Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə16/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   12   13   14   15   16   17   18   19   ...   63

q
əssaplar işdədəllər, cəmdəyi onnan şaqqalıyıllar. 
ÇAPBA İSDƏKAN (Babək) – qalın, iri stəkan. –Mən 
çıqqılı isdəkanda içəmmirəm, mə:mki gərəx' çapba isdəkan ola. 
ÇAPIT 
(Şərur) - əski, köhnə parça. –Çapıtdan zaddan 
ver bıraları silim. 
ÇARQAT
//ÇARŞOV//ÇARŞAB (Nehrəm) – çadra. –
Bizim k
ətdə arvatdar çarqat örtər. 
ÇARVADAR 
(Şahbuz) – mal-qara alveri eləyən adam. 

O vaxdarı Teyyub kişi çarvadarrığ eliyirdi. 
ÇAŞIR  (əksər  şivələrdə)  -  yabanı  bitki.  –Çaşırı 
dağlardan yığırıx, onnan qəşəx' turşu qoyurux. 
ÇAŞNI  (Cəhri)  –  xarlanmış  doşab.  –Çaşnıynan  mən 
t
ərəx' pişirərəm. 
ÇATAQ//ÇATMA  (Kükü)  –  nehr
əni asmaq üçün 
dayaq. –Çataxdan nehr
əni asarıx. 
ÇATAXLIX 
(Şıxmahmud)  –  onurğanın  ən  aşağı 
ucunda yerl
əşən sümük. –Yeriyəndə  elə  bil  çataxlığıma  ox 
batır. 
ÇAYAN 
(Naxçıvan) - əqrəb. –Uşağı çöldə çayan çaldı. 
ÇAYLAX  (
əksər  şivələrdə)  –  dağdan  axan  yağış 
suyunun v
ə  ərimiş  qarın  keçdiyi  dərə.  –Çaylaxdan  geşməx' 
lazımdı ora getməx'dən yana. 
ÇEÇİMƏX'  (Naxçıvan)  –  yeməyin nəfəs borusuna 
atılması ilə tutan öskürək. –Birdən çeçidi, qorxdum, elə bildim 
boğuldu. 
64 
 


ÇE:İL//CİL  (Şahbuz)  -  sucaq yer. –Bıralar  çe:il 
yerr
ərdi məhsulu yaxcı olur. 
ÇELE  (Boy
əhməd,  Əlincə, Teyvaz)  –  pişik  balası.  –
Bizd
ə  pişiyin  balasına  çele  diyəllər, bəzi yerrərdə  də  mavrı 
deyill
ər.   
ÇELVARI 
(Şahbuz)  –  dəyirmanda kömbə  bişirmək 
üçün balaca t
əndir. 
ÇERTAYI//ÇER 
(Naxçıvan)  –  çəpgöz.  –Uşax 
çertayıydı, neçə illərdi doxdurrardadılar. 
ÇEŞ  (Aza)  –  torpağın  xışla  yumşaldılmış  hissəsi.  –
Əkini həmməşə çeş torpağa əkəllər. 
ÇEŞİD  (Güney  Qışlaq,  Kükü)  –  içərisində  balı 
süzülmüş şan olan çərçivə. –Balını süzənnən sora olur çeşid.  
ÇEŞMƏ  (Ordubad)  –  evin üstünə  qoyulan tirlər 
arasındakı məsafə. 
ÇƏÇİX' (əksər  şivələrdə)  –  qızıldan  boğaza  taxılan 
zin
ət əşyası. –Nənəmin də varıydı çəçiyi, verdi xalama. 
ÇƏFƏR//KƏFƏR (Çərçiboğan) – su süzmək üçün daş. 

İndiki suları çəfər lazımdı ki, süzüp sohra içəsən. 
ÇƏHLİM  (Vənənd)  -  iz,  ləpir.  -Mаllаrın  çəhlimin 
tаpdım. 
ÇƏHMƏ  (Babək,  Naxçıvan,  Şərur)  –  düyünün 
m
ərciməklə, bəzən də  əriştə  ilə  birlikdə  süzülməsi ilə 
hazırlanan  yemək.  –Çəhməni  qavırmaynan  pişirəndə  illap 
daddı olur. 
Bu söz ç
əkmə variantında Gəncə və İrəvan şivələrində 
65 
 


d
ə var (3, s.93). 
ÇƏKƏCƏX'  I  (Şada)  –  təndirin  ağzına  qoyulan  taxta 
qapaq. –Ç
əkəcəyi çəx' təndirin ağzına, pişix'-zad tüşər içinə. 
ÇƏKƏCƏX'  II  (əksər  şivələrdə)  –  toyuğun  döşündə 
olan haça sümük. 
ÇƏKƏCƏX' III (Şahbuz) – yer hanasının hissələrindən 
birinin adı. 
ÇƏKƏRƏX' (Nehrəm)  –  az.  –Sən  birəz çəkərəx' 
danışsaydın belə olmuyacıydı. 
ÇƏKMƏDUZ//ÇƏHMƏDUZ  (Bist, Çərçiboğan, 
Şərur)  –  çəkməçi.  –Əyaqqabılarımı  göndərmişəm çəhməduza 
tix'sin. 
ÇƏL  (Nüsnüs)  –  meynənin  qolları.  –Çəl  mevın 
qollarıdı.  
ÇƏLXEY  (Didivar,  Nəzərabad)  –  araqarışdıran,  səs-
küy salan. –
Onnan başarmağ olar, elə çəlxeydi ki o. 
ÇƏM  (Ləkətağ)  –  yol, üsul. –Hər  işin  gərəx' çəmini 
tapasan ki, öhd
əsinnən gələ biləsən. 
ÇƏMÇİ  (Nахçıvan)  -  аlаqdərən.  -О  çəmçini  mə:  vеr, 
аlаğ еliyirəm. 
ÇƏMXƏM  ELƏMƏX'  (əksər  şivələrdə)  – 
razılaşmamaq,  naz  etmək,  işi  yoxuşa  sürmək.  –Əvvəlcə  bir 
ç
əmxəm elədi, əmə sora yola gəldi. 
ÇƏNƏ-BOĞAZ  (Naxçıvan)  –  danışmaq,  yola 
g
ətirməyə çalışmaq. –Xeylax çənə-boğazdan sora birtəhər irazı 
66 
 


saldım. 
ÇƏNG (Çənnəb) - lоbyа bitkisinin аğаcа sаrılаn nаzik 
hissəsi. -Lоbyаnın аtdığı çəng nəziх' tеl kimin оlur. 
ÇƏPƏR  (Biçənək,  Kolanı)  –  sürünü çöldə  saxlamaq 
üçün yanları çör-çöpdən hörülmüş tikili. –Dağda olanda sürünü 
el
ə çəpərə qatarıx. 
ÇƏPƏRƏ//ÇIĞ  (Babək,  Şahbuz)  -  üstündə  lavaş 
sulamaq  üçün  söyüd  ağacından  hörülmüş  alət. Üstünə  parça 
ç
əkilir, içərisinə  ot,  parça  doldurulur,  arxasında  isə  əl yeri 
qoyulur. Onunla eyni zamanda t
əndirə çörək də yapılır. 
ÇƏPİC//ÇƏPİŞ  (Babək,  Culfa,  Şərur)  –  keçinin  altı 
aydan  bir  yaşa  qədər  olan  balası.  –Bir  yaxcı  çəpicim var 
saxlamışam oğlum gələndə kəsəcəm. 
ÇƏPİX'  I  (Naxçıvan)  –  cəld.  –Elə  çəpix'  qızdı  ki, 
əlinnən inni-cinni qutarmaz. 
ÇƏPİX'  II (Babək,  Naxçıvan,  Şərur)  –  alqış, 
alqışlamaq,  əl çalmaq.  –Cəməhət  tudular  bını  çəpiyə,  bı  da 
ür
əx'ləndi, başdadı danışmağa.  
ÇƏRƏKƏ  (Unus)  -  təsbеh.  -Çərəkə  qоcаdа  dа  оlаr, 
cаvаnnаrdа dа. 
ÇƏRƏNÇİ  (əksər  şivələrdə)  –  çox  danışan.  –Çərənçi 
çox danışan adama deyirix'. 
ÇƏRƏNNƏMƏX'  (əksər  şivələrdə)  –  boş-boş,  uzun 
danışmaq. –O qədə çərənnədi ki, başımız şişdi. 
ÇƏRƏZ  (Biləv)  -  bаğbаnın  kоmаsı.  -Bаğbаn  çərəzdə 
yаtıb. 
67 
 


ÇƏRKOV (Babək, Kəngərli, Sədərək, Şahbuz) – dörd 
okuz qoşulan xış və  ya kotan (ikiboyun cüt). –Çərkov cütnən 
g
ərəx' hodax da ola. 
ÇƏRMƏKİ  (Şahbuz)  –  gönü döymək  üçün  işlədilən 
al
ət. 
ÇƏRRƏTMƏX'  (Naxçıvan)  –  boğaza  yığmaq, 
bezdirm
ək. –Bı uşağın beyvecliyi çərrəti da məni. 
ÇƏRRİMƏX' (Milax) – atın xəstələnməsi. 
ÇƏRŞOV//ÇARŞOV//ÇARŞAB  (Naxçıvan)  –  çadra. 
–N
ənəm həməşə çərşov örtərdi başına.  
ÇƏT I (Boyəhməd, Dizə, Gal, Qazançı, Nursu) – qoz. –
Bizd
ə cəviz də diyəllər, çət də diyəllər. 
ÇƏT  II (Nursu) –  taxıl  yuyulub  təmizlənərkən  çıxan 
zibil. –Ç
ətdi, buğdadı bınnan qavırqa olmaz. 
Z
əngibasar  şivələrində  də  bu vahidə  eyni mənada rast 
g
əlirik (3, s.98). 
ÇƏTDANQUŞ  (Ordubad)  –  yabanı  ot.  –Bir  şələ 
ç
ətdanquş topla. 
ÇƏTƏN I (əksər şivələrdə) – xeyli. –Arvad xeylağı bir 
ç
ətən uşağnan qalıb ortalarda tək. 
ÇƏTƏN  II  (Alışar,  Bist)  –  saman  daşımaq  üçün 
arabanın yanına qoyulan qarğı toxuma. 
ÇƏTƏN III (Naxçıvan) - çöldə quzulаrı sахlаmаq üçün 
qаrğı ilə hörülmüş yеr. -Quzulаrı qаt çətənə.  
ÇƏTƏNƏ (Şahbuz) – cəviz növü. –Həyətdərində yaxşı 
68 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə