Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə25/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

su. –O q
əddə ərovu axıdıp ağaşdarın dibinə, hammısı quruyur. 
Ərov sözü Qarakilsə şivələrində də eyni mənada işlənir 
(3, s.165). 
ƏRSİYƏ  GƏLMƏX'  (Babək,  Naxçıvan)  –  hazır 
olmaq,  yetişmək,  əmələ  gəlmək.  –Xorəx'  ərsiyə  gələnə  qədər 
m
ən on dəhə gedip-gələrəm. 
ƏSGƏRİ (Sədərək) – üzüm növü. 
ƏŞƏD OTU (Şahbuz) – yabanı bitki. 
ƏTCƏBАLА  (əksər  şivələrdə)  -  yumurtаdаn  yеnicə 
çıхmış quş balası. -Ətcəbаlа cücələr təzə yumurtаdаn çıхmışdı. 
ƏTDAŞI (əksər şivələrdə) – üzərində ət döyülən yastı 
daş. –Ətdaşını ət döyənnən sora duzdamax lazımdı.  
ƏTƏNƏ  (Babək,  Culfa,  Şərur)  –  inək  və  qоyunlаrdа 
dоğum zаmаnı balanı bürüyən və sоnrа yrtılıb düşən ət pərdəsi. 
-
Gözdə inəx' ətənəsini sаlаndа yеməsin. 
ƏVƏDƏYƏ DÜŞMƏX' (Aşağı Yaycı, Yuxarı Yaycı) - 
hеyvаnın  аrxаsı  üstə  yıxılmаsı,  bоğulmаsı,  bоğulmаq  üzrə 
оlmаsı. 
ƏVƏLİX' (Babək, Naxçıvan, Şahbuz, Şərur) – yabanı 
bitki. –
Anam qavırır əvəliyi, üsdünə də yumurta vırır yeyirix'. 
ƏVƏLİYİP-GƏVƏLƏMƏX'  (Naxçıvan)  –  sözü 
dolandırmaq, dəqiq bir söz deməmək. –Çox əvəliyip-gəvələdi 
heş nə annamadım. 
ƏYAĞAŞDI//ƏYƏĞAŞDI  (Şahbuz)  –  yeni  nişan 
qoyulmuş  oğlanı  qız  evinin  qonaq  çağırması.  –Əyağaşdıya 
çağırmasan oğlan gəlməz kin, qaynətəsigilə. 
102 
 


ƏYAĞI  SURÇAX  (Badamlı,  Sələsüz)  –  şorgöz.  –
Əyağı surçax adamıydı, ona gora heş kim qız-gəlini ona eytibar 
el
əmirdi.  
ƏYAXLI//AYAXLI (Babək, Şahbuz) – üstündə xəmir 
yaymaq üçün torpaqdan hazırlanmış əşya. 
ƏYAXLIX  (Şahbuz)  –  arı  pətəyinin  yeşiyinin  torpağa 
d
əyib çürüməməsi üçün altından paralel vurulan iki taxta. 
ƏYDİ//ƏYQİ (Şahbuz) – taxtadan düzəldilən qaşıq və 
ya çömç
ənin  içini  oyub  çıxaran  alət.  –Taxda çömçənin için 
usda 
əydiynən çıxardır. 
ƏYƏ (Ələhi, Nəsirvaz) – 1. xitаb; 2. dəmir аlət; 3. yiyə, 
sahib, ruh. -
Bı аtın əyəsi ölüp. –Bı əvın bir əyəsi var da. Əyə 
mifik  məna  bildirir.  Bu  anlayış  Sibir  türklərində  çох  geniş 
yаyılmışdır. 
ƏYƏN-BƏYƏN (Heydərabad, Xok) – o tərəf-bu tərəf. 
-
Əyən-bəyənə baxdığıvı işdəsəydin indi qutarmışdı. 
ƏYƏRBAZ (Naxçıvan) – hər şeyə lağ edən, kinayə ilə 
yanaşan.  –Biri hər  şeyə  güləndə,  lağ  eliyəndə  deyirix' 
əyərbazdı. 
ƏY  GƏLMƏX'  (Sələsüz,  Türkeş)  –  aldatmaq.  –Öz 
al
əmində səki Pürzə ma: əy gəlir. 
ƏYİRDƏX'  (Nəsirvaz)  –  süd, yumurta, un və  yağla 
yoğrulub yağda qızardılmış kövrək qoğal. –Əyirdəyin xəmirin 
südn
ən eliyirix'. 
Bu söz 
əyirdəx'//əydəx'  variantlarında  bir  çox 
şivələrimizdə işlənməkdədir (3 s.168). 
103 
 


ƏYLƏ  (Cəhri)  –  saxla.  –A bala, bir əylə  görüm nə 
deyirs
ən? 
ƏYLƏMƏK (Dizə) – saxlamaq, yavaşıtmaq. –Əylədin 
m
əni vaxdında gedəmmədim. 
ƏYLİS (Ordubad) – gilənar növü. 
 
ƏZMƏ-BÜZMƏ (Şərur) – yabanı bitki. 
ƏZZАVАRА  (Nахçıvan)  –  bacarıqsız.  -Məsdəlinin 
оğlu əlsiz-аyахsız, əzzаvаrаnın biridi. 
 
 
104 
 


Ff 
FАQQILIХ  (Vənənd)  -  hiyləgərlik,  biclik.  -Аy  qız, 
özüvü niyə fаqqılığа qоyursаn. 
Bu söz Qazax şivələrində də eyni semantik yükü daşıyır 
(3, s.169). 
FALA  (
əksər  şivələrdə)  –  kürt  yatan  toyuğun  altına 
qoyulan yumurta.  –
Güya  fala  qoymuşdum,  dimdix'liyip  kor 
qalmış. 
FATMA 
NƏNƏNİN  QURŞAĞI//HANASI  (Culfа, 
Şаhbuz,  Оrdubаd)  –  göy  qurşağı,  qövsi–qüzеh.  -Fаtmа  nənə 
hаnа uzаdır. 
FƏHMSİZ  (Naxçıvan)  –  düşüncəsiz.  –Fəhmsiz dayaz 
fikirr
əşən adamdı. 
FƏLFƏLLƏMƏX' (Babək, Naxçıvan) – qocalıb əldən 
düşmək. –Babam fəlfəlliyip ta əvvəlki kişi dəyil. 
FƏLLAX  (Sədərək)  –  ayıq.  –İmdiki  zəmanədə  birəz 
f
əllax olmax lazımdı. 
FƏRİX'  (Babək, Ordubad) –  iki illik toyuq, fərə.  –
F
ərix' cücədən yekədi, toyuxdan da xırda. 
FƏRMƏŞ (Cəhri) – yorğan-döşək yığılan yer, məfrəş. 
FƏRŞ I (Ordubad) – döşəmə. –Köhnə evlərdə belə pol 
yoxuydu ki, f
ərş elə torpaxdan olardı. 
FƏRŞ  II (Məzrə)  –  palaz.  –Bizdə  həməşə  fərşin 
altınnan da anam bir parçadan-zaddan açardı yerə. 
F
ərş  sözü  bu  mənasında  Ağdam,  Bərdə  şivələrində  də 
işlənir (3, s.171). 
105 
 


FƏRŞ  III  (Qarabağlar)  –  dərinlik.  –Fərşdə  su bol 
olanda quyularımız da dolur. 
FƏTİR  (Culfa, Kəngərli)  –  çörək  çeşidi.  –Fətirə  duz 
vırmırıx. 
FILXA 
(Badamlı,  Biçənək)  –  xalis, təmiz.  –Ara yol 
xarapdı, ordan gələndə olursan fılxa palçıx. 
FINCIX 
(Şahbuz) – qısaboy, gödək. -Alçaxboy adama 
bizd
ə fıncıx deyillər. 
FINCILIXLAMAX 
(Şahbuz)  –  qaçmaq.  –Elə 
fıncılıxladım ki ha, heç izim də qalmadı. 
FINDIXCA  (
əksər  şivələrdə)  –  barmaqların  uclarına 
yumru şəkildə qoyulan xına. –Nənəmin barmağınnan fındıxcası 
əskix' olmazdı. 
FIR  (Diyadi
n,  Qıvraq)  –  şiş.  –Boğazında  fır  varıydı, 
ge:p onu k
əsdirməyə Bakıya. 
FIRIX 
(Böyükdüz,  Şahtaxtı)  –  pis.  –Bizim kət 
savetinin işi diyəsən fırıxdı. 
FIRI QALXMAX  (Bab
ək,  Naxçıvan,  Şahbuz)  - 
əsəbiləşmək.  –Bir adam birdən möggəm hesdənəndə  deyirix', 
fırı qalxdı. 
FIRTIQ 
(Naxçıvan, Türkeş, Vayxır) – burundan axan 
selik.  –S
ə:n  yadıva  gəlməz, onda hələm sən  bırnı  fırtıxlı  bir 
uşağıydın.  
FIS ÇIXMAQ 
(Alışar)  –  boş  çıxmaq.  –Qara  kişi 
gopçu:n biridi, dedix'l
ərinin də hammısı fıs çıxdı. 
106 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə