NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə34/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   30   31   32   33   34   35   36   37   ...   56

70 
 
düzəldildiyi  bu  məscidin  Ģəhər  “bazarının  arxasında”  yerləĢdiyini  bildirir.  Qədim 
Ģəhərin ərazisində aparılan qazıntılar zamanı arxeoloqlarımız (A. Nuriyev və b.) bu 
sütunlardan  bəzilərinin  özülünü  aĢkar  edə  bilmiĢ,  bununla  da  mənbələrdəki 
məlumatı təsdiqləmiĢlər. 
Xilafətin  müxtəlif  mərkəzlərində  yaĢayıb  fəaliyyət  göstərən,  əslən  bərdəli 
alim  və  yazıçılar  haqqında  Yaqut  əl-Həməvinin,  əl-Xətib  əl-Bağdadinin,  əs-
Samaninin  və  baĢqalarının  məlumatı  da  Bərdənin  elm  və  mədəniyyət  mərkəzi 
olduğunu bir daha sübut edir. 
Ərəb  qaynaqları  Yaxın  ġərqin  və  orta  Asiyanın  iri  mədəniyyət 
mərkəzlərində - Bağdadda, Qahirədə, DəməĢqdə, NiĢapurda, ġaĢda (DaĢkənddə) və 
b.  fəaliyyət  göstərən  neçə-neçə  bərdəlinin  adlarını  çəkirlər.  Onların  əksəriyyəti 
ilahiyyat,  hüquq  ədəb  elmi  (yəni  ədəbiyyat  və  dilçilik)  sahəsində  tanınmıĢ 
mütəxəssislər  idi.  Bunlardan  DəməĢqdə  və  Xilafətin  baĢqa  mərkəzlərində  hədis 
bilici  kimi  tanınmıĢ  Səid  ibn  Əmr  Əbu  Usman  əl-Bərdəi,  Bağdadın  mötəzili 
təriqətinə  mənsub  mötəbər  alimlərindən  olan  Əhməd  ibn  Ömər  Əbu-l-Həsən  əl-
Bərdəi,  müxtəlif  ölkələrin  alimlərindən  dərs  almıĢ,  Bağdad  və  NiĢapurda  böyük 
hörmət  sahibi  olan  Əbu  Bəkir    Əhməd  ibn  Ravh  ibn  Harun  əl-Bərdici  əl-Bərdəi, 
Bağdadın  məĢhur  ilahiyyatçılarından  olan  Əhməd  ibn  əl-Hüseyn  Əbu  Səid  əl-
Bərdəi, gözəl hədis bilicisi, NiĢapur  və baĢqa yerlərdə fəaliyyət göstərən “əl-Hafiz 
əl-abid”    ləqəbli  Əbu  Bəkr  Əbdüləziz  əl-Bərdəi  və  onlarla  baĢqalarının  adları 
məlumdur. 
Arranın böyüklüyünə görə ikinci Ģəhəri ərəblərin Bab əl-Əbvab – “Qapılar 
qarısı”  adlandırdıqları  Dərbənd  idi.  Özünün  siyasi  və  daxili  vəziyyətinə  görə 
ġirvanın  baĢqa  Ģəhərlərindən  fərqlənən  bu  Ģəhər  iĢğalın  ilk  günündən  baĢlayaraq 
xəlifənin  təyin  etdiyi  hərbi  rəislər  tərəfindən  idarə  edilirdi.  Onların  əsas  məqsədi 
Ģimaldan  olan  hücumları  dəf  etmək  idi.  Əməvilər  və  erkən  Abbasilər  dövründə 
Dərbəndlə Xilafətin xüsusi təyinatlı mühafizə qoĢunu fəaliyyət göstərirdi. 
Dərbənd  Xilafətin  Ģimal  ölkələri  ilə  ticarət  mübadiləsində  də  mühüm  rol 
oynayırdı.  ġəhərin strateji və  iqtisadi  əhəmiyyətini  nəzərə  alan  ərəblər onun azad 
Ģəhər-dövlət  statusunu  saxladılar,  Ģəhəri  əmirlər  və  ya  rəislər  Ģurası  idarə  etməyə 
baĢladı.  “Dərbəndnamə”nin  məlumatına  görə  736-cı  ildə, xəlifə  HiĢam dövründə, 
Dərbəndin  hakimi  təyin  edilmiĢ  Əsəd  ibn  Zafir  əs-Suləmi  xəlifənin  ona  qoĢduğu 
dörd  yüz  dövlət  xadimi  (ərkan  əd-dövlə)  və  müxtəlif  ərəb  qəbilələrindən  olan 
adamlarla  birlikdə  bu  Ģəhərə  göndərildi.  ġəhərin  idarəsinə  rəhbərlik  edən  “rəislər 
rəisi”  Ģəhərin  müdafiəsini  təĢkil  etməli,  qanun-qayda  və  təmizliyi  gözləməli  idi. 
Bununla  yanaĢı,  xəlifə  Ģəhər  hakiminin  özünün  də  iĢlərinə  nəzarət  etməyi  lazım 
bilirdi; “Dərbəndnamə”dəki baĢqa bir  məlumata görə, 796-cı ildə Hafs ibn  Öməri 
Dərbənd  hakimi  təyin  edən  xəlifə  Harun  ər-RəĢid  ona  demiĢdi:  “Allahdan  qorx, 
cümə  namazlarını  qılmaq  üçün  [məscidə]  get,  məsləhətsiz  heç  bir  iĢ  tutma, 
Dərbəndin bütün iĢləri sənin əlindədir; əgər sən xəyanətkarlıq etsən, kafirlərə qarĢı 
mübarizədə can yandırmasan və ya xalqı incitsən, mən Dərbənd əhlinə səni yıxmaq 


71 
 
ixtiyarını  verirəm.  Mən  Əbdülməlik  ibn  Əqləbə  sənə  göz  olmağı  tapĢırdım,  onu 
qoĢun baĢçısı və darğa etdim, çünki o, bizim etibar etdiyimiz adamdır”. 
851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və ġirvanı Məzyədilər sülaləsinin 
banisi  Məhəmməd  ibn  Xalidə  iqta  kimi  verir.  869-cu  ildə  dərbəndlilər  HaĢim  ibn 
Suraka əs-Suləmini müstəqil Dərbəndin əmiri seçirlər. 
VIII  əsrin  əvvəlində  Xilafətin  Ģimal  vilayətlərinin  caniĢini  təyin  edilmiĢ 
Məsləmə  ibn  Əbdülməlikin  öz  dövlətinin  buradakı  mövqelərini  möhkəmlətmək 
məqsədilə  gördüyü  tədbirlər  Dərbəndi  ərəblərin  alınmaz  istehkamına  çevirməyə 
doğru  yönəldilmiĢdi.  Əsərində  Azərbaycanın  ərəblər  tərəfindən  iĢğalı  məsələsinə 
geniĢ yer vermiĢ əl-Bəlazuri yazırdı: “Xəbər verirlər ki, Məsləmə Xeyzan əhli ilə 
sülh bağladı
*
 və Ģəhər qalasının dağıdılması haqqında  əmr verdi. O, özünə burada 
indi də “Havz Xeyzan” adı ilə məĢhur olan malikanəni götürdü. Məsləmə ilə dağlı 
hökmdarlar  sülh  bağlayırdı.  Onun  yanına  ġirvanĢah,  LiranĢah,  TabarsaranĢah, 
FilanĢah və CiranĢah, eləcə də Maskatın sahibi gəlib sülh bağladılar. Bundan sonra 
Məsləmə əl-Bab Ģəhərinə hücum edib onu tutdu. Əl-Babın qalasında bu zaman min 
xəzər  ailəsi  vardı.  [Məsləmə]  qalanı  mühasirə  edib,  [daĢatanlar  vasitəsilə]  oraya 
daĢ,  dəmir  tullamağa  baĢladı.  Bundan  kömək  aĢmayanda,  Məsləmə  ƏnuĢirəvanın 
vaxtilə dərbəndlilərin quyusuna çəkdirdiyi bulağın yanına gəldi, mal-qara kəsdirib, 
bağırsaqlarının içindəkiləri və peyini [bulağa] tökdürdü. Heç bir gecə keçməmiĢdi 
ki, Ģəhərdəki su korlanıb iy verməyə baĢladı, içində qurdlar göründü. Bundan sonra 
Məsləmə  ibn  Əbdülməlik  əl-Babu-l-Əbvab  Ģəhərində  24  min  Ģamlı  yerləĢdirdi, 
onlara  yaxĢı  maaĢ  verməyə  söz  verdi.  Ona  görə  də  Dərbənd  əhalisi  bugünkü 
günədək yanında pulu olmayan və [bu pulu] onların arasında bölüĢdürə bilməyən 
heç  bir  hakimə  Ģəhərə  daxil  olmaq  icazəsi  vermirdilər.  Məsləmə  [Ģəhərdə]  ərzaq 
üçün ambar tikdi, bundan əlavə arpa və silah üçün [baĢqa] ambarlar tikdirdi; Ģəhər 
[su]  çənini  təmizləmək  əmrini  verdi;  Ģəhərdəki  dağıntıları  abadlaĢdırıb  onu 
bəzədi”. 
Dərbənd  o  dövrdə  Xilafətin  Ģimal  sərhədlərini  qoruyub  mühüm  qala 
olmaqla yanaĢı Xəzər dənizinin ən böyük limanlarından idi. X əsr ərəb səyyahları 
əl-Ġstəxri  və  Ġbn  Havqəlin  Dərbənd  haqqında  yazdıqları  bu  Ģəhər  haqqında 
təsəvvürümüzü  zənginləĢdirmək  baxımından  maraqlıdır:  “Bab  əl-Əbvab  sahil 
Ģəhəridir. Ortasında gəmilər üçün liman vardır. Bu liman ilə dəniz arasında, hər iki 
yandan  qoĢa  divar  çəkilmiĢdir.  Belə  ki,  gəmilərin  giriĢ  yolu  dar  və  çox  girintili-
çıxıntılıdır.  GiriĢ  [Tir  və  Beyrut  Ģəhərlərində  olduğu  kimi]
**
  zəncirlənmiĢdir, 
[üstündə  qıfıl  asılmıĢdır,  açarı  dənizdəki  vəziyyətə  nəzarət  edəndədir].  Heç  bir 
gəmi icazəsiz buraya nə daxil olur, nə də çıxır. Hər iki divar daĢ və qurğuĢundan 
hörülmüĢdür.  Bab  əl-Əbvab  Təbəristan  dənizinin  sahilindədir.  ġəhər  ərdəbildən 
                                                           
*
  Ərəb  mətnlərində  iĢlədilən  Xeyzan  (bəzən  isə  Cidan  və  s.)  əvəzinə,  V.  Minorskinin  haqlı  rəyincə, 
Xeydak-Kaytak olmalıdır. Bu dağ xalqı Dərbənddən Ģimalda yaĢayırdı. 
**
 Böyük mötərizədəki sözlər Ġbn Havqələ aiddir. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə