hidravliki yarılma (
P
h.y.
)
təzyiqlərinin qiymətləri qrafikdə
göstərilir və qrafikin III hissəsində birgələşdirilmiş təzyiqlər
qrafiki qurulur. Absis oxunda təzyiq qradiyenti ekvivalentləri
miqyası P
lay
=1,0; 1,1; 1,2; 2,2
qiymətlərinə uyğun miqyasda
çəkilir. Ordinat oxunda isə quyunun dərinliyi göstərilir.
Şəkil 3.3. Quyu quruluşunu seçmək üçün birgələşdirilmiş
təzyiqlər qrafikinin sxemi
2.Lay təzyiqi məlum olan
H
i
dərinlik intervalları üçün təzyiq
qradiyenti ekvivalentinin qiymətləri 1,2,3, ...19
nöqtələri ilə
koordinat müstəvisinə köçürülür. Sonra həmin nöqtələrdən
ordinat oxuna paralel xətlər çəkib, araları onlara perpendikulyar
üfüqi xətlərlə birləşdirilir. Beləliklə, lay təzyiqi qradiyentinin
dəyişilməsi əyrisi alınır.
3.Həmin qayda ilə dərinlik intervalları üzrə hidravliki yarılma
təzyiqləri hesablama aparılıb 20,21,22...39 nöqtələri ilə
koordinat müstəvisinə köçürülür və nəticədə süxurların hidravlik
yarılma təzyiqinin dəyişilməsi əyrisini alırıq. Alınan 2-ci əyri
koordinat müstəvisində 1-ci təzyiq əyrisinin sağında yerləşəcək.
4.Sonra iki təzyiq qradiyentləri dəyişməsi əyriləri arasında
eyniləşdirilmiş (birgələşdirilmiş) qazıma
şəraiti olan zolaqlara
ayırırlar. Bunun üçün əvvəlcə lay təzyiqi qradiyentləri dəyişməsi
əyrisinin sol kənar nöqtələrində (3,5,11,16) paralel çəkilib, AB,
EF, KL və OP xətlərini alırıq. Sonra hidravlik yarılma təzyiqi
qradiyentinin dəyişilməsi əyrisinin sağ kənar nöqtələrinə
(20,26,31,35) paralel çəkməklə CD, GH, MN, QS xətlərini
alırıq.
5.Alınan ABCD, EFGH, KLMN və OPQS dördbucaqlı
sahələrini ştrixləyib verilmiş quyu üçün eyniləşdirilmiş qazıma
şəraiti olan zolaqları alırıq.
6.Beləliklə, birgələşdirilmiş təzyiq qrafikində:
6.1.AB, EF, KL və OP əyriləri kəsilişin uyğun intervalları üçün
lay təzyiqlərinin sərhəd şərtlərini CD, MN, GH və QS əyriləri
isə həmin kəslişdə hidravlik yarılma
təzyiqlərinin sərhəd
şərtlərini təyin edir;
6.2.Qrafikdəki eyniləşdirilmiş qazıma şəraiti zolaqları, quyunun
qoruyucu kəmərlərlə möhkəmləndirilməyə ehtiyacı olan
zolaqlarıdır. Daha doğrusu quyuya buraxılacaq qoruyucu
kəmərlərin sayı bu zolaqların sayı qədər olmalıdır.
7.Qoruyucu kəmərlərin buraxılma dərinliyi, eyniləşdi-rilmiş
qazıma şəraiti zolağının aşağı sərhədlərindən 10-12m
qə-dər
yuxarı götürülür .
Beləliklə, quyu üçün eyniləşdirilmiş qazıma şəraiti olan dörd
zolaq alınır ki, həmin zolaqlara uyğun quyuda dörd qoruyucu
kəmər yəni:
-konduktor – 750m
- I aralıq kəmər – 3150m
- II aralıq kəmər – 4650m (“quyruq”)
- istismar – 5000m dərinliyə buraxılır.
Bircələşdirilmiş təzyiq qrafikinin sağ kənar sütununda qazıma
məhlulunun sıxlığı yazılır.
Dostları ilə paylaş: