Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə15/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   11   12   13   14   15   16   17   18   ...   63

g
əlmisiz üsdümə. 
CİPPOLİK  (Naxçıvan)  –  uşaqların  qoyunun  yununa 
qurğuşun  yapışdıraraq  ayaqları  ilə  vuraraq  oynatdıqları  əşya. 
Kim  cippoliki  ayağında  vura-vura  çox  saxlasa  o  udmuş 
sayılırdı.  –Əvvəllər  oğlan  uşaxlarını  əvə  yığmax  olmazdı, 
pütün günü h
əyətdə cippolik oynuyardı.  
CİRƏ//CÜRƏ (Naxçıvan) – az-az, qısa-qısa, qənaətlə. 

Əvı yıxılmış əpbəyi də cirəynən verir adama. 
CİVAR  (Maxta)  –  söyüdə  oxşayan  ağac.  –Civardan 
s
əbət toxunar. 
CİVƏR  (Aşağı  Daşarx,  Xələc)  –  nəcib.  –Ərişdəni 
balta-
balta doğrama, birəz civər elə. 
CİYƏV  (Çərçiboğan)  –  kürəkən.  –Ciyəvimin  maşını 
var onnan ge:p g
əlirix'.   
CİYƏRRİ  (Camaldın)  –  cəsur, igid.  –Onnar bizim 
kimin ciy
ərri dəyillər da gəlsinnər qəbağa. 
CİYİLLİK  (Naxçıvan)  –  kol-kosluq.  –A bala, gə  o 
ciyillix'd
ən çıx eşiyə görüm. 
COMALAX 
(Şahbuzkənd)  –  qazma,  yeraltı  tikinti.  –
C
əməhət  o  vaxdı  comalaxda  gizdədib bitəhər  cannarın 
k'utarmışdılar.  
 
CORTAN//CORTDAN  (Bab
ək, Kəngərli,  Şahbuz)  – 
qurutun  yaş  vaxtı,  süzülmüş  bərk süzmə  qatıq.  –Qatığı  süzüb 
ayranın atırığ o yana, qalmışına cortan deyirix'. 
Bu vahid cortan variantında Borçalı, Goranboy, Tovuz, 
Z
əngilan şivələrində də işlənir (1, s.81). 
59 
 


 
COŞ VERMƏK (Daylaqlı) – cuşa gəlmək. –Vallah bı 
bir coş vermişdi kin, gəl görəsən.  
CU (V
ələver) – kötüyün üstü. 
CULFA//CULFAÇI 
(Daylaqlı, Türkeş) – yundan parça 
toxuyan, toxucu.  –Lap 
əvvəllər parça-zad olmuyanda arvatdar 
özü toxuyurdu, ona deyirdil
ər culfaçı.  
CULİK  (Naxçıvan)  –  fırıldaqçı.  –Mə:m  bı  nəvəm 
yek
ələndə culik olacax vallah. 
CUMCULUX//CUMCUMA 
(Naxçıvan,  Şahbuz)  – 
tamam yaş olmaq. –Güya mənə iş gördü, özün eliyip cumculux 
qoyub ora. 
C
əbrayıl şivələrində də bu sözə eyni mənada rast gəlirik 
(1, s.83). 
CUMMAX  (
əksər  şivələrdə)  –  hücüm çəkmək, irəli 
atılmaq. –Hara cumursan üsdümə bir dayan görəx'. 
 
CUVAR//CUVAN  (
əksər  şivələrdə)  –  suya nəzarət 
ed
ən adam. –Cuvar bıraları suluyan adamdı. 
CÜCƏGÖZÜ  (Şahbuz)  –  xalçaya  salınan  naxış  adı. 
Cüc
əgözü adlı dağ çiçəyinin xalçada təsviri. 
CÜCÜ  (
əksər  şivələrdə)  –  hər cür həşərat.  –Yayda 
bırda cücü-mücü çox olur. 
 
CÜLÜ//CULU 
(Naxçıvan, Ordubad) – çöçələ barmaq. 

Culu barmağımı pıçax kəsdi. 
CÜNCÜLÜ BARMAX (Tivi) – çöç
ələ barmaq. –Nətər 
basmarradısa cüncülü barməğim çıxdi. 
60 
 


CÜRCÜNƏX' (Şahbuzkənd) – keçədən geyim.  
CÜRDƏX'  (əksər  şivələrdə)  –  dar  ağızlı  kiçik  saxsı 
s
əhəng. –Cürdəx'də su göndərdim ki, yazıxdı isdidə işsin. 
CÜTQOV  (Ordubad)  –  bir yerd
ə  olan dörd ulduzun 
adı. –Dört ulduz bir yerdə olur ki, biz ona cütqov deyirıx. 
 
 
61 
 


Çç 
ÇAĞALAGÜL  (Püsyan)  –  reyhan.  –Bir kərdi də 
çağalagül əx'mişəm. 
ÇAĞLAMAX  (Maxta)  –  pambığın  alağını  vurmaq.  –
Çox işin qutarmışıx pambığın, çağlamax qalır. 
ÇAHATI 
(Şahbuz)  –  tezyetişən qoz növü. –Çahatı 
hammısınnan tez yetişər. 
ÇAXÇAX 
(Oğlanqala)  –  bağda  quşları  qovmaq  üçün 
şıqqıltı salan, bir-birinə bağlanmış taxta parçaları, quşqovan. 
ÇAXÇUR  (C
əhri)  –  qadın  şalvarı.  –Çaxçur belə  gen 
şalvarıydı, arvatdar geyinirdi. 
ÇAQQALA  (
əksər  şivələrdə)  –  kal  ərik.  -Əriyin kal 
vaxdına diyərix' çaqqala, turş olur, əmə yeyilir o da. 
Çaqqala sözü eyni m
ənada Qarakilsə, Zəngilan 
şivələrində də var (1, s.88). 
ÇAQQI (Bil
əv, Dırnıs) – çib bıçağı. –Çaqqıdan-zaddan 
g
ətgə maşınnən bı qərpizi doğruyəx. 
ÇALASƏR  (Naxçıvan,  Ordubad)  –  mətbəxdə  su 
saxlamaq üçün quyuya oxşar yer. –Çalasərin suyuni təzələ. 
ÇALASI  I  (
əksər  şivələrdə)  –  qatıq  mayası.  –Qaş 
bibinn
ən çalası al gəti, qatıx çalıram. 
ÇALASI 
II (Şahbuz) – sözgəzdirən, aravuran adam. –
Ona bizim k
ətdə Çalası Aybəniz diyəllər. 
ÇALAY  (G
ənzə)  –  azacıq  böyümüş  yemiş.  –Çalay 
qırma ki, həyifdi, qoy qalsın yekəlsin. 
62 
 


ÇALDIRMAX  (Culfa, K
əngərli,  Şahbuz)  –  suvarma 
zamanı sahəyə azacıq su buraxmaq. –Birimci dəhə su verəndə 
əkinə çaldırmax lazımdı, çox su verməx' olmaz. 
ÇALXAR  (C
əhri)  –  nehrə.  –Nənəm çalxarda eliyərdi 
h
əmməşə yağı. 
ÇALI  (Bab
ək, Kəngərli)  –  kol.  –Onnarın  kəvşənnərin 
pütün çalı basıp. 
ÇALQAX 
(Camaldın)  –  arıq.  –Bir çalqax inəyi var, 
isdiyir b
ətdiyə bizə. 
ÇALQU//ÇALĞI  (Nursu)  –  çubuqdan  bağlanmış  iri 
süpürg
ə. –Çalqu həyət süpürgəsidi da, eşix'-bacanı süpürərix'. –
Durdum ki, qar h
əyəti  basıp,  bitəhərnən çalquynan 
t
əmizdəmişəm. 
Bu söz D
ərbənddə dəryaz mənasında qeydə alınmışdır 
(3, s.88). 
ÇAMAX 
(Badamlı)  –  iri gözlü xəlbir.  –Havlanın 
umacın çamaxdan keçirdirix' əvvəlcə.  
ÇAMIR  (Nursu)  – 
bataqlıq.  –Ora:n dört-bir tərəfi 
çamırdı, hardan keçəssən? 
ÇAMLAMAX  (Kotam)  –  ovsunlamax, sehrl
əmək, 
cadu etm
ək. –Elə bilginən uşəği camliyiplər. 
ÇANAX 
(Şərur)  –  ölçü vahidi. –Taxılı-zadı  çanaxnan 
ölç
ərix'. 
Ağdam,  Gədəbəy, Gəncə,  Xanlar,  Şəki, Zəngilan 
dialekt v
ə şivələrində də bu söz həmin mənada işlənir (3, s.89). 
ÇAPACAX 
(Şahbuz)  –  dəhrənin bir növü. –Çapacağı 
63 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə