Neft mədən hidrotexniki qurğularının istismarı təmiri və korroziya ilə mübarizə üzrə mühəndis Azneft İB 28 May NQÇİ 3 7 tipli test tapşırıqları
tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
157. Vintli kompressor aqreqatına sadalananlardan hansı aiddir?
A) Bu maşınlar qazın dinamik sıxılmasını həyata keçirir
B) Bu maşınlar qazın statik sıxılmasını həyata keçirir
C) Qazın sabit kütləsinin tutduğu həcmi azaldır
D) Bu maşınlar porşenli maşınlar sinifinə aiddir
E) Qazın fraksiyalara ayrılmasını təmin edir
F) Qazın sıxılması zamanı sıxılan qazın təzyiqi qaldırılır
G) Qazın sıxılması zamanı kompressorda qazın tutduğu həcm azalır
Testin çətinlik dərəcəsi: Çətin
İstinad: T.Ş.Salavatov. Ş.Z.İsmayılov.Dəniz qaz və qazkondensat yataqlarının işlənməsi nəzəriyyəsi və
istismar texnologiyası. Bakı, 2019
158. Tələbatdan asılı olaraq tal mexanizminin tellənməsinin ölçüləri aşağıdakılardan hansıdır?
A) 7x7
B) 8x8
C) 9x9
D) 10x10
E) 3x4
F) 5x6
G) 6x7
Testin çətinlik dərəcəsi: Asan
İstinad: B.Axundov. Neft və qaz quyularının qazılması. Bakı, 1973
159. Asetilen generatorundan, oksigen balonlarından, şlanqlardan, qaz xətlərindən neçə metr məsafədə
siqaret çəkmək və açıq alovdan istifadə etmək qadağandır?
A) 6 metrdən az olmayan
B) 10 metrdən az olmayan
C) 6 metr
D) 6 metrdən çox
E) 5 metr
F) 10 metr
G) 10 metrdən çox
Testin çətinlik dərəcəsi: Orta
İstinad: Neft, qaz və neftkimya sənayesində yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2011
160. Sualtı mədənlər müstəqil (avtonom) və ya stasionar və üzən platformalarla birlikdə yaradılıb fəaliyyət
göstərilə bilər. Bu üsula neft-qaz və qaz-kondensat yataqlarının işlənməsinin digər üsullardan üstünlüklərinə
aid deyil?
A) Yarımdalma üzən qazma qurğuları ilə neft-qaz yataqlarında qazılmış quyuların qısa zaman ərzində layihə
gücü ilə işə buraxıla bilməsi
B) Quyuların istismar dövüründə, istismarın bir üsuldan digərinə keçmək üçün sualtı quyu ağzı avadanlırın
tez və qısa zaman ərzində dəyişdirilə bilməsi
C) Neft-qaz və qaz-kondensat yataqlarının işlənməsinin və istismarının fasiləsiz təmin edilməsi
D) Sahildən 300 m-dən çox uzaq yerlərdə istifadə edilə bilməməsi
E) Karbohidrogen ehtiyyatları məhdud olan yataqların işlənməsi və istismarı
F) Dənizin dərinliyin az olduğu yerlərdə istifadə edilə bilməməsi