NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə31/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

64 
 
çıxdıqda  o,  ġabran,  Maskat,  dağ  yolu  üstündə  tikildiyi  üçün  “qapı”  adlandırılan 
Bab  əl-Əbvab  Ģəhərlərini  saldırdı...  Curzan  vilayətində  o,  Suğdəbil  Ģəhərini 
saldırdı,  soğdluları  və  farsları  oraya  köçürərək  buranı  gözətçi  məntəqəsinə 
çevirdi... Ən-NəĢavə Ģəhərini..., əs-Sisəcan (Sünik) ərazisində Veys qalasını, eləcə 
də əl-Gilab və əĢ-ġahabuĢ (ġahbuz) qalalarını tikdi...” Əlbəttə, Sasanilərin öz Ģimal 
sərhədlərini möhkəmləndirmək naminə gördükləri quruculuq iĢləri bir çox qala və 
Ģəhərlərimizi  düĢmən  təhlükəsindən  qoruya  bilmiĢdi.  Lakin,  arxeoloji  tədqiqatlar 
adları çəkilən bir sıra yaĢayıĢ yerlərinin salınma tarixini daha qədim dövrə aparıb 
çıxarır. Ona görə də Qubad və oğlunun yeni Ģəhərsalma fəaliyyətlərindən daha çox, 
bu  yerləri  abad  etmə  və  yenidən  qurmalarından,  müdafiə  qabiliyyətlərini 
möhkəmlətmələrindən,  qala  və  sədlərin  yenilərini  qurma  və  tikmələrilə  yanaĢı, 
köhnələrini də mükəmməlləĢdirmələrindən danıĢmaq daha düzgün olardı. Maraqlı 
budur ki,  ərəblər özləri də onlardan  əvvəlki iĢğalçıların  yolu ilə gedərək,  müdafiə 
və  strateji  əhəmiyyətli  yerlərin  möhkəmlənməsinə  xüsusi  fikir  verirdilər; 
mənbələrdə bir sıra Ģəhərlərin salınması  və  ya bərpası onların adı ilə bağlanır. Bu 
baxımdan  VII  əsrin  əvvəllində  Xilafətin  Azərbaycan  və  Ərminiyədəki  hakimi 
Əbdüləziz  Ġbn  Xatim  ən-Numanın  fəaliyyəti  də  maraq  doğurur.  Əl-Bəlazuri 
yazırdı: “... O (Əbdüləziz), Dəbil Ģəhərini qurdu, onun məscidini möhkəmləndirib 
böyütdü.  NəĢavə  Ģəhərini  tikdi,  Bərdə  Ģəhərini  bərpa  etdi,  baĢqa  rəyə  görə,  onun 
ətrafını yaxĢı bir xəndəklə əhatə etdi, Beyləqan Ģəhərinin bərpasını davam etdirdi, 
çünki  bu  Ģəhərlər  ondan  əvvəlki  dövrdə  tamam  dağıdılmıĢdı  və  tənəzzüldə  idi. 
Bəzilərinin  dediyinə  görə,  Bərdəni  Xəlifə  Əbdülməlik  Ġbn  Mərvan  dövründə 
Məhəmməd ibn Mərvan bərpa etmiĢdi. Əl-Bagidinin məlumatına görə, Əbdülməlik 
Bərdəni Xatim ibn ən-Numan və ya onun oğlunun köməyi ilə bərpa etdirib...” 
Ərəblərin  quruculuq  fəaliyyətləri  sonrakı  illərdə  də  davam  etdirildi.  Lakin 
bu  fəaliyyət,  daha  çox,  onların  bu  yerlərdə  möhkəmlənməsi  mənafeyini  güdürdü. 
Hələ  yerli  əhali  ilə  bağlanılan  ilk  müqavilələrdə  Ģəhərləri  hər  cür  təhlükədən 
qoruyan qala divarlarının toxunulmazlığı təminatı verilmiĢdi; lakin sonrakı illərdə 
ərəblər,  onlara  qarĢı  göstərilən  müqaviməti  qırmaq  üçün,  yerlilərin  dayaq 
məntəqəsinə çevrilmiĢ qalaları yerlə-yeksan edir, öz müdafiə xətti və məntəqələrini 
isə möhkəmləndirirdilər. 
VIII  əsrin  əvvəllərində  Bizansın  müttəfiqi  olan  xəzərlərə  qarĢı  müharibə 
meydanına  çevrilmiĢ  Azərbaycan  ərazisində  vuruĢan  ərəb  qoĢunlarına  Xilafətin 
Ģimal  torpaqlarının  caniĢini  Məsləmə  ibn  Əbdülməlik  baĢçılıq  edirdi.  713/14-cü 
ildə Dərbəndi xəzərlərdən təmizləyə bilmiĢ bu  sərkərdənin, Ģəhəri aldıqdan  sonra, 
gördüyü  tədbirlər  haqqında  əl-Kufinin  əsərində  belə  bir  məlumat  var.  “[Əl-Kufi] 
deyir:  Məsləmə  Ģəhər  divarlarını  dağıtmaq  istədi,  lakin  silahdaĢlarından  biri  ona 
dedi: Bu divarları dağıtma, çox ola bilsin ki, Ģəhərin [qorunması] bizə vacib olsun, 
onda  təzədən  divar  çəkmək  baha  baĢa  gələr.  Həm  də  ki,  biz  istədiyimiz  kimi  onu 
möhkəmlədə  bilmərik.  Məsləmə  dedi:  Sən  haqlısan.  Ancaq  mən  divarları 
dağıdacağıma  and  içmiĢdim,  andımı  poza  bilmərəm.  [Əl-Kufi]  deyir:  [Məsləmə] 


65 
 
divarların  bir  hissəsini  dağıtdı,  qalanına  toxunmadı.  Məsləmə  divarların  sağ 
tərəfdən olan hissəsini dağıtmağı əmr etmiĢdi”. 
IX  əsrin  əvvəllərində  xüsusilə  güclənən  müqavimət  hərəkatı  dövründə  və 
eləcə  də  Azərbaycan  ərazisində  ayrı-ayrı  siyasi  qurumların  yarandığı  sonrakı 
illərdə  də  Ģəhərlərimizin  siması  siyasi  hadisələrin  cərəyanından  asılı  olaraq 
dəyiĢirdi. Bu baxımdan Ġbn Havqəlin məlumatı çox maraqlıdır: “334-cü ildə (945 – 
46)  əs-Salar  Mərzban  ibn  Məhəmməd  ibn  Müsafir  (Salarilər  sülaləsinin  ilk 
hökmdarı – N. V.) Deysəm ibn Sədluyəni (Sacilərin son nümayəndələrindən – N. 
V.)  qəbul  etdiyi  üçün  Ģəhər  əhalisindən  intiqam  məqsədilə  Ərdəbil  divarlarını 
dağıtmıĢdı. Bağlanılan müqavilənin Ģərtinə görə o, özünü haqlı sayırdı. [Mərzban] 
bu  iĢi  Ərdəbilin  tacir  və  hakimlərinin  əlilə  etdi.  Adlı-sanlı  və  dövlətli  adamlar 
məscidə  gedərkən  geydikləri  ipək,  ətirlənmiĢ  və  s.  paltarlarda  [Ģəhər  kənarına] 
gələrək  bel  götürdülər  və  divarı  sökməyə  baĢladılar.  Onlarla  bir  mövqedə  olan 
tacirlər  isə  dağıntıdan  sonra  qalan  palçıq  və  daĢ-kəsəyi  qablarda,  üst  və  alt 
paltarlarının [ətəklərində] daĢıyırdılar...” 
Ġbn Havqəldən bir qədər  əvvəl Azərbaycanda  olmuĢ  əl-Ġstəxri Salarilərdən 
əvvəl,  Sacilər  dövründə  də,  Yusif  ibn  Əbu-s-Sac  tərəfindən  Marağa  Ģəhəri 
divarlarının da xaraba qoyulduğu xəbərini verir. 
Təqribən IX əsrdən baĢlayaraq, nəinki Azərbaycanın, hətta bütün Qafqazın 
ən  böyük  Ģəhəri  mənbələrin  “Arranın  anası”  adlandırdıqları  Bərdə  idi.  Təqribən 
hesablamalara  görə  IX  –  X  əsrlərdə  burada  yüz  minədək  əhali  yaĢayırdı.  Alban 
siyasətinin  siyasi  və  dini  mərkəzi  olan  Bərdədə  ərəb  iĢğalından  əvvəl  Sasani 
mərzbanının  iqamətgahı  yerləĢmiĢdi.  Xəlifə  Osman  dövründə  Ģəhər  ərəblərin 
tabeliyinə  keçdi.  Lakin  hələ  Ġran-Bizans  müharibəsi  dövründə  xəzərlər  tərəfindən 
dağıdıldığı  üçün  Əməvilərin  Arrandaı  ilk  hakimi  Əbdüləziz  ibn  Xatim  Ģəhərin 
yenidən qurulması haqqında əmr verdi. Abbasilərin hakimiyyət baĢına gəlməsi ilə 
Bərdə Xilafətin Cənubi Qafqazdakı inzibati və siyasi mərkəzinə çevrildi. VII əsrin 
II  yarısından  IX  əsrin  ortalarınadək  xəlifə  caniĢinlərinin  iqamətgahı  Ərəb 
Ərminiyəsi vilayətinin mərkəzi Bərdədə yerləĢdirildi. 
Xilafətin  zəifləməsi,  Azərbaycanda  separatist  meyllərin  güclənməsi  ilə 
Bərdə Ģəhəri Xilafətin Cənubi Qafqazdakı inzibati  mərkəzi  statusunu itirir. Lakin, 
bununla belə, Bərdə iqtisadi əhəmiyyətini saxlaya bilir və çox keçmədən Sacilərin, 
942-ci ildən isə Salarilərin əsas Ģəhərlərindən biri olur. 
944-cü  il  Bərdə  tarixinə  ağır  və  müsibətli  illərdən  biri  kimi  daxil  oldu. 
Gəmilərlə Xəzərdən Kür vasitəsilə Bərdəyə gələn ruslar Ģəhərin müdafiəsini təĢkil 
etmiĢ  Salari  Mərzban  ibn  Məhəmmədin  deyləmlilər  və  yerli  könüllülərdən  ibarət 
birləĢmiĢ  qoĢununun  müqavimətini  qıraraq  Ģəhəri  tutmuĢ,  onu  talan  etmiĢ, 
müqavimət  göstərənləri  qılıncdan  keçirmiĢ,  arvad-uĢağı  əsarətə  salmıĢdılar.  Elmi 
ədəbiyyatda  Bərdə  Ģəhərinin  müqəddəratında  həlledici  rol  oynamıĢ  bu  faciə 
haqqında  XI  əsrin  əvvəllərində  yaĢamıĢ  Ġbn  Misqəveyh,  XIII  əsr  tarixçisi  Ġbn  əl-
Əsir,  eləcə  də,  Moisey  Kalankatlı  və  b.  məlumatı  əsasında  Abbasqulu  ağa 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə