NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə35/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   31   32   33   34   35   36   37   38   ...   56

72 
 
böyükdür. Buranın çoxlu əkin torpaqları var, lakin baĢqa nahiyələrdən gətirilməsə - 
meyvəsi azdır. ġəhərin ətrafına daĢ, kərpic və palçıq divarlar çəkilmiĢdir. Bu Ģəhər 
Sərir  və  kafirlərin  baĢqa  ölkələrinin  Xəzər  dənizində  limanıdır.  Bura  Curcan, 
Təbəristan  və  əd-Deyləmin  də  limanıdır.  Buradan  kətan  paltarlar  ixrac  edilir. 
Arran, Ərminiyə və  Azərbaycanda bundan baĢqa heç yerdə kətan paltarlar olmur. 
Burada  zəfəran  da  yetiĢdirilir.  Əl-Babda  kafir  ölkələrdən  olan  qullara  da  rast 
gəlmək olur”. 
O dövrdə Azərbaycanı gəzmiĢ ərəb səyyahları Arranın üçüncü böyük Ģəhəri 
kimi  Tiflisin  adını  çəkirlər.  Müsəlman  Cəfərilər  sülaləsinin  tabeliyində  olan  bu 
gürcü  Ģəhəri  haqqında  əl-Ġstəxri  yazırdı:  “Tiflis  böyüklükdə  Bab  əl-Əbvab  kimi 
deyil,  onun  ətrafında  palçıqdan  iki  divar,  divarda  isə  üç  darvaza  var.  Bura  çox 
məhsuldar,  meyvəsi  və əkin torpaqları bol yerdir. [Tiflis] sərhəd  yerdir... Arranda 
Bərdə, əl-Bab və Tiflisdən böyük Ģəhər yoxdur”. 
Ərəb iĢğalı dövründə Cənubi Azərbaycanın ən böyük və əsas Ģəhəri Ərdəbil 
idi.  VII  əsrin  ortalarında  baĢ  verən  hadisələri  qələmə  alan  əl-Bəlazuri  yazırdı: 
“Xəlifədən  [hücum]  əmri  alan  Huzayfa  Azərbaycanın  baĢ  Ģəhəri  Ərdəbilə  yola 
düĢdü; əhalidən vergi toplayan [Sasani] mərzbanının iqamətgahı da burada idi”. 
Ġlk vaxtlar ərəblər bu Ģəhərin siyasi və inzibati mərkəz statusunu saxladılar, 
hətta  xəlifə  Əli  dövründə  Azərbaycan  hakimi  təyin  edilmiĢ  əl-ƏĢas  ibn  Qeys 
dövlətin  təminatı  hesabına  yaĢayan  ərəbləri  Ərdəbilə  köçürmüĢ,  bu  Ģəhəri 
abadlaĢdırmıĢ,  burada  məscid  tikdirmiĢdi.  Lakin  ərəb-xəzər  müharibələrinin 
baĢlanması ilə Ərdəbil və onun ətrafları da gərgin döyüĢ meydanına çevrildi. 730-
cu  ildə  xəzər  xaqanının  oğlu  Bars-bəy  (mənbələrdə  onun  adının  baĢqa  yazılıĢı  da 
var:  Bərcik,  Bərcil  və  s.)  Azərbaycanın  bir  çox  Ģəhər  və  kəndlərini  ələ  keçirtmiĢ, 
Ərdəbili  də  mühasirəyə  almıĢdı.  Əl-Kufi  bu  barədə  yazıb:  “xəzərlər  Ərdəbilə 
hücum  etdilər.  Ərdəbil  əhli  gecə-gündüz  müdafiə  olunurdu.  Lakin  mühasirənin 
uzanması,  köməyin  isə  gəlib  çıxmaması  Ģəhərin  təslim  edilməsinə  səbəb  oldu. 
Xəzərlər  qılınc  gücünə  Ərdəbil  Ģəhərinə  girdilər.  Onlar  Ģəhərin  bütün 
müdafiəçilərini  qırdılar,  qadınları,  uĢaqları,  Ģəhərdə  olan  hər  Ģeyi  ələ  keçirdilər. 
Sonra  [xəzərlər]  Ərdəbilin  nahiyələrinə  səpələndilər,  bu  [yerləri]  tutdular, 
[əhalisini] öldürdülər, [hər Ģeyi] talan etdilər, yandırdılar, zor iĢlətdilər”. Sonradan 
Ərdəbil  yenidən  ərəblərin  əlinə  keçdisə  də,  çox  keçmədən  yerli  əhalinin  hakim 
üsul-idarəyə  qarĢı  mübarizə  mərkəzinə,  IX  əsrin  əvvəllərində  isə  xürrəmilərin 
fəaliyyət  dairəsinin  mərkəzinə  çevrildi.  Buna  görə  də  Xilafətin  Azərbaycan 
vilayətinin paytaxtı qədim Ģəhər olan Marağaya köçürüldü. 
Arxeoloji tapıntılara görə tunc dövründə yaĢayıĢ məskəni olan Ərdəbil (bu 
haqda  Tehrandakı  “Ġran-e  Bastan”  muzeyinin  “Ərdəbil  tapıntıları”  bölməsində 
material  toplanıb)  ərəb  mənbələrindəki  gümanlı  məlumata  görə  Sasani  ĢahənĢahı 
Peroz  (Firuz,  459  –  484)  tərəfindən  saldırılmıĢ,  ilk  adı  Bazan-Firuz  olmuĢdur 
(Yaqut:  “deyirlər  ki,  [Ərdəbilin]  əsasını  hökmdar  Firuz  qoydurmuĢ,  onu  Bazan 
Firuz adlandırmıĢdır”). 


73 
 
IX  əsrin  sonları  –  X  əsrin  əvvəllərində  Yusif  ibn  Əbu-s-Sac  Ərdəbili  öz 
dövlətinin  əsas  Ģəhəri  etdiyi  üçün  artıq  X  əsr  ərəb  səyyahları  bu  Ģəhəri  Cənubi 
Azərbaycanın  paytaxtı  adlandırırlar.  Ġbn  Havqəl  bu  barədə  yazır:  “Hal-hazırda 
[Cənubi]  Azərbaycanın  ən  mühüm  vilayəti  və  böyük  Ģəhəri  Ərdəbildir.  Hərbi 
düĢərgə  və  hökmdarlar  sarayı  buradadır.  Bu  Ģəhərin  sahəsi  30  kv.  fərsəxdir. 
Tikintilərin  çoxu  palçıq  və  biĢmiĢ  kərpicdəndir...  ġəhərin  havası  saf,  satıĢ 
qiymətləri  ucuzdur.  Onun  böyük  rustaq  və  mahalları  var,  yaxınlığında  Sabalan 
(Savalan) adlı dağ ucalır... ġəhər çox gözəldir. Ġçərisindən çaylar axır, su quyuları 
vardır. Çörək isə demək olar ki, həmiĢə bol olduğundan 1 dirhəmə 50 lavaĢ almaq 
olar,  ətin  15  mannını  (1  mani  təqribən  831  q.  –  N.  V.)  1  dirhəmə  verirlər.  Bal, 
ərinmiĢ yağ, yarma, qoz-fındıq, kiĢmiĢ və bütün baĢqa yeməli Ģeylər çox ucuzdur, 
demək  olar  ki,  havayı  verirlər.  Ucuzluğu  ilə  ĢöhrətqazanmıĢ  bir  çox  baĢqa  yerlər, 
xətrin  istədiyin  hər  Ģeyin  bolluğu  və  yaxĢı  yaĢamaq  imkanına  görə  [Ərdəbilə] 
güzəĢtə gedirlər”. 
X  əsrin  sonlarına  yaxın  Ərdəbildə  olmuĢ  əl-Müqəddəsi  də  buradakı 
bolluqdan, ümumi rifahdan danıĢsa da, görünür, subyektiv təsərrüfatın təsiri altında 
Ģəhər  əhalisinin  “məkrli  və  diqqətsiz”,  baĢqa  məzhəbdən  olanlara  qarĢı  “etinasız 
olmalarından” Ģikayətlənir. 
1220-ci ildə, monqol hücumu ərəfəsində Ərdəbildə olmuĢ Yaqut əl-Həməvi 
onu  “çox böyük Ģəhər”  adlandırır. O  yazır:  “Mən oradan getdikdən sonra  tatarlar 
(monqollar – N. V.) [Ərdəbilə] hücum edib, onun [əhalisini] məhv etdilər. Onlarla 
əhali arasında baĢ verən döyüĢlərdə [ərdəbillilər] özlərini çox yaxĢı müdafiə edib, 
iki  dəfə  tatarları  geri  ata  bilmiĢ,  üçüncü  dəfə  zəiflədikləri  üçün  [tatarlar]  onlara 
üstün gəlmiĢ, zor gücünə [Ģəhəri] fəth etmiĢ, müsəlmanların üstünə atılaraq, onları 
öldürmüĢdülər.  [ġəhər  əhalisindən]  onların  gözünə  sataĢan  hər  bir  kəs  canını 
qurtara  bilmədi;  Yalnız  gizlənə  bilənlər  [qaldılar].  Tatarlar  Ģəhəri  ağlagəlməz 
dərəcədə  dağıtdıqdan  sonra  çıxıb  getdilər.  [ġəhər  bir  müddət]  belə  dəhĢətli 
vəziyyətdə, adamsız qaldı. Lakin indi əvvəlki halına qayıtmıĢ, hətta ondan da yaxĢı 
olmuĢdur. O  [indi] tatarların əlindədir”. 
Ərdəbilin monqol dağıntısından sonra bərpası haqqında, Yaqutun, Ģübhəsiz, 
baĢqalarından eĢitdiyi bu məlumat son XarəzmĢah Cəlaləddin Mankburninin həyat 
yolunu  iĢıqlandırmıĢ  Ģəxsi  katibi  ġihabəddin  ən-Nəsəvinin  sözləri  ilə  də  təsdiq 
olunur:  “Sultan  [Cəlaləddin]  həmin  il  (yəni  1227-ci  il  –  N.  V.)  Ġraqa  gəldikdə
*
 
[Beyləqan  və  Ərdəbil]  Ģəhərlərini  elə  bir  halda  gördü  ki,  onların  təzədən 
məskunlaĢmasına heç bir ümid yeri yox idi... ġərəfülmülk (sultanın vəziri – N. V.) 
bu Ģəhərləri öz  mülkü etdi... elə  həmin il onların  ətrafına  kərpic  divarlar çəkdirdi 
ki,  rəiyyət  hər  iki  Ģəhərə  qayıtmaq  istəsin.  Tezliklə  bu  Ģəhərdəki  tikililər 
                                                           
*
 Böyük Səlcuq dövləti parçalandıqdan sonra Azərbaycan da, Cənubi Qafqazdakı baĢqa vilayətlər kimi, 
Ġraq Səlcuq sultanlığı tərkibinə daxil edilmiĢdi. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə