Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə39/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

154 
 
 
Həyatda öz evin, öz daĢın olsun. 
ÇalıĢ pak ürəyin sirdaĢın olsun. 
Fikirdə, əməldə öz baĢın olsun, 
Heç yerdə, heç zaman ələ oynama. 
 
ĠĢində usta ol, el desin ―Əhsən!‖ 
Qansızlıq eləmə, sən ol qankəsən. 
Gündə bir səmtə dəyiĢib əsən 
Küləyə oynama, yelə oynama. 
 
Göylərə səs salma boĢ gümbül kimi. 
Əyilmə ayağa bir sünbül kimi. 
Nəğməsi dəyiĢməz bir bülbül kimi 
Hər bahar bir yeni gülə oynama. 
 
Qəlbində müqəddəs mələyin olsun. 
Əlində bir Simürq lələyin olsun. 
Vicdanın dəyiĢməz diləyin olsun, 
DəyiĢən aylara, ilə oynama. 
 
GünəĢ yox, ulduzlar oyatsın səni. 
Meydana əqidən qoy atsın səni. 
Namiq, öz qılıncın oynatsın səni, 
Mizraba oynama, telə oynama. 
 
                                                  DAġ 
Dənsiz dəyirmandır fikirsiz beyin-- 
Hər kəs bir baĢ ilə gəlir dünyaya. 
Müqəddəs saymıĢıq biz Kəbə evin-- 
Mərhəmət daĢ ilə gəlir dünyaya. 


155 
 
 
Çəkər xəyalları arzular hara?! 
Qurular qiyamət necə canlara... 
Qəlbləri, gözləri ac insanlara 
Ölümlər aĢ ilə gəlir dünyaya. 
 
Namərdlər mərdlərdən çox olur nədən, 
Günbəgün qürbətə çevrilir vətən?! 
Yalanlar quyruqlu doğulur həmən
Həqiqət faĢ ilə gəlir dünyaya. 
 
Namiq, azadlığa qənimdir həyat. 
Qüdrətə baĢ əyib bütün kainat. 
ġahlıq əleyhinə oyundur Ģahmat-- 
Qələbə Ģah ilə gəlir dünyaya. 
            PS: tələbə yoldaĢım Hikmət Ġsmayılov üçün. 
 
 
                                                           
KĠMƏ NƏ?!. 
                                          
   Bir ömür verilir hər bir insana, 
Kim necə yaĢayır--bu öz iĢidir. 
Bir könül verilir hər bir insana
Kim necə daĢıyır--bu öz iĢidir. 
 
Bir müsafir kimi gəldik cahana, 
Nə arzuya sığdıq, nə də zamana. 
Bir addım verilib hər bir insana, 
Kim necə baĢlayır--bu öz iĢidir. 
 
Ömür həm mərsiyə, həm də qəzəldir. 
Həyat gül üzlü yar, həm də əcəldir. 


156 
 
Allahın verdiyi hər Ģey gözəldir, 
Kim nəyi xoĢlayır--bu öz iĢidir. 
 
Namiq, dərdi-səri alma vecinə. 
QoĢul hər payızın yarpaq köçünə... 
Əbədi deyildir ömürdə hüç nə: 
Kim nəyi boĢlayır--bu öz iĢidir. 
PS:tələbə yoldaĢım Nizami Cəfərov üçün. 
 
 
                AZADLIQ 
Bu dünya taleyin məhbəs divarı: 
Qapısı bağlıdır nifrətlə, kinlə. 
Sındırıb qapını çıxdım dıĢarı: 
Üfüqlər əl verib görüĢdü mənlə.   
 
 
                                      KÖLƏLƏR  və  AZADLAR 
Fərman kölə etmir-- əsl kölələr 
                                             
Qoxudan bağırı yarılanlardır. 
Ruhu--qul, varlığı – qara kölgələr, 
Həyatçın ayağa sarılanlardır. 
 
Qul kimdir?--bilsin ki, dilin yeyənlər: 
Qul deyil savaĢda kəfən geyənlər! 
Qul--zülmə, zalıma boyun əyənlər
Zəfərə ümidi qırılanlardır. 
 
XoĢbəxtlər güləndə gözündən gülər. 
Gülün bahar eĢqi daĢları dələr. 
Ġgidlik alnından gülləyə gələr, 
Kölələr kürəkdən vurulanlardır. 
 


157 
 
Azaddır--  əməli, sözü  doğrular. 
Azaddır--  Vicdanı gül qoxulular. 
Azaddır--meydanda  Qoç Koroğlular. 
Kölələr--savaĢdan yorulanlardır. 
 
Azadlar--adının üstə duranlar, 
Ürəyi  Kəbədə dövrə vuranlar!! 
 Kölələr-- əmrlə yatıb duranlar, 
 Zamanı əl ilə qurulanlardır. 
 
 
       QIZIL QARANLIQ 
Məhəmməd Hadiyə ithaf edirəm.      
( Əsərin ilk variantı tələbəlik illərində (1980) 
 yazılıb. Bu Ģeir KQB-yə satqınlıq  edən tələbə  
―yoldaĢ‖ın üzündən  həbsimə saniyələr 
qala komsomol katibi Vahid Hacıyevin 
 köməyi ilə fakültə divar qəzetindən çıxarılmıĢ,  
yerinə formacaeyni, məzmunca baĢqa Ģeirimlə 
 əvəzlənmiĢdir. ġübhəsiz ki, sabiq tələbə dostlarım   
sonralar irəli gedən belə nakiĢiləri indi məndən  
daha yaxĢı tanıyarlar.) 
 
 
Əcəlin atdığı bir böyük tora 
Hamı düĢəcəkdir haçansa tək-tək. 
Həyat baĢdan-baĢa dönsə də xora, 
 Tək Solo oxuyur sinəmdə ürək... 
 
Qəbir tənhalığı var bu dünyada, 
Qopsa da yüz məhĢər VĠCDAN oyanmaz. 
Soyuq nəzər salır hamı həyata, 
Kimsənin ürəyi kimsəyə yanmaz. 
 


158 
 
Alimlər yalançı, kitablar saxta, 
Axtarmam dünyada boĢ həqiqəti. 
Ey könül, hamıdan dayan qıraqda, 
Uzaq tut özündən qəlp cəmiyyəti. 
 
Tənhalıq içindən açılır sabah, 
Tənha ürəklərdə mənalar yatır. 
Təntənə giclərə gərəkdir ancaq, 
Ağıl tənhalığa doğru can atır. 
 
Yoxdur ətrafımda dostum, qardaĢım, 
Bu qırmızı dünya yalnız ilğımdır. 
Taleyim-- tarixə yağan göz yaĢım, 
 Vətənim-- əbədi tənhalığımdır. 
 
 
                                    ANALARIN QARTAL TALEYĠ 
                                      Allah yollarını bağlayar hər an 
Ana ürəyinə toxunanların. 
Dəyəri artıqdır min-min kitabdan 
Ana  gözlərində oxunanların. 
 
Qəlbinə dəymiĢəm bilmədən sənin, 
Mən göz çəkməyirkən övladlarımdan... 
Ay ana, ağırdır bir anlıq qəmin 
Mənim bir dünyalıq intizarımdan. 
 
Görürəm gözündən giley oxunur: 
Nədən qəlb sözünü dilin söyləmir? 
Nəvə soyuqluğu sənə toxunur-- 
Könlün istəyəni gəlin söyləmir... 


159 
 
 
Bu da bir həyatdır, ay əziz ana
Hər meyvə budaqdan bir gün qopacaq. 
Səni dəyiĢmərəm bütün cahana, 
Balamçın yarpaqtək əsirəm ancaq. 
 
Sən məni uçurdun bir qartal kimi, 
Həyatın ən uca zirvələrindən. 
Üfüqdə gəzirsən hər bir izimi, 
Duyub anlayıram səni dərindən. 
 
Ġndi o göydən çox Yer çəkir məni
Vətəndə balaca yuva qurmuĢam. 
Balama baxanda görmürəm səni-- 
Elə bil sərhəddə əsgər durmuĢam. 
 
Mənə tapĢırılıb bu kiçik vətən, 
O, sənin qəlbinin bir parçasıdır. 
Aldıq estafeti bir-birimizdən, 
Nəvələr zirvəyə yol açasıdır. 
 
Ana, nəvələrdir o qartal gücün-- 
Onlar həm də mənim üfüqlərimdi: 
Qartal ruhumuzu yaĢatmaq üçün 
Ömrün zirvəsinə uçurlar indi.   
 
 
                 ZƏFƏR  NƏĞMƏSĠ 
Oyun  üzərində  qurulub həyat, 
Tale uduzanın üzünə gülməz. 
Oyunda sevinc var, həm də ki nifrət, 
Bir kimsə oyunun sonunu bilməz.  


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə