Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə6/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   2   3   4   5   6   7   8   9   ...   63

günd
ə  sağılan  südü.  –Heyvan təzə  doğanda  olur  ağuz,  çox 
xeyirridi, iç
ə bilsən. 
Bu söz ağız variantında Ağdam, Qax, Zaqatala, Zərdab 
şivələrində də işlənir (1, s.5).  
AĞÜRƏX' (Ərəfsə, Kolanı, Qazançı) – qorxaq. –Heylə 
ağürəx' adamnan iş tutsan axırda peşman olassan. 
AĞYAL (Şahbuz) – yalı ağ tüklü at. 
AĞZIİSDİ  (Naxçıvan)  –  qorxmaz.  –Hələ  bərkə-boşa 
tüşmüyüb axı, ağzıisdidi. 
AXBUR (Anaqut, Düylün, G
ənzə)//ƏXBUR (Badamlı) 
– bulaq. –
Axburun başında yeyilən kababın öz ləzzəti var. 
AXDARMA  (Bab
ək, Kəngərli,  Şahbuz)  –  motalda 
hazırlanan  pendir.  –Axdarmanı  nənəm  qəşəx' eliyərdi, 
dadınnan doymağ olmazdı. 
AXI (D
əstə, Kotam, Vələver) – kirvə. –Axı tutduğumuz 
adam uşəğə pay tutar gətirər. 
AXSAN 
(Aşağı  Yaycı)  –  soğan,  su,  duz,  sarıçiçək və 
yağla bişirilən yemək. 
AXTUX  (
Naxçıvan)  –  qəm, kədər.  –O bir gün 
görmüyüp, günü axtux ç
əx'məynən keçip. 
AQUŞQA (Nəzərabad) – pəncərə. –Lənpəni qoymuşam 
aquşqa:n içinə ki, işıx geşsə yandırax. 
AL  (Kürçülü)  –  hiyl
ə. –Yeri get Durnanı bir al dilnən 
götg
ə. 
ALA  (Bab
ək,  Kəngərli, Sədərək,  Şahbuz)  –  sahə 
20 
 


suvarılan  zaman  arada  qalan  suvarılmamış  kiçik  yer.  –
Suvaranda ala saxlamağ olmaz, gərəx' aldırasan onnarı. 
ALABAŞINA-KÜLBAŞINA  (əksər  şivələrdə)  – 
başdansovdu.  –Qavırma:n gərəx'  başının  üsdündə  durasan, 
alabaşına-külbaşına eləsən qalmaz, kifsiyər. 
ALACƏNGƏNƏFƏS  (Şahbuz)  –  təngnəfəs.  –Elə 
alac
əngənəfəs gəlmişdi kin, az qalırdı barğı çatdasın. 
ALA ÇOLPAV  (Aza, Nürgüt)  – 
fevralın iyirmisindən 
martın iyirmisinə qədər olan dövr. Buna xalq arasında boz ay 
da deyilir. –
Ala çolpavın ta qorxusu yoxdu. 
ALAHİ (Diyadin, Xanlıqlar, Pusyan) – başqa, özgə. –
Biz k
ənt savetinnən çox irazıyıx, belə alahi adamdı e. 
ALAXANA-BALAXANA 
(Şahbuz)  –  hər  şəraiti olan 
ev. –S
ən gə:p bir o:n alaxana-balaxanasın görəsən. 
ALAXKAN (Culfa, 
Şahbuz) – həm ot-alaq təmizləmək, 
h
əm də  xəmir kəsmək  üçün  işlədilən alət.  –Ot-ələfi 
t
əmmizdiyərix' onnan, arvatdar da xəmirə işdədəllər. 
ALAQUŞ  (Şərur)  –  sözgəzdirən.  –Zəhləm gedər 
m
ənim alaquş adamnan. 
ALANA  (Ordubad)  –  meyv
ə  qurusunun içərisinə  qoz 
v
ə  şəkər  tozu  qatılıb  doldurulmaqla  hazırlanan  şirniyyat.  –
Alananı güşdüdən eliyərix', armutdan elyərix'. 
ALANAYI (Ordubad) – 
şaftalı növü. 
ALAPAÇA AT 
(Şahbuz) – budunun arasında ağ tükü 
olan at. 
21 
 


ALARI  (
Aşağı  Qışlaq,  Biçənək,  Kolanı)  –  ağ  xalları 
olan, b
ədəncə böyük, lakin az məhsul verən bal arısı. -Alarının 
balı az olur, amancax daddı olur. 
ALAT  (Xurs,  N
əsirvaz, Üstüpü) – qapı və  ya pəncərə 
ç
ərçivəsi.  –Gəldim qəpi:n  alatına  bəxmağa  görüm  qəşəx' 
b
ərkitmisan? 
ALAVSIN-
BİLAVSIN  (Şahbuz)  –  heç nədən 
iyr
ənməyən, fərqinə  varmayan.  –Gör nətər  pişirmişdi  kin
S
əhnə kimin alavsın-bilavsın arvat da əlin uztmadı. 
ALAY-QOLAY  (K
əngərli, Sədərək,  Şahbuz)  –  bir  işi 
nec
ə  gəldi,  başdansovdu  görmək.  –Alay-qolay elədi  atdı 
üsdüm
ə. 
ALÇAX KÖNÜL (Ordubad) – sad
ə qəlbli, mehriban. –
N
əqqədə desən alçaxkönüllü adamdı. 
ALDƏRƏ (Sədərək) – üzüm növü. 
ALDƏYİŞİX'  –  (Babək,  Naxçıvan,  Şərur)  –  səhv, 
d
əyişik. –Ay bala, başmaxlarıvı niyə aldəyişix' geymisən? 
ALDIRMAX (
Aşağı Qışlaq, Daylaqlı, Yuxarı Qışlaq) - 
suvarma zamanı su tutmayan, suvarılmamış sahəni suvarmaq. 
ALEYSUN  (
Alışar,  Çərçiboğan,  Qarxun)  -  görməmiş. 
–Var-d
əvləti  soradan  qazanıb  görməmişdix'  eliyən adama 
aleysun diy
ərix'. 
ALXIM (
Baş Dizə, Dırnıs) – xırda çay və kanallardakı 
suyun göll
ənməsi,  göllənib  axması.  –Qər  əridix'cən su 
alxımlanıp gələcax. 
ALIBALLATMAX (
əksər şivələrdə) – söz verib yerinə 
22 
 


yetirm
əmək. –Bir adam nəsə alıp əvəzində dediyini eləmiyəndə 
diy
ərix' ki, alıballatmaxdı niyə? 
ALIMIN  VERMƏX'  (Naxçıvan)  –  cavabın  vermək, 
yerind
ə  oturtmaq, danlamaq. -Gördüm  çox  danışır,  alımın 
verdim, getdi.  
ALIŞQA//ALIŞQAN  (Qarxun,  Yaycı)  –  kibrit.  –
Alışqannan papruz yandırarıx, ləmpə yandırarıx. 
Alışqan Yevlax şivələrində də kibrit mənasında işlənir 
(3, s.22).  
ALİ  (Babək,  Naxçıvan)//ALU  (Şərur)  –  gavalı.  –
H
əyətdərində yaxşı ali olur qonşumun. 
ALMAXARA 
(Naxçıvan) – albuxara. –Almaxaranın da 
cürb
əcür növləri var da. 
ALTDIX  (
Ağbulaq,  Ayrınc,  Qızıl  Qışlaq)  –  corabın 
altı. –Corabımın altdığı cırılıp, gərəx' verəm nənəm yamasın. 
AMANCAX 
(Daylaqlı,  Külüs)  -  amma və  ancax 
  bağlayıcılarının  birləşməsindən  əmələ  gəlib 
qarşılaşdırma  mənası  bildirən  bağlayıcı.  -Neçə  kərəm  kağız 
yazdım, amancax cavab almadım. 
AMANAT 
(Şahbuz) – qonaq. –Onda da əymizə girən-
çıxan çoxuydu, amanatın biri-gəlip, biri gedirdi. 
AMANABƏND  (Naxçıvan,  Şərur)  –  zəif,  yaxşı 
b
ərkidilməmiş. –Amanabənd durupdu, dəysən töküləcəx'. 
Bu  söz  davamsız,  möhkəm olmayan mənasında  Bakı 
dialektind
ə də var (3, s.23). 
ANABÜLBÜL (
əksər şivələrdə) – paltarsız, əyni nazik. 
23 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə