sürəti, adətən, sabit qəbul edilir (=const). Yer səthinin təsiri
yalnız yerə yaxın təbəqədə hava dövranı ilə məhdudlaşmır,
turbulent qarışma nəticəsində bütün troposferə yayılır. Yer səthi ilə
sürtünmə həmişə hava axınlarının sürətini azaldır və istiqamətini
dəyişir. Bu proses troposferin hündürlüyü 1,0-1,5 km olan sərhəd
təbəqəsində baş verir.
Atmosferin ümumi dövranının formalaşmasına atmosferin
ölçüləri də təsir edir. Müasir peyk məlumatlarına görə atmosferin
şərti yuxarı sərhəddi 2000 km-ə yaxın hündürlük qəbul edilmişdir.
Lakin atmosferin demək olar ki, bütün kütləsi troposfer təbəqəsində
toplanmışdır . Stratosferin yuxarı sərhəddində (50-55 km) atmosfer
təzyiqi 0,1 hPa-a qədər azalır. Əsas amillərin təsirini öyrənən
ümumi dövran qanunauyğunluqlarına aşağıdakılar aiddir:
1. Böyük miqyaslı proseslərdə üfüqi hərəkət sürətinin şaquli
sürətlərdən böyük olması (u=10 m/san, v=10 m/san, =1 sm/san);
2. Atmosfer hərəkətlərinin daha çox burulğan xarakter daşıması;
3. Atmosfer hərəkətlərinin stasionar olmaması, onların daimi
dəyişkənliyi və bu səbəbdən də atmosfer dövranı və onun quruluş
ünsürlərinin fasiləsiz dəyişməsi;
4. Bir təbəqədən başqasına keçdikdə hava axınlarının sürəti və
istiqamətinin dəyişməsi və kinetik enerjinin həm üfüqi, həm də
şaquli istiqamətdə qeyri-bərabər paylanması;
5. İlin fəsillərindən asılı olaraq hava axınlarının sürət və
istiqamətinin dəyişməsi.
Atmosferdə burulğan hərəkətlərindən başqa dalğa hərəkətləri də
müşahidə olunur. Bunlara, okeandakı qabarmalara oxşar olan və
atmosferdə az öyrənilmiş qabarmaları, müxtəlif sıxlıqlı atmosfer
təbəqələri sərhəddində, yəni yer səthi yaxınlığında dalğavari
hərəkətləri və tropopauzanın hündürlüyünün dəyişmələrini də aid
etmək olar. Atmosfer təzyiqi sahəsinin və dövranının dəyişməsinin
bilavasitə səbəbi hərəkətlərin stasionar olmamasıdır. Atmosfer
hərəkətlərinin qeyri-stasionar olması nəticəsində hava dövranının
ümumi mənzərəsi heç vaxt tam təkrarlanmır. Lakin xırda detalları
nəzərə almasaq, atmosfer proseslərinin nisbi dayanıqlığının bəzi
kəmiyyətlərini müəyyən etmək olar.
Yerin qaz təbəqəsinin özünəməxsusluğu ondan ibarətdir ki,
atmosferin ümumi kütləsi Yerin radiusu ilə müqayisədə çox nazik
təbəqədə toplanmışdır. Yəni atmosferin ümumi kütləsinin 50% -i
qalınlığı 5 km-lik aşağı təbəqədə, 90% -i 16 km-lik təbəqədə və
99%-i isə 32 km-lik təbəqədə toplanmışdır. Elə buna görə də bu və
ya başqa təbəqədə kinetik enerjini qiymətləndirdikdə, nəinki
küləyin sürətini, həmçinin havanın sıxlığını da nəzərə almaq
lazımdır.
Atmosfer
dövranının
mövsüm
dəyişmələrinin
qanunauyğunluqları Günəşdən gələn istilik axını miqdarının fəsillər
üzrə dəyişməsi ilə əlaqədardır. Bu, xüsusilə, şımal yarımkürəsində
özünü daha aydın göstərir. Materiklərin qışda soyuması, yayda isə
qızması materik və okeanlar arasında temperatur fərqlərinin
dəyişməsinə səbəb olur.
Atmosferin ümumi dövranı müxtəlif üsullarla öyrənilir:
1) sinoptik üsul
– müxtəlif barik səviyyələrin hava xəritələrinin
köməyi ilə böyük miqyaslı proseslərin öyrənilməsi;
2)hidrotermodinamik üsul
– atmosfer dövranının inkişaf
qanunauyğunluqlarının hidrotermodinamik tənliklər vasitəsilə
öyrənilməsi;
3) statistik üsul
– hava axınlarının və ya barik sahənin statistik
hesablamaların köməyi ilə öyrənilməsi.
Yer kürəsinin müxtəlif rayonlarında atmosferin ümumi
dövranında müəyyən
təsir mərkəzləri
ayrılır. Bu cür təsir
mərkəzləri atmosferin ümumi dövranında və hava kütlələrinin
köçürülməsində mühüm rol oynayır. Onlar Yer kürəsinin bu və ya
başqa rayonlarında siklon və antisiklonların tez-tez təkrarlanmasına
əhəmiyyətli dərəcədə təsir göstərirlər. Yerüstü orta təzyiq
xəritələrində şimal yarımkürəsində aşağıdakı təsir mərkəzləri
ayrılır: İslandiya depressiyası və Azor antisiklonu (maksimumu),
Aleut depressiyası, Asiya və Şimali Amerika qış antisiklonları,
Cənubi Asiya yay depressiyası; cənub yarımkürəsində isə ön
Antarktida alçaq təzyiq zonası, Cənubi Atlantik antisiklonları,
Cənubi Hind və Cənub okean antisiklonları. Adları çəkilən təsir
mərkəzlərindən başqa Avstraliya yay siklon və qış antisiklonu,
Cənubi Afrika yay siklon və antisiklonları, zəif Arktik siklonlar və
ekvatorial alçaq təzyiq zonaları və s. mövcuddur. Yer səthi
yaxınlığında bu cür mürəkkəb təzyiq sahələri hündürlük artdıqca
sadələşir. Artıq 3-5 km və daha yuxarı səviyyələrdə hər iki
yarımkürədə orta təzyiq sahəsi atmosfer dövranının əsas sistemini –
qərb köçürmələrini
əks etdirir.
Yer kürəsində daimi atmosfer sirkulyasiyaları
Passatlar
– mülayim sürətli (yer səthində təqribən 5-8 m/san)
daimi küləklər olub, hər iki yarımkürədə subtropik yüksək təzyiq
zonasından ekvatora doğru əsirlər. Lakin hər iki yarımkürədə
subtropik zonalar ayrı-ayrı antisiklonlar üzərinə düşdüyündən
passatlar-subtropik antisiklonlar sahəsindən ekvatora doğru əsən
küləklərdir.
Şək. 85. Passatlar zonasında havanın köçürülmə sxemi
Ekvatora doğru, daha isti səth üzərinə hərəkət zamanı passat
axınları troposferin aşağı təbəqələrində dayanıqsız stratifikasiya
şəraitində temperaturun şaquli qradiyenti böyük qiymət alır. Bu
zaman 3-4 m/san sürətli qalxan hava axınlarının konveksiyası
35
0
35
0
Y
Y
Y
Y
E
E
E
Y
Dostları ilə paylaş: |