güclü qar şəklində müşahidə edilir. İlin keçid dövrlərində güclü qar
və yaxud buz dənələri qar və yağışla birlikdə müşahidə olunur.
Leysan xarakterli yağıntılarda damcıların diametri, adətən, 1,0 mm-
dən çox olur.
Çiskin yağıntılar
– əsasən, ilin soyuq dövrü üçün xarakterik olan
yağıntılardır. Bu tip yağıntılar laylı və laylı-topa buludlardan çiskin
şəklində, çox alçaq temperaturda isə buz kristalları şəkilində yağır.
Sinoptik şəraitə görə yağıntılar iki növə bölünür:
1) kütlədaxili yağıntılar; 2) cəbhə yağıntıları.
Kütlədaxili yağıntılar
- nisbətən bir tipli hava kütlələri daxilində
yaranırlar. Kütlədaxili yağıntılar dağlıq zonalarda çox zaman
leysan, dənizsahili və düzənlik sahələr üçün isə aramsız xarakterli
olur.
Sabit (dayanıqlı) isti hava kütlələri üçün laylı buludlardan
çiskin, laylı-topa buludlardan zəif, aramsız yağışlar yağması daha
çox xarakterikdir.
Qeyri-sabit (dayanıqsız) soyuq hava kütlələrində isə topa - yağış
buludlarından leysan xarakterli yağıntılar yağır.
Cəbhə yağıntıları
– atmosfer cəbhələrinin keçməsi ilə əlaqədar
olan yağıntılardır. İsti hava cəbhələri üçün aramsız yağıntılar,
soyuq cəbhə üçün isə leysan yağıntılar xarakterikdir.
Ümumiyyətlə, aparılan tədqiqatlar nəticəsində müəyyən
edilmişdir ki, Yer kürəsinə düşən yağıntıların cəmi 16% - i
kütlədaxili yağıntıların (konvektiv), 84% isə cəbhə yağıntılarının
(advektiv) payına düşür.
Bəzən, yağış damcıları və qar dənərciklərinin tərkibində rəngli
qarışıqlar olur. Belə yağıntılara isə qeyri-adi və ya qəribə yağıntılar
deyirlər. Bu yağıntıların mənbəyi və başlıca səbəbi küləklər hesab
olunur. Rəngli qarışıqlar müxtəlif mənşəli ola bilərlər. Onların
bəziləri səhralardan güclü küləklər vasitəsi ilə havaya qalxır və
atmosferə daxil olur. Bundan başqa, torf və meşə yanğınları, vulkan
püskürməsi zamanı atmosferə his və kül hissəcikləri də düşür ki,
bütün bu qarışıqlar atmosferin orta qatlarına külək vasitəsilə
qaldırılaraq böyük məsafələrə aparılır, daha sonra bulud damcıları
ilə birləşərək yağıntı şəklində yer səthinə düşür.
Meteoroloji stansiyalardan alınan yağıntı məlumatları həm
keyfiyyət, həm də kəmiyyət baxımından xarakterizə edilir.
Yağıntıların kəmiyyəti dedikdə, onların miqdarı (mm) və keyfiyyəti
dedikdə isə intensivliyi (mm/san) başa düşülür. Burada, konkret
olaraq yağıntıların meteoroloji görünüşə göstərdiyi təsir nəzərdə
tutulur. Hal-hazırda müasir aviasiya meteoroloji stansiyalarında
(AWOS, ASOS, VAISALA) bu təsnifatı aparmaq mümkündür.
Yəni bu sistemlərin görünüş ölçən cihazları yağıntı zamanı
görünüşün nə qədər pisləşməsini dəqiqliklə göstərərək yağıntıların
növlərini də təyin edirlər.
Aviasiya Meteoroloji müşahidə məntəqələrində yağıntıların
intensivliyi onların meteoroloji görünüş məsafəsinə göstərdiyi
təsirə görə müəyyən edilir və aşağıdakı kimi təsnif edilir:
1) zəif ; 2) mülayim ; 3) güclü.
Yağıntılar səbəbindən meteoroloji görünüş məsafəsi 2000 m -
dək azalarsa, belə yağıntılar
zəif
, görünüş məsafəsi 1000-2000 m
təşkil edərsə, intensivliyi
mülayim
, görünüş 1000 m-dən az olarsa,
belə atmosfer yağıntıları
güclü
intensivliyə malik yağıntılar hesab
edilir. Bu yağıntıların kod adı qarşısında intensivliyin göstəricisi
olan şərti işarə qoyulur, zəif yağıntı «-», güclü yağıntı «+»,
mülayim üçün isə işarəsiz olması qəbul olunmuşdur.
Atmosferdə ildırım hadisələri
İldırım
təhlükəli atmosfer hadisəsidir. İldırım hadisəsi zamanı
bulud daxilində və ya buludla yer səthi arasında göy gurultusu ilə
müşayət olunan elektrik boşalmaları baş verir. Bir qayda olaraq,
ildırım topa-yağış buludlarında baş verməklə, leysan və dolu ilə
müşayət olunur. Yer səthində, eyni zamanda, 1500-ə yaxın ildırım
hadisəsi müşahidə olunur, boşalmaların orta intensivliyi isə
saniyədə 46 ildırım kimi qiymətləndirilir. Planetimizin səthi üzrə
ildırımlar qeyri-bərabər paylanmışdır. İldırımlar okean üzərində
kontinentlə müqayisədə on dəfə çox müşahidə olunur. Yer
kürəsində maksimal ildırım fəallığı Mərkəzi Afrikada müşahidə
olunur. Arktika və Antarktikanın qütb rayonlarında və qütblər
üzərində ildırımlar demək olar ki, heç müşahidə olunmur.
İldırımların maksimal təkrarlanması yay fəslinə, əsasən də günün
ikinci yarısına təsadüf edir.
İldırım buludlarının əmələ gəlməsi üçün əsas meteoroloji şərait
konveksiyanın inkişafıdır və aşağıdakı hallarda baş verir:
- su və quru səthləri üzərində havanın qeyri-bərabər qızması
nəticəsində, məsələn, su səthi və quru üzərində temperatur fərqləri.
Böyük şəhərlər üzərində konveksiyanın intensivliyi şəhər kənarına
nisbətən daha böyük olur;
- atmosfer cəbhələrində isti havanın soyuq hava kütləsi
tərəfindən sıxışdırılması və ya yuxarı qaldırılması nəticəsində.
Atmosfer cəbhələrində konveksiya kütlədaxili konveksiya ilə
müqayisədə daha intensiv olur;
- dağlıq ərazilərdə havanın hündürlüyə qalxması nəticəsində
hündür dağlar konveksiyanın inkişafı üçün daha mürəkkəb şərait
yaradır və demək olar ki, həmişə konveksiyanın intensivliyini
artırır.
Yaranma şəraitinə görə ildırımlar
kütlədaxili və frontal
(cəbhə
xarakterli) olur. Kütlədaxili ildırımlar isə öz növbəsində
konvektiv,
advektiv və oroqrafik
olur.
Konvektiv ildırımlar
günün ikinci yarısında azqradiyentli barik
sahələrdə əmələ gəlir. Bu ildırımlar kiçik ölçüyə malik olmaqla,
zəif sürətlə (10-15 km/s) hərəkət edirlər, lakin kütlədaxili topa-
yağış buludları çoxlu şimşək, dolu və güclü leysanlarla müşayət
oluna bilir. Konvektiv ildırımlarda külək zəif olur, yalnız
ildırımdan öncə küləyin qısamüddətli güclənməsi müşahidə olunur.
Bu növ ildırımlar zamanı yer səthində havanın temperaturu, adətən,
yüksək olur (22-25°C-dən yuxarı).
Advektiv ildırımlar
mülayim dəniz hava kütlələrində soyuq
atmosfer cəbhələri keçərkən müşahidə edilir. Bu növ ildırımlar
aşağı temperatur şəraitində inkişaf etməklə, böyük yerdəyişmə
sürətinə malikdirlər. Advektiv ildırım ocaqları, adətən, izolə
olunmuş halda olurlar.
Dostları ilə paylaş: |