NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


Bu da həmin əhdnamənin bir hissəsi və sonudur



Yüklə 15,72 Mb.
səhifə33/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

Bu da həmin əhdnamənin
bir hissəsi və sonudur

Və mən Allahdan istəyirəm ki, rəhminin genişliyi və hər bir mətləbi vermək qüdrətinin böyüklüyü ilə məni və səni razılığı onda olan şeyə - Onun və yaratdıqlarının qarşısında aşkar üzrə malik olmağa,1 bəndələr arasında yaxşılıqla xatırlanmağa, şəhərlərdə gözəl nişanələr qoymağa, neməti tam və izzəti artıq olmağa müvəffəq etsin. Həmçinin mənim və sənin həyatını səadət və şəhadətlə (Allah yolunda öldürməklə) sona çatdırmasını diləyirəm. Biz Ona tərəf dönəcəyik. (Onun rəhmət mərhəmətini axtarırıq.) Salam olsun Allahın elçisinə (Həzrət Mustafaya); ona və onun (hər bir eyb nöqsandan) pak və təmiz Əhli-Beytinə Allahın salamı olsun!
54-cü məktub
İmam Əli əleyhis-salamın Təlhə və Zübeyrə olan məktublarındandır ki, (onda onların əhdlərini pozmaq haqqına malik olmadıqlarını isbat edib ) onu İmran ibn Hüseyn Xüzai vasitəsi ilə göndərib.2 Əbu Cə’fər (Məhəmməd ibn Addullah) Eskafi3 onu Əmirəl-mömininin fəzilətləri barəsində yazdığı «Məqamat» kitabında bəyan edib.

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Gizləsəniz də bilirsiniz ki, camaat məni (mənə bey'ət etmək) istəyənə kimi mən onların fikrinə düşmədim (onların bey'ət etmələrini istəmirdim) və onlar mənə əl uzadana kimi, mən (bey'ət almaq üçün) onlara tərəf əl uzatmadım. Siz mənə tərəf gəlib bey'ət edən kimsələrdən idiniz. Xalq mənə nə (malik olduğum) güc və qüdrətə və nə də mövcud mal və sərvətə görə (ona tamah salıb) bey'ət etməyib. (Onlar öz ixtiyar istəkləri ilə əl uzadaraq beyət ediblr.) Buna görə də əgər siz mənimlə ixtiyari surətdə bey’ət edib əhd bağlamısınızsa, nə qədər ki, gec deyil (onu pozmaqdan) qayıdın, (bu çirkin işdən) tövbə edib Allaha tərəf dönün. Əgər ürəksiz əhd bağlamısınızsa, itaət və tabeçiliyi üzdə göstərib (beyət edib) günah və itaətsizliyi gizlətməklə (ürəksiz əhd bağlamaqla) mənim (sizi sorğu-suala tutub cəzalandırmağım) üçün yol açmısınız (ki, sizdən «əgər batində meyliniz yox idisə, heç bir məcburiyyət zor olmadan üçün beyət etdinizdeyə soruşum). Canıma and olsun (ki, mənimlə meyl rəğbətlə, malik olduğunuz nadürüst məqsədə görə beyət etmisiniz. İndi həmin məqsədinizə çatmadığınız üçün əhdinizi pozmusunuz. Çünki) siz təqiyyə etməyə, qorxmağa və mənimlə bey’ətə könülsüzlüyünüzü bildirməməyə, Mühacirlərdən daha layiqli deyildiniz. (Ona görə ki, siz onlardan güclü idiniz sizə güc gələrək zor işlətmək imkanı daha az idi.) Sizin üçün bey'ətə daxil olmamışdan onun yükünün altına girməməyiniz, onu qəbul etdikdən sonra əhdinizi pozmaqdan daha asan idi. (Öz əhdlərinizi pozmaq üçün hazırladığınız bəhanə budur ki,) siz Osmanı mənim öldürməyimi güman edirsiniz ( həmin bəhanə ilə siz, onun intiqamını almaq üçün mənimlə müharibə etmək fikrinə düşmüsünüz). Belə isə mənimlə sizin aranızda Mədinə əhalisindən (Məhəmməd ibn Müslimə, Usamə ibn Zeyd Abdullah ibn Ömər kimi) şəxslər var ki, həm məndən, həm də sizdən uzaqlaşıblar (heç birimizə kömək etmirlər. Qoy onlar şəhadət verib Osmanın qatilinin kim olmasını desinlər). Beləliklə, (əgər onlar Osmanı kimin öldürməsini desələr, bizlərdən) hər bir kəs, (barəsində verilmiş şəhadət əsasında) bu işdə əli olan miqdarı, boynuna almağa məcbur edilsin ( ondan qisas alınsın. Şübhəsiz ki, əgər onlar şahidlik etsəydilər Təlhə ilə Zübeyrin, Osmanın öldürülməsinin səbəbkarı olmaları, İmam əleyhis-salamın isə bu işdən uzaq olması məlum olardı.) Buna görə də ey qocalar, fikrinizdən daşının. (Nahaq yerə bəhanə gətirməyin müharibə edib qan tökməkdən əl çəkin.) Çünki indi – (qiyamət günündəki) rüsvayçılıq ilə od bir yerə toplaşmamışdan, (dünyada) sizin qarşınıza çıxacaq ən böyük iş xəcalət və ardır. (Sizin barənizdə «peşman olub tövbə etdilər, qayıtdılar» deyilməsi, Həzrət Peyğəmbərin səhabələrinin öz zəmanələrinin imamı ilə müxalifət səbəbindən ilahi əzaba düçar olmalarından daha yaxşıdır. Çünki burada ar ilə od bir yerə toplanıb.) Salama layiq kimsəyə salam olsun!
55-ci məktub
İmam Əli əleyhis-salamın Müaviyəyə (nəsihət yönümlü) məktublarındandır.

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: nöqsan sifətlərdən pak və uzaq olan Allah, dünyanı axirət üçün yaradıb və (bütün gizlin aşkar olan şeyləri bilməsinə baxmayaraq) dünya əhlini onda sınağa çəkib ki, onlardan hansının əməllərinin daha yaxşı olmasını bilsin (başqalarına göstərsin). Biz dünya üçün yaradılmamışıq və onun (işləri) üçün çalışmağa göndərilməmişik. (Hamının ruzi əldə etmək üçün çalışmağa məcbur olmasına baxmayaraq, əsas səy təlaş axirət işləri üçün olmalıdır.) Bizi dünyaya onunla sınanmağımız üçün gətiriblər (ki, yaxşı əməl sahibləri ilə pis əməl sahibləri məlum olsunlar). Allah məni səninlə və səni mənimlə sınayıb və bizim birimizi digərimizə dəlil-sübut edib.1 Sən dünyanı əldə etmək üçün Qur’anı yozmağa tələsdin.2 Məndən, əlim və dilim cinayət və günahına batmadığı şeyi (Osmanın qanını) istəyibsən. ( özüm onu öldürmüşəm, onun öldürülməsinə göstəriş vermişəm.) Sən Şam əhli ilə məni Osmanın qanında günahlandırdınız. Aliminiz cahilinizi, duranınız oturanınızı təhrik etdi. (Bu cür nadürüst sözlərlə bir-birinizi mənə qarşı ayağa qaldırdınız.) Buna görə də özün barəsində Allahdan qorx. Şeytana müqavimət göstərərək cilovunu onun çəngindən çıxart. Bizim və sənin yolun olan (hamımızın gedəcəyimiz) axirətə üz tut. Allahın, səni Öz tərəfindən əsl və kökünə işləyərək nəslini kəsən təcili bəlaya düçar etməsindən qorx. (O, elə bəla olar ki, səndən nəslindən əsər-əlamət qoymaz).1 Mən, sənə görə, Allaha doğru olan bir and içirəm ki: əgər (insanları) bir yerə toplayan tale, mənimlə səni qarşılaşdırsa, həmişə səninlə qalacağam «حَتَّى يَحْكُمَ اللّهُ بَيْنَنَا وَهُوَ خَيْرُ الْحَاكِمِينَ» «O vaxta kimi ki, Allah bizim aramızda Öz hökmünü versin (səni etdiyin zülm haqsızlığın cəzasına çatdırsın). Axı O, hökm verənlərin ən yaxşısıdır!» (Ə'raf surəsi, 87-ci ayə)
56-cı məktub
İmam Əli əleyhis-salamın (barəsində on birinci məktubun şərhində bir az izahat verilmiş) Şüreyh ibn Haniyə onu ( Ziyad ibn Nəsri) özünün (Müaviyə ilə müharibə etmək məqsədi ilə) qabaqda Şama gedən (on iki min nəfərlik) qoşununa başçı təyin edən zaman buyurduğu tövsiyələrindəndir.

Hər səhər-axşam Allahdan qorx. (Onun göstərişlərinə zidd görmə.) Nəfsin barəsində aldadıcı dünyadan çəkin. Heç vaxt ondan əmin və xatircəm olma. Bil ki, əgər nəfsini sevdiyin şeylərin çoxundan (nəticədə sənə çatacaq) xoşagəlməzliklərinə görə saxlamasan və qarşısını almasan, arzu və istəklər sənə çoxlu zərər-ziyan vuracaq. Buna görə də nəfsinin (şəhvət istəklərinin) qarşısını alaraq ona mane ol və qəzəb zamanı özündən çıxmağı özündən uzaqlaşdır.


57-ci məktub
İmam Əli əleyhis-salamın Mədinədən Bəsrəyə (Cəməl tərəfdarları ilə müharibə etmək üçün) hərəkət edərkən Kufə əhalisinə olan məktublarındandır (ki, onda, onlardan kömək istəyib).

Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: mən öz qəbiləmin məkanından (Mədinədən, Bəsrəyə getmək qəsdi ilə) çıxdım, halbuki (həqiqəti dərk etməyib öz zəmanəsinin imamını tanımayan şəxsin nəzərində) ya zalımam, ya da məzlum, ya təcavüzkaram, yaxud da təcavüzə məruz qalan. (Hər halda) mən, Allahı bu məktubum çatan hər bir kəsin yadına salıram ki, tez yanıma gəlsin. Əgər hərəkətim düz olsa (görsə ki, bu işdə düzgün davranıram), mənə kömək etsin. Hərəkətimin düz olmamasını gördükdə isə, məndən düzlüyə və onların razı olduqları şeyə qayıtmağı istəsin.1



Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə