8
mizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir ki, bu
da hər bir şəxsin öz sahəsində narkomaniya və narkobiznesə qarşı
vicdanla mübarizə aparması nəticəsində mümkündür.
Narkomaniya bəlası təkcə paytaxtımızla məhdudlaşmır. Ən
ucqar əyalətlərimizdə belə bu bəlanın əlamətləri artmaqdadır. Sta-
tistik məlumatlara görə son illərdə respublikanın Cənub zonasında
narkomanların sayı çoxalmağa başlamışdır. Azərbaycan Respub-
likası Gənclər və İdman Nazirliyinin 2011-ci ilin iyul ayında ver-
diyi statistikaya əsasən Azərbaycanda təqribən 24 mindən çox
narkoman qeydiyyata alınmış, onların təqribən 6 min nəfəri gənc,
70 faizi isə dispanser uçotundadır. Bu statistika, əsasən iki mənbə-
dən əldə edilib - hüquq-mühafizə orqanlarında cinayət əməlinə
görə və Səhiyyə Nazirliyində müalicə üçün qeydiyyata düşən
narkotik istifadəçilərinin sayını ümumiləşdirməklə. Ancaq, eks-
pertlərin fikrincə, bu rəqəm gerçəkliyi əks etdirmir. Çünki, narko-
manların heç də hamısı qeydiyyata düşmür.
Əlbəttə, bir sıra başqa
dövlətlərlə müqayisədə respublikamızda narkotizm o qədər də
dəhşətli şəkil almamışdır. Lakin yaddan çıxartmamalıyıq ki, nar-
komanlıq yoluxucu xəstəlikdir, üstəlik də QİÇS-ə aparan bir yol
kimi, gizli şəkildə, sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir.
Son illər respublikamızda narkotik vasitələrə və bihuşedici
maddələrə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh
olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatlar da
fəallığı xeyli artırmışdılar. Bununla yanaşı, Azərbaycanda narko-
maniyaya qarşı mübarizə üzrə maarifləndirmə işlərinin səviyyəsi
də artırılmalıdır. Narkotiklərdən istifadənin təhlükəli nəticələri
üzrə maarifləndirmə lazımi səviyyədə aparılmadığından, ölkədə
narkomaniya “cavanlaşır”. Bu istiqamətdə maarifləndirmə nəinki
Bakıda, həm də ölkənin regionlarında aparılmalıdır.
9
Azərbaycan Respublikasının narkomaniya və
narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi
tədbirlər
Ümummilli lider H.Əliyev cənabları, hələ 2000-ci il iyul
ayının 5-də BMT Baş Katibinin müavini Pino Arlakki ilə
görüşündə demişdir: “Narkotiklərlə mübarizə sahəsində biz bir
çox tədbirlər görmüşük... Azərbaycan, coğrafi vəziyyətinə və
mövqeyinə görə narkotiklərin Əfqanıstandan, Mərkəzi
Asiyadan Qərbə, həm də İrandan Şimala, Qərbə daşındığı
yolun üzərində yerləşir. Biz bunu bilirik, nəzərə alırıq, lazımı
tədbirlər görürük... Ancaq biz arxayınlaşmırıq, həmin
kanalların qarşısını almaq üçün daim lazımi tədbirlər görürük
və görəcəyik. Biz nəinki narkotiklərin daşınması üçün tranzit
ölkə kimi bununla mübarizə aparırıq, eyni zamanda istəyirik ki,
ölkəmizin vətəndaşları arasında narkotik vasitələrdən istifadə
yayılmasın...”
Narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə müba-
rizənin tərkib hissəsidir. Buna görə də indi dünyada, o cümlə-
dən Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə
mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni
münasibət yaranmış və formalaşmışdır.
Ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizə onun
ərazi bütövlüyünün, suverenliyinin bərpası, qorunub saxlanma-
sı və mühafizəsi, beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil
cinayətkarlıqla mübarizənin həyata keçirilməsi zərurətindən
irəli gəlir. Bu sahədə ölkədə lazım olan normativ-hüquqi baza,
müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar
hazırlanıb həyata keçirilmişdir.
Bu gün bütün dünyada narkotizmin yayılmasının qarşısının
alınmasında dünya dövlətləri BMT-nin qəbul etdiyi üç əsas
Konvensiyanın (1961, 1971 və 1988-ci illər) ətrafında sıx birlə-
10
şərək vahid mübarizə metodları hazırlamaqla bu dəhşətli bəla-
nın qarşısının alınmasında birgə səy nümayiş etdirirlər.
Müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildən çox-
dur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə
birgə bu problemin həlli yolunda ardıcıl və məqsədyönlü
addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın
qarşısının alınması sahəsində müxtəlif istiqamətli işlər həyata
keçirilmişdir. Bunların bəzi mühüm məqamlarını göstərmək
yerinə düşərdi.
1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hü-
quqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında”
BMT-nin 1988-ci il konvensiyasına qoşulmuşdur.
Ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdöv-
lət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da “Narko-
manlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə tədbirləri haqqında” müvafiq fərman imzalamış və
problemin həlli üçün keçirilən tədbirlər keyfiyyətcə yeni mər-
hələyə qədəm qoymuşdur. Bu fərman əsasında ölkəmizdə
2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyası yaradılmışdır.
1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Hey-
dər Əliyev BMT-nin Yaxın və Orta Şərqdə Narkotiklərin Qa-
nunsuz Dövriyyəsinə Nəzarət üzrə Yardımcı Komissiyasının
32-ci sessiyasında çıxış edərək Azərbaycan Respublikasının bu
problemin həllində ardıcıl addımlar atacağını və dünya ictima-
iyyəti ilə bu məsələdə bir yerdə olacağını bir daha bəyan
etmişdir.
Dostları ilə paylaş: |