Neft-qaz quyularinin tamamlanmasi


Ağırlaşdırılmış sement qarışıqları



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə34/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   30   31   32   33   34   35   36   37   ...   50
Quyularin tamamlanmasi leak by 1337

Ağırlaşdırılmış sement qarışıqları.
Ağırlaşdırılmış sement
qarışıqları tamponaj portland sement klinkerinə ( və ya
dənərləşdirilmiş domna şlakına) yüksək sıxlığı olan mineral
poroşoklarının (hematit-dəmir filizləri, maqnitit, barit və s.
ağırlaşdırıcıların) əlavə edilməsilə və ya bir yerdə üyüdülməsilə
hazırlanır. Portland sement bazasında hazırlanan ağırlaşdırılmış
qarışıqlardan: tamponaj sementi klinkeri – 35-40%, hematit
(barit və ya sıxlığı 4200kq/m
3
-dan az olmayan başqa
ağırlaşdırıcı) - 50-60% və 4-5% gips əlavəsi götürülür. 
Ağırlaşdırılmış sement qarışıqlarından dərin quyuların
sementlənməsində, quyuda əvvəldən işlədilən qazıma məhlulu-
nun sıxlığı 2200 kq/m
3
və daha artıq olan hallarda istifadə edilir.
Ağırlaşdırılmış sement qarışığının tutuşma vaxtı “isti” quyular
üçün olan tamponaj sementləri qədər olmalıdır. Əmələ gəlmiş
sement daşının 2 sutkadan sonrakı möhkəmliyi, 22±2
0
S
temperatur və şirin su şəraitində 0,7MN/m
2
(7kq/sm
2
), dəniz
suyu şəraitində isə - 0,9MN/m
2
(9kq/sm
2
) aşağı olmalıdır.
Temperatur 75±3
0
S olduqda isə quyun duzluluğundan asılı
olmayaraq sement daşının möhkəmliyi azı 2MN/m
2
(20kq/sm
2
)
olmalıdır.
Ağırlaşdırılmış sement məhlulunun sabit sıxlığı və stabil
alınması üçün məhlulun qarışdırılmasında veriln suyun
miqdarına nəzər yetirməlidir. Bel ki, su miqdarının hətta 2-3%
dəyişməsi məhlulun konsentrasiyasının xeyli dəyişməsinə səbəb
olur.
Bu sementlərin növləri:
1)УЦГ-1; УЦГ-2


 2)УШЦГ1-120; УШЦГ2-120
3)УШЦ1-200; УШЦ2-200
УЦГ-1 və УЦГ-2 sementləri “isti” quyular üçün, portland
sement ilə dəmir filizi (ağırlaşdırıcı) qarışığı əsasında buraxılır.
УЦГ sementlərinin tutuşma vaxtı, – 1,75 saat , sonu – 5 saat,
УЦГ-1 sement məhlulunun sıxlığı -ρ=2050-2150kq/m
3
, УЦГ-2
sement məhlulunun sıxlığı -2150-2250 kq/m
3
, sement
məhlulunun axarlılığı – 18-20sm, sement daşının əyilməyə
möhkəmliyi 2,5MN/m
2
(25kq/sm
2
), geostatik temperatur şəraiti
– 20-100
0
S,tutuşma vaxtı SSB, xrompik reagentləri qatmaqla
tənzimləndirilə bilər.
УШЦГ1-120 sement məhlulunun sıxlığı- ρ=2150-2250
kq/m
3
, tutuşma vaxtı -2 saat, sonu – 10 saat. Sement daşının
əyilməyə möhkəmliyi 3,0MN/m
2
(30kq/sm
2
), geostatik tempe-
ratur şəraiti – 80-160
0
S.
УШЦ-1 və УШЦ-2 – dənəvərləşdirilmiş şlak ilə ələkdən
keçirilmiş hematit (dəmir filizi) bə ya maqnetit qumu qarışdırı-
lması nəticəsində alınan ağırlaşdırılmış tamponaj sementləridir.
УШЦ-1 və УШЦ-2 sementlərin növləri: 
УШЦ1-120; УШЦ1-200; УШЦ2-120; УШЦ2-200.
Bunlar dənəvərləşdirilmiş şlak ilə ələkdən keçirilmiş hematit
(dəmir filizi) və ya maqnetit qumu qarışdırılması nəticə-sində
alınan ağırlaşdırılmış tamponaj sementləridir.
Şlak sementlərinin “isti” quyular üçün olan sementlərdən
üstünlüyü termiki və korroziyaya qarşı dəyanətliliyi, uzun
ömürlülüyü və qiymətcə ucuz başa gəlməsidir. УШЦ-1 və
УШЦ-2 sementlərinin tutuşma vaxtı -2 saat; son-8 saat; sement
məhlulunun axarlılığı 18-20 sm, sement daşının əyilməyə
möhkəmliyi- 4,5 MN/m
2
(45kq/sm
2
), geostatik temperatur
şəraiti – 160-220
0
S.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə