Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə8/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

ATALAMAX 
(Dırnıs)  –  yumaq.  –Əkin  vaxdı  biz 
əvvəlcən yeri suynan atalayırıx. 
ATAMA  (Gömür)  –  d
öşəmənin  altından  atılan  tir.  –
Atamanı atıp sora polu vırarıx. 
ATDAMAX 
(Naxçıvan)  –  təmizləmək.  –Maşı, 
mığəşəri atdamamış pişirmərix' biz. 
ATDIX 
(Diyadin, Şərur) – qırılmış, parçalanmış buğda 
d
ənəsi.  
ATDÖŞÜ  (Şada,  Türkeş)  –  tələm-tələsik.  –Elə  atdöşü 
g
əldilər getdilər heş bilmədim.  
ATICI  (K
əngərli,  Şahbuz,  Şərur)  –  keçə  toxuyan.  –
Q
əşəx' atıcıydı onun bibisi. Elə gözəl keçə toxuyurdu ki. İmdi 
d
ə qoyuplar muzeyə o:n toxuduğu keçəni. 
ATILAMA (
Ağbulaq, Badamlı, Kolanı, Türkeş) – suda 
çalınmış qatıq. –Qatığı suynan qarışdırırıx olur atılama. 
ATIN HƏYBƏSİ (Sələsüz) – yəhərə keçirilən ikigözlü 
heyb
ə. 
ATMA 
(Şahbuz, Ordubad) – ev tikərkən damın üstunə 
qoyulan tir.  -Q
utarıplar  deməy  olar,  atmaları  atırdılar  o  gün 
m
ən gedəndə. 
Kürd
əmir şivələrində də atma eyni mənada işlənir. 
ATUDAN  (
Havuş,  Mahmudkənd,  Maxta,  Oğlanqala, 
Zeyv
ə)  –  acgöz.  –Bı  Səməd elə  atudan  adamdı  ki,  dünyaları 
yes
ə doymaz. 
ATÜSDÜ (
əksər şivələrdə) – tələsik. –Gördüm diyəsən 
biz
ə də gələcəx'lər başdadım tez atüsdü bir şey hazırramağa. 
28 
 


AV 
(Hacıvar,  Nehrəm)  –  dağ  qoçu.  –Nehrəm 
dağlarında iki av vırdım. 
AVADANNIX 
(Naxçıvan) – abadlıq. –Bı seldən so:ra 
əv-eşix'də avadannıx qalmadı ta.  
AVARAGOR 
(Culfa, 
Naxçıvan)//AVARAKAR 
(Ordubad)  – 
işsiz,  boş-bekar.  –Nə  vaxda qədər belə  avaragor 
g
əzəssən? Bir işin qurpunnan tut da. 
AVARTDAXLANMAX  (
Güney  Qışlaq,  Qızıl Qışlaq) 
–sünbüll
əmək. 
AVAZIMAX 
(Naxçıvan)  –  rəngi qaçmaq. –Ya:nnan 
yel ötm
əmiş bi də baxırsan ki, irəngi avazıdı. 
Bu söz T
əbriz və  Zəngilan  şivələrində  alazımaq 
variantında işlənir (3, s.21). 
AVDIX  (
əksər  şivələrdə)  –  qatığa  su,  göyərti, xiyar 
qatıb,  içinə  çörək  döğrayıb  yeyilən yemək.  -Geşmişdə  avdığı 
seyinn
ən bir yiyərdix'  bir  oturuma.  Ən  çox  da  yayda,  isdidə 
yeyilir. 
AVƏRDƏ//AVARDA  (Naxçıvan,  Şahbuz)  –  açıq.  –
Girdim, baxdım kin, qap-baca avərdə, evdə də heş kim yoxdu. 
AVIRT  (
əksər  şivələrdə)  –  yanaq.  –Maşallah  ona 
noolup avırtdarınnan qan damır. 
Bu söz türk dilind
ə  avurt, türkmən, özbək dillərində 
ovurt, xakas dilind
ə ort, yakut dilində omurt formasında işlənir 
(7, s.292). 
AVIRTDAX (Bab
ək, Kəngərli,  Sədərək) – kök adam. 

Avırtdax kök adama diyərix'. 
29 
 


AYAX 
(Naxçıvan) – uzaq, kənar. –Nafcığan mərkəzdən 
ayaxdı. 
AYAMA  (
əksər  şivələrdə)  –  ləqəb.  –Ayamasız  adam 
çox az olurdu 
əvvəllər. 
AYAMDA-SAYAMDA 
(Naxçıvan) – hərdənbir, ayda-
ild
ə  bir dəfə.  –Heç olmuya bir  ayamda-sayamda bizi yada 
salgin
ən. 
AYANAT 
(Culfa,  Şərur)  –  kömək.  –Hökmət ma: 
ayanat eliyir. 
AYIN-
ŞAYIN  (Babək,  Naxçıvan,  Şahbuz)  –  durduğu 
yerd
ə. –Ayın-şayın otduğumuz yerdə birdən halı qarışdı. 
Bu söz
ə Meğri şivələrində də eyni mənada rast gəlirik 
(3, s.30). 
AYQAX 
(Naxçıvan)  –  təlxək.  –İndi  də  sünnətdərdə 
ayqax g
ətirmək mod tüşüp. 
AYNIMAX  (K
əngərli,  Naxçıvan,  Sədərək,  Şərur)  –  
bekarlamaq, işi bitmək. –Qoy bir başım aynısın gələciyəm sizə. 
AYRANAŞI  (əksər  şivələrdə)  –  qatıqdan  hazırlanan 
soyuq yem
ək. –Yayın xorəyi ayranaşıdı da, eliyəsən sərin-sərin 
yiy
əsən. 
AYTAZ 
(Payız) – gecə dükan gözətçisi. 
AZQINTI (Bab
ək, Naxçıvan) - əsli-kökü bilinməyən. –
Bı azqıntını hardan tapıb gətimisən axı aləmi vırdı bir-birinə. 
AZMAN//ƏZMAN  I  (Babək,  Şahbuz,  Şərur)  – 
dördillik axta qoç. 
30 
 


AZMAN II (Bil
əv, Bist) – böyük, nəhəng. –Azman bir 
adamıydı, hammımız qorxardıx onnan. 
Azman birinci m
ənada Zəngilan  şivələrində, ikinci 
m
ənada isə Bakı dialektində mövcuddur (3, s.32). 
 
 
31 
 


Bb 
 
BAB  (
əksər şivələrdə) – tay, bərabər. –O mə:m babım 
d
əyil. 
 
BABALIN YUMAX (
əksər şivələrdə) – böhtan atmaq. 
–M
ən babal yumaxdan qorxuram, yalannan bir söz 
d
ə:mmənəm. 
BABATDAŞMAX (Babək, Naxçıvan, Şahbuz, Şərur) – 
yaxşılaşmaq,  sagalmağa  başlamaq.  –İndi  birəz  babatdaşıp 
şükür.  
BAD (
əksər şivələrdə) – təndirin hissəsi. –Baddarı yaxşı 
hazırramasan təndir yaxcı çıxmaz.  
B
ərdə  və  Basarkeçər  şivələrində  də  bad sözü eyni 
m
ənada qeydə alınmışdır (3, s.33). 
BADAR 
(Naxçıvan) – nazik, uzun, suvarılmayan yer. 
BADBUDU 
(Şərur) - qızardılmış qarğıdalı dənələri. 
BADKEŞ  (Şahbuz)  –  xəstədən qan almaq üçün 
buynuzdan hazırlanan alət. 
BADRİC  (Ordubad)//BADİRİNC  (Naxçıvan)  –  bitki 
adı. –Badric şəfalı otdu, çox şeyə xeyiri var. 
BAFA  I (Biç
ənək,  Güney  Qışlaq,  Qızıl  Qışlaq)  –  bir 
oraq ağzı qədərində biçilən taxıl.  
BAFA 
II  (Naxçıvan,  Şahbuz)  –  vəfa.  –Əvladın  bafası 
yoxdu, ay bala. 
BAĞA (Sədərək, Şahbuz) – atın ayağında əmələ gələn 
şiş. –Atın əyağında şiş çıxır, ona deyirix' bağa. 
32 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə