməsini və onun 
inkişaf  mərhələsinin  proqnozunu  verməklə,  siklonun  gələcək 
vəziyyəti haqda tam məlumat verir. 
     Antisiklonun  evolyusiyası  –  siklonun  evolyusiyası  kimi 
mürəkkəb anlayışdır. Siklon haqda dediklərimizi antisiklona da aid 
etməklə,  deyə  bilərik  ki,  antisiklonun  mərkəzindəki  təzyiqin 
dəyişməsi  və  onun  inkişafının  proqnozu  proqnoz  müddəti  ərzində 
antisiklonun  evolyusiyası  haqqında  kifayət  qədər  dolğun  məlumat 
verir.  
     Beləliklə, barik sahələrin evolyusiyasının proqnozunu aşağıdakı 
kimi xarakterizə etmək olar. 
1.  Mərkəzdə təzyiqin dəyişməsi və inkişaf mərhələsi, 
     2.  İlkin  nəticələrdən  istifadə  etməklə,  barik  sahənin  digər 
xarakteristikaları  haqda  müxtəlif  inkişaf  mərhələlərində  siklon  və 
antisiklonların məlum modelləri əsasında fikir yürütmək. 


 
     Proqnoz  üçün  ilkin  məlumatlar  kimi  siklon  və  ya  antisiklonun 
inkişafının  təhlil  nəticələri  götürülür.  Təhlil  –  son  müddətə  qədər 
12-24  saat  ərzində  barik  sahələrin  evolyusiyasını  müəyyən  edən 
səbəblərin  aydınlaşdırılmasını  əhatə  edir.  Bu  zaman  nəzərə  alınır 
ki,  əvvəlki  12  saat  ərzində  fəaliyyətdə  olan  ünsürlər  növbəti 
müddətdə  də  fəaliyyətdə  olacaqdır.    Adətən,  təhlilə  bu  ünsürlər 
aiddir:  müxtəlif  səviyyələrdə  burulğan  sürətinin  adveksiyası  və 
temperaturu,  orta  səviyyələrdə  küləyin  divergensiya  sürətinin 
dəyişməsi,  hündürlükdən  asılı  olaraq  küləyin  dəyişməsi,  yerüstü 
sürtünmə və cəbhələrin köçürülməsi. 
     Barik  əmələgəlmənin  mərkəzində  müxtəlif  səviyyələrdəki  ilkin 
barik  sahələri  proqnostik  sahələrlə  müqayisə  edərək,  siklon  və  ya 
antisiklon 
üzərindəki 
hündürlük 
sahələrində 
gözlənilən 
dəyişiklikləri  müəyyən  etmək  olur.    Belə  analiz  apararkən  yaddan 
çıxartmaq  olmaz  ki,  siklon  və  antisiklonlar  hərəkətlidir.  Odur  ki, 
gözlənilən  barik  əmələgəlmənin  üzərindəki  hündürlük  sahələrini 
müqayisə  və  təhlil  etmək  üçün  siklonların  yerdəyişməsinin 
proqnozunu yenidən vermək məsləhət görülür.  
     Aparılmış tədqiqatlar göstərir ki, barik topoqrafiya xəritələrində 
siklonların  evolyusiya  gedişində  iki  xüsusiyyət  nəzərə  çarpacaq 
dərəcədə dəyişir: 
     1. 
n
H
u
H 


  geopotensialının  qradiyenti  ilə  ölçülən,  müxtəlif 
səviyyələrdəki   Yüksək Frontal Zonaların intensivliyi, 
     2.  Geostrafik küləyin nisbi burulğanı. 
     Əgər  proqnostik  xəritələrin  məlumatlarına  əsasən  siklonun 
mərkəzi  üzərində 
0
z
H
n



  olarsa,  onda  belə  siklon  əvvəlki 
müddətdə  hansı  vəziyyətdə  olmağından  asılı  olmayaraq  mütləq 
dolacaqdır.  Həmçinin, 
0



z
H
n
  və 
0
2




H
z
  olan  zaman, 
proqnostik xəritələrin məlumatlarına əsasən siklonlar dolur. Ancaq,  
0
2




H
z
 olarsa, onda siklon öz intensivliyini ya dəyişmir ya da 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə