Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə2/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   2   3   4   5   6   7   8   9   ...   63

v
ə  Dərbənd dialektlərindən bəzi nümunələr  vermişdir.  Azər-
baycan dilinin dialekt v
ə  şivələrinin tədqiqinə  həsr  olunmuş 
ayrıca  tədqiqat  əsərini isə  N.Aşmarin  1926-ci ildə  nəşr  etdir-
mişdir. Belə ki, onun “Nuxa şəhəri türk şivələrinin ümumi ic-
malı”  adlı  əsəri dialektoloji tədqiqatların  tarixində  ilk mono-
qrafik 
əsər sayılır. Aşmarinin ümumi rəhbərliyi altında yerlərə 
gönd
ərilən proqram və təlimat əsasında 1930-cu ilə qədər Nax-
çıvan bölgəsi də daxil olmaqla Azərbaycanın müxtəlif dialekt 
v
ə şivələrinə aid 60 minə yaxın leksik vahid toplanmışdır. Top-
lanan materiallar 
əsasında  “Azərbaycan  türk  xalq  şivələri lü-
ğəti” adlı əsərin birinci cildi (A hərfi) və ikinci cildi (B hərfi) 
1930-cu ild
ə  nəşr  olundu.    XX  əsrin 30-cu illərində  ilk elmi 
dialektoloji t
ədqiqat  aparan  İdris  Zaman  oğlu  Həsənovun fəa-
liyy
əti  də  diqqəti cəlb edir. Amma o 1937-ci il repressiyasına 
qurban getdiyi üçün bu iş yarımçıq qalmışdır. Azərbaycan elminə 
böyük z
ərbə  vuran 37-ci il hadisələrindən sonra bu sahədə  bir 
müdd
ət sakitlik olmuş, elmi tədqiqat aparılmamış, nəhayət, 1943-
cü ild
ə  akademik  M.Şirəliyev  “Bakı  dialekti”  mövzusunda 
doktorluq dissertasiyası müdafiə etmişdir. 1945-ci ildə Azərbay-
canda Elml
ər Akademiyasının təşkil olunması və ondan az sonra 
Dil v
ə  Ədəbiyyat  İnstitutunun  yaradılması  dialektologiya  sahə-
sind
ə elmi tədqiqatların canlanmasına səbəb olmuşdur. 
Bu  elmi  araşdırmalar  fonunda  50-ci illərdə  Azərbaycan 
Respublikasının  dialektoloji  baxımdan  zəngin bölgələrindən 
biri 
olan Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri 
d
ə elm adamlarının diqqətini çəkmişdir. 1950-55-ci illərdə əsa-
s
ən akademiyanın dilçi alimləri tərəfindən ekspedisiya yolu ilə 
bölg
ənin dialekt və şivələrinə aid külli miqdarda dil materialı 
toplanmışdır.  Təfsilata varsaq 1950-ci ildə  B.M.İbrahimov, 
K.T.Ramazanov,  T.B.H
əmzəyev,  A.Bayramov,  A.Ə.Aslanov 

 


v
ə  E.M.Əlibəyzadə  Ordubad rayonunun Aza, Bist, Biləv, 
V
ələver, Vənənd, Dəstə, Dırnıs, Əylis, Kələki, Kotam, Gənzə, 
Nüsnüs, Sabirdiz
ə, Tivi və  yenə  həmin ildə  B.M.İbrahimov, 
K.T.Ramazanov, T.B.H
əmzəyev, H.A.Bayramov, A.Ə.Aslanov 
v
ə  E.M.Əlibəyzadə  Culfa rayonunun Bəyəhməd, Bənəniyar, 
Qazançı,  Qızılca,  Əbrəqunus,  Ərəfsə,  Ərəzin,  Kırna,  Saltaq, 
L
əkətağ,  Milax,  Noraşen  (Göydərə),  Teyvaz,  Xanağa  (Xanə-
gah), Camaldın, Yaycı şivələrini, 1951-ci ildə K.T.Ramazanov, 
T.B.H
əmzəyev Noraşen (Şərur) rayonunun Alışar, Axura, Qa-
rabağlar,  Qıvraq,  Dəmirçi, Dizə, Yengicə,  İbadulla, Kürçülü, 
Maxta, Püsyan, S
ədərək, Xanlıqlar, Çərçiboğan, Yaycı şivələ-
rini, 1953-cü ild
ə  R.Ə.Rüstəmov,  B.M.İbrahimov,  K.T.Rama-
zanov,  T.B.H
əmzəyev və R.Ə.Süleymanov Şahbuz rayonunun 
Aşağı  Qışlaq,  Badamlı,  Biçənək,  Əzizbəyov,  Keçili,  Kolanı, 
K
ənd  Şahbuz,  Külüs,  Kükü,  Mahmudoba,  Məzrə, Nurs,        
Re
meşin,  Sələsüz,  Tırkeş,  Şada  şivələrini, 1954-cü ildə 
R.Ə.Rüstəmov, B.M.İbrahimov, K.T.Ramazanov, T.B.Həmzə-
yev Nax
çıvan rayonunun (Babək) Qaraçuq, Qoşadizə, Didivar, 
Nehr
əm, Cəhri,  Çeşməbasar,  Sirab,  Şəkərabad,  Naxçıvan 
(şəhər)  şivələrini öyrənmişlər. 1955-ci ildə  prof.  M.Ş.Şirəli-
yevin, 
R.
Ə.Rüstəmov,  B.M.İbrahimov,  K.T.Ramazanov, 
M.İ.İslamovun iştirakı ilə yekunlaşdırıcı ekspedisiya Naxçıvan 
Muxtar Res
publikasında çalışmışdır. 
Dialektoloji t
ədqiqatlardan aydın olur ki, Azərbaycan, o 
cüml
ədən  Naxçıvan  dialekt  və  şivələri uzun müddət üç isti-
qam
ətdə öyrənilmişdir: 
1. Az
ərbaycan,  həmçinin  Naxçıvan  dialekt  və  şivələrinin 
monoqrafik t
ədqiqidir ki, bu sahədəki  işlər  prof.  M.Şirəliyev, 
R.Rüst
əmov və K.Ramazanov tərəfindən tərtib olunmuş və 1956-
cı  ildə  çapdan  çıxmış  “Azərbaycan dili dialekt və  şivələrinin 

 


monoqrafik t
ədqiqinə aid proqram” əsasında aparılmışdır. 
2. Az
ərbaycan və  Naxçıvan  MR  dialekt  və  şivələrinin 
dilçilik  coğrafiyası  əsasında  öyrənilməsidir ki, bu sahədəki  işlər 
M.Şirəliyev və  R.Rüstəmov tərəfindən  tərtib olunan və  1958-ci 
ild
ə  çapdan  çıxmış  “Azərbaycan  dilinin  dialektoloji  atlasının 
t
ərtibi  üçün  toplanmış  materialların  proqramı”  əsasında  aparıl-
mışdır. 
3. Az
ərbaycan, o cümlədən Naxçıvan MR dialekt və şi-
v
ələrinin  lüğətinin tərtib  olunmasıdır  ki,  bu  istiqamətdə  də 
xeyli işlər görülmüşdür. 
Bu t
ədqiqat işlərini quran elm adamları təkcə 5 ildə Nax-
çıvan dialekt və  şivələrinə  aid material toplamaqla kifayət-
l
ənməmiş,  bu  tədqiqatın  nəticələri  ayrı-ayrı  elmi  məqalələrdə 
öz 
əksini tapmışdır. Dialekt materialları ümumiləşdirilib kitab 
halına  salınanadək  dialektoloqlarımızın  bu  istiqamətdə  çap 
etdirdikl
əri məqalələrin bəzilərini nəzərdən keçirək: prof. 
M.Şirəliyevin  “Naxçıvan  dialekti  (ümumi  qeydlər)”,  “Şahbuz 
şivələrinin  fonetikası”,  T.B.Həmzəyev “Ordubad rayonu dia-
lektinin fonetik xüsusiyy
ətləri”, “Ordubad dialektinin leksikası 
haqqında  qeydlər”,  “Ordubad  dialektinin  morfologiyasına  aid 
b
əzi qeydlər”, K.T.Ramazanovun “Noraşen rayonu şivələrinin 
b
əzi xarakterik morfoloji xüsusiyyətləri  haqqında”,  R.Ə.Sü-
leymanovun “Ordubad v
ə  Culfa  rayon  şivələrinin leksik xü-
susiyy
ətləri”, R.Rüstəmovun  “Şahbuz  şivələrinin sintaksisi”, 
A.H
əsənovun “Ordubad dialektinin bəzi xarakterik leksik və 
morfoloji xüsusiyy
ətləri” və s. 
H
əmin dövrdə  yuxarıda  göstərilən elmi məqalələrin  nəşri 
Naxçıvan dialekt və şivələrinin geniş tədqiqi istiqamətində atılan 
əməli addımlar idi. Məhz bu araşdırmaların ümumi yekunu olaraq 
1962-ci ild
ə M.Şirəliyevin redaktorluğu ilə “Naxçıvan MSSR-in 

 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə