N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   72   73   74   75   76   77   78   79   ...   90

 
Siklonun  intensiv  inkişafı  proqnoz  müddəti  ərzində  onun  alçaq 
təzyiq  sahəsindən  yüksək təzyiq sahəsinə çevrilməsinə səbəb olur, 
bunun da nəticəsində, siklon qəflətən zəifləyir və ya ümumiyyətlə, 
dərinləşmir.  Çox  zaman  buraxılmış  səhvlər  siklonun  maksimal 
inikişafı  zamanı  baş  verir.  Bu  zaman  orta  tendensiya  sıfıra 
yaxınlaşır.  Bu  arada  siklon  dolma  mərhələsinə  keçə  bilər  və  ya 
yenidən  regeneriyasiya  edə  bilər.  Hər  iki  halda  siklonun 
mərkəzindəki təzyiqin proqnozunda səhvlər qaçılmazdır.     
     Təcrübələr göstərir ki, tendensiyaya görə təzyiqin hesablanması 
ancaq o halda kafi hesab olunur ki, siklon proqnoz müddəti ərzində 
eyni  mərhələdə  qalsın.  Belə  ki,  tendensiyaya  görə  proqnoz  – 
ekstrapolyasiyadır  və  onun  istifadəsi  ancaq  atmosfer  hadisələrinin 
inkişafının birinci mərhələsində mümkündür. Bəzən bir mərhələdən 
digərinə  keçidi  proqnoz  etmək  üçün  təzyiqin  gözlənilən  dəyişmə 
qiymətini müəyyən etmək kifayətdir.   
     AT
700
  izollohipsləri
  –  barik  əmələgəlmənin  mərkəzində  təzyiq 
dəyişməsi  ilə  onun  üzərindəki  700  hPa  səthin  hündürlüyünün 
dəyişməsi  arasında  müəyyən  əlaqə  var.  700  hPa-lıq  səthin 
hündürlüyünün  artması  siklonun  (antisiklonun)  mərkəzində 
təzyiqin artması ilə, hündürlüyün azalması isə təzyiqin düşməsi ilə 
əlaqələndirilir.  Bu  şərt  mütləq  deyil,  burada  istisnalar  da 
mövcuddur.       
     1.  Maksimal  inkişafa  çatmış,  intensiv  inkişaf  edən  siklonlarda 
qalxan  hərəkətlər  yüksək  qiymətlər  alır.  Bununla  əlaqədar  olaraq, 
havanın temperaturunun düşməsi 700 hPa-lıq səthin hündürlüyünün 
düşməsinə  səbəb  olur.  Bu  zaman  maksimal  inkişafa  çatmış  siklon 
dərinləşmə  mərhələsini  başa  çatdırır,  mərkəzindəki  təzyiq  demək 
olar ki, dəyişmir, bəzi hallarda isə hətta artır. 
     2.  Yay  aylarında  antisiklonlarda  əhəmiyətli  temperatur 
dəyişmələri  müşahidə olunur. Temperaturun dəyişməsi nəticəsində 
700  hPa-lıq  səthin  hündürlüyü  də  tərəddüd  edir.  Bu  zaman 
antisiklonun mərkəzində təzyiq 700 hPa-lıq səthin hündürlüyündən 
asılı olmayaraq dəyişə də, dəyişməyə də bilər.  
     
Cəbhələrin  vəziyyəti  – 
siklonlar  cəbhələrin  vəziyyətinə  və 
dəyişməsinə  görə  siklonun  inkişaf  mərhələsi  haqqında  fikir 


 
söyləmək olar. Gənc siklonda cəbhələr nə qədər tez hərəkət edərsə, 
onun maksimal inkişafı və dolması bir o qədər tez olar. Cəbhələrin 
yerdəyişmə  sürətini  təyin  etməklə  proqnoz  müddətinin  sonunda 
onların  vəziyyətini  təyin  etmək  olar.  Onların  vəziyyətinə  əsasən 
asanlıqla  okklyuziya  mərhələsinin  başlayıb-başlamayacağını  da 
görmək  olar.  Əgər  bu  mərhələ  başlayarsa,  o  zaman  proqnoz 
müddəti  ərzində  siklonlar  maksimal  inkişaf  mərhələsinə  keçəcək. 
Əgər  okklyuziya  mərhələsi  sürətlə  baş  verərsə,  siklon  dolma 
mərhələsinə 
keçəcək. 
Siklona 
yeni 
atmosfer 
cəbhəsinin 
yaxınlaşması onun regenerasiyasına səbəb ola bilər.  
     Siklonun  bir  mərhələdən  digərinə  keçməsini  proqnoz  etmək 
üçün  onun  hər  bir  mərhələsinin  davamiyyət  müddəti  haqqındakı 
məlumatlardan  istifadə  etmək  lazımdır  (cədvəl  10).  Məlumdur  ki, 
siklonlar  nə  qədər  tez  dərinləşərlərsə,  bir  o  qədər  də  tez  dolmağa 
başlayarlar.       
        Cədvəl 10-un  məlumatlarından  istifadə etməklə  və cəbhələrin 
yerdəyişmə sürətlərini  bilməklə siklonun proqnoz  müddəti ərzində 
hansı  inkişaf  mərhələsində  olması  haqda  mülahizə  sürmək  çətin 
deyil.  Məsələn,  hər  hansı  bir  siklonun  dalğa  mərhələsi  12  saat 
davam  edərsə  və  atmosfer  cəbhələrinin  hərəkət  sürəti  onu  göstərir 
ki,  okklyuziya  mərhələsi  onda  əmələ  gələn  birinci  qapalı  izobarik 
30  saat  sonra  əmələ  gələcək.  Maksimal  inkişafa  çatmış  siklonun 
inkişafı  təxminən  yarımgün  davam  edir.  Əgər  regenerasiya  baş 
verməzsə, 2 gündən sonra siklonun dolmasını gözləmək olar. Belə 
yanaşma  antisiklona  aid  edilmir,  çünki  onlarda  mövcud  olan 
cəbhələr aydın müşahidə olunmur 
 
                                                                                         Cədvəl 10  
         Siklonun ayrı-ayrı mərhələlərinin onun ümumi mövcud         
                                    olduğu dövrə olan nisbəti 
 
Siklonun inkişaf mərhələləri 
Mərhələnin davametmə 
müddəti (%) 
Dalğa  
10-15 


 
Gənc siklon 
25-30 
Maksimal inkişafa çatmış 
siklon 
10-15 
Dolma mərhələsi 
40-55 
 
     
Barik əmələgəlmənin fəza strukturu
 – barik əmələgəlmənin fəza 
strukturu  və  xüsusən,  onun  dəyişməsi  evolyusiya  prosesinin 
qəflətən  dəyişməsinə  səbəb  olur  ki,  bu  da  siklonların 
dərinləşməsindən onların dolmasına keçməsini və ya antisiklonların 
güclənməsindən dağılma mərhələsinə keçdiyini göstərir.  
     Siklonun  (antisiklonun)  alçaq  təzyiq  sahəsindən  hündürlük 
təzyiq  sahəsinə  çevrilməsi  siklonun  (antisiklonun)  mərkəzindəki 
təzyiqin kəskin aşağı düşməsinə (artmasına) işarədir. Belə ki, barik 
əmələgəlmənin  hündürlük  və  yerüstü  mərkəzləri  uyğun  deyilsə, 
təzyiqin  düşməsi  (artması)  dayanmır.  Hündürlük  oxu  kvazişaquli 
olduqdan  sonra  barik  əmələgəlmənin  mərkəzindəki  təzyiq 
dəyişməsi dayanır,  əgər siklonun (antisiklonun)  regenerasiyası  baş 
verməzsə,  gələcəkdə  baş  verəcək  evolyusiya  prosesi  yerüstü 
sürtünmə  ilə  müəyyən  edilir.  Antisiklonlarda  təzyiqi  aşağı  salan 
proseslər kifayət qədər yavaş gedir. Bəzən antisiklonun dağılmasını 
hiss etmək üçün bir neçə gün keçir. Antisiklonun gücü nə qədər çox 
olarsa, onun dağılma sürəti də bir o qədər az olur.  
     
Soyuq  adveksiya
  –  siklonun  arxasında  soyuq  adveksiyanın 
intensivliyi  temperatur  kontrastını  artırır,  həmçinin  siklonun 
dərinləşməsinə səbəb olur. Siklonun arxasında soyuq adveksiyanın 
zəifləməsi isə onun dolmasına gətirib çıxarır. 
     
Atmosferin stratifikasiyası
 – atmosferin rütubətli stratifikasiyası 
zamanı  siklonun  əmələgəlməsi  üçün  əlverişli  şərait  yaranır. 
Rütubətli-dayanıqlı havanın qalınlığı nə qədər çox olarsa, siklonun 
inkişafı bir o qədər tez gedir.  
     Atmosferin  dayanıqlı  halı  barik  sahələrin  inkişafına  az  təsir 
göstərir.  Ancaq  kiçik  ölçülü  siklon  və  antisiklonların  (R<200  km) 
inkişafı  dayanıqlı  atmosferdə  dayanır.  R>200  km  atmosferin 
dayanıqlı 
stratifikasiyası 
zamanı 
siklon 
və 
antisiklonun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə