Naxçivan muxtar respublikasinin konstitusiyasi



Yüklə 313,85 Kb.
Pdf görüntüsü
səhifə3/25
tarix27.02.2022
ölçüsü313,85 Kb.
#84182
1   2   3   4   5   6   7   8   9   ...   25
ÜMUMİ MÜDDƏALAR

M a d d ə  1 .  Naxçıvan Muxtar Respublikasınm statusu

I. Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində 

demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.

II.  Naxçıvan  Muxtar  Respublikasmın  statusunu  Azərbaycan 

Respublikasmm  Konstitusiyası,  16  mart  1921-ci  il  Moskva  və  13 

oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri müəyyən edir.

M a d d ə  2 .  Muxtariyyatın əsasları

I.  Naxçıvan  Muxtar  Respublikası  Azərbaycan  Respublikasının 

Konstitusiyası  ilə  onun  səlahiyyətlərinə  aid  edilən  məsələlərin  həl- 

lində müstəqildir.

II.  Naxçıvan  Muxtar  Respublikasmın  mənafeləri  ilə  bağlı  olan 

bütün  digər  məsələlər  Naxçıvan  Muxtar  Respublikası  tərəfindən 

həll  edilir,  o  şərtlə  ki,  bu  məsələlərin  həlli  Azərbaycan  Respub- 

likasmm dövlət orqanlarınm səlahiyyətlərinə aid edilməyib.

III.  Naxçıvan  Muxtar  Respublikasmm  səlahiyyətlərinə  aid  edi- 

lən məsələlərin həllində o, Azərbaycan Respublikasmm ümumi mə- 

nafeləri ilə bağlıdır.

M a d d ə  3 .  Hakimiyyətlərin bölünməsi

I.  Naxçıvan  Muxtar  Respublikasında  dövlət  hakimiyyəti 

hakimiyyətlərin bölünməsi prinsipi əsasmda təşkil edilir:

qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasınm 

Ali Məclisi həyata keçirir;

icra  hakimiyyətini  Naxçıvan  Muxtar  Respublikasının  Nazirlər 

Kabineti həyata keçirir;

məhkəmə  hakimiyyətini  Naxçıvan  Muxtar  Respublikasımn 

məhkəmələri həyata keçirir.

II.  Bu Konstitusiyanm müddəalarına əsasən qanunvericilik,  icra 

və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərirlər.

5



III. 

Naxçıvan  Muxtar  Respublikasmm  Ali  Məclisi  Azərbaycan 

Respublikasınm  Konstitusiyası,  qanunları  və  bu  Konstitusiya  ilə 

onun  səlahiyyətlərinə  aid  edilən  məsələlərin  həllində,  Naxçıvan 

Muxtar  Respublikasmm  Nazirlər  Kabineti  Azərbaycan  Respub- 

likasmm  Konstitusiyası,  qanunları  və  Azərbaycan  Respublikası 

Prezidentinin  fərmanları  ilə  onun  səlahiyyətlərinə  aid  edilən 

məsələlərin  həllində,  Naxçıvan  Muxtar  Respublikası  məhkəmələri 

isə  Azərbaycan  Respublikası  Konstitusiyası  və  qanunları  ilə  onun 

səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildirlər.

M a d d ə  4 .  Dövlət hakimiyyətinin mənimsənilməsinə 


Yüklə 313,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə