NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları


أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ



Yüklə 15,72 Mb.
səhifə73/85
tarix19.11.2017
ölçüsü15,72 Mb.
#11268
1   ...   69   70   71   72   73   74   75   76   ...   85
أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ» «Harada olursunuz olun, hətta uca möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq

2 Necə ki, Qurani-Kərimin Nisa surəsinin 56- ayəsində buyurur: «إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُواْ الْعَذَابَ إِنَّ اللّهَ كَانَ عَزِيزًا حَكِيمًا » «Ayələrimizi (Peyğəmbər Qurani-Kərimi) inkar edənləri tezliklə elə bir oda atacağıq ki, onların dəriləri yanıb bişdikcə, əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah (onlara əzab verməyə) qadir biləndir

3 Necə ki, Qurani-Kərimin Zuxruf surəsinin 74-77-ci ayələrində buyurur: «إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ وَمَا ظَلَمْنَاهُمْ وَلَكِن كَانُوا هُمُ الظَّالِمِينَ وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ قَالَ إِنَّكُم مَّاكِثُونَ» «Günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar. Onların bu əzabı yüngülləşdirilməyəcək həmin əzab çətinlik içində (Allahın rəhmətindən) naümiddirlər. Biz (əzabla) onlara zülm etmədik, amma onlar özləri özlərinə zülm etdilər (ki, Allahın Peyğəmbərin dünyada axirət xoşbəxtliyinə səbəb olan göstərişlərinin əksinə hərəkət etdilər). Onlar Cəhənnəmin gözətçisini çağırıb deyəcəklər ki, Rəbbindən bizim barəmizdə hökm etməsini istə (bizi öldürsün ki, bu əzabdan qurtulaq). O deyəcək ki, siz (burada) qalacaqsınız ( öləcəksiniz, ondan qurtula biləcəksiniz)».

1 Bəndənin Allah barəsindəki gümanı qədər yaxşı olsa, qorxusu da o qədər artar Onun razılığı olmayan işi görməz ki, məbada ondan inciyə. İbn Əbil-Hədid burada dördüncü imam Əli ibn Hüseyn əleyhis-salamdan nəql edir: «Əgər Allah-təala Kitab göndərib onda bir nəfərə əzab verəcəyini yazsa, mən həmin şəxsin özüm olacağımı güman edərəm. Yaxud onda bir nəfəri bağışlayacağını yazsa, ümidvaram ki, o mən olum. Əgər məni hökmən əzaba düçar etməli olsa belə, yenə öz səyimi artıraram ki, məbada özümə gələndə nəfsim məni məzəmmət etsin

1 Buna görə aldanaraq bu iki başçıya bir gözlə baxıb azğınlıq yolunun başçısı kimi ikiüzlülüyü öz adətiniz etməyin. İmam əleyhis-salam Müaviyə onun kimilərini başçı adlandırıb, necə ki, Allah-təala da onun kimiləri azğınlıq zəlalət başçıları adlandırıb. Qurani-Kərimin Qəsəs surəsinin 41-ci ayəsində buyurulur: «وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ وَيَوْمَ الْقِيَامَةِ لَا يُنصَرُونَ» «Biz onları Cəhənnəm oduna çağıran azğınlıq rəhbərləri etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtulmaq üçün) heç bir kömək edilməyəcəkdirİbn Əbil-Hədid burada belə yazır: «İmamın Müaviyəni Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) düşməni hesab etməsindən məqsəd onun Qureyşlə müharibə günlərindəki düşməniçiliyi deyil, bəlkə məqsəd Müaviyənin indi Peyğmbərin (səlləllahu əleyhi alih) düşməni olmasıdır. Buna dəlil Peyğəmbərin (səlləllahu əleyhi alih) İmam Əliyə buyurduğu «وَ عَدُوُّكَ عَدُوِّى وَ عَدُوِّى عَدُوُّ اللهِ» «Sənin düşmənin mənim düşmənimdir mənim düşmənim Allahın düşmənidir» kəlamıdır.

2 Bəli, münafiq ikiüzlüdən qorxmaq onun şərinin dəf edilməsini Allahdan istəmək lazımdır. İmam əleyhis-salamın 185-ci xütbədə onların əlamət davranış üslublarını şərh etmişdir.

1 Burada Müaviyənin nadürüst iddialarını puç sözlərini xatırladıb öz davamçılarının diqqətini dəlil sübut gətirmə məqamında çox əhəmiyyətli həqiqətlərə yönəltmişdir. Buna görə Seyyid Rəzi əleyhir-rəhmə buyurmuşdur ki, «bu, ən gözəl məktublardandır». Hərçənd ki, o Həzrətin hər bir məktubu hər bir sözü öz yerində gözəlliyin son dərəcəsindədir.

2 Mərhum İbn Meysəm burada belə buyurur: «Həcər» Bəhreyndə bir şəhər adıdır. Orada xurma bağları çox, xurma isə boldur. «كَناقِلِ التَمْرِ إِلَي هَجَرَ» «Həcərə xurma vuran kimisən» məsəlinin əsli belə olub: Həcərdən olan bir kişi Bəsrə şəhərinə mal aparır ki, onu satıb əvəzində aldığı şeydən xeyir götürsün. O, Bəsrədə xurmadan kasad bir şey tapmır. Buna görə xurma alır Həcər şəhərinə vurur. Xurmaları öz evində saxlayaraq, onun qiymətinin qalxmasını gözləyir. Amma qiymət günü-gündən aşağı düşür sonda xurmaların hamısı xarab olub əldən gedir. İndi bu məsəl bir şeyi mədəninə vətəninə, bol olduğu yerə aparan şəxs barəsində çəkilir. «كَداعِى مُسَدِّدِهِ إِلَى النِّضالِ » «öz müəllimini ox atmaq müsabiqəsinə çağıran şəxs kimisən» məsəli isə, birini özündən daha yaxşı bildiyi şey barəsində xəbərdar etmək istəyən şəxs barəsindədir.

1 «لَقَدْ حَنَّ قِدْحٌ لَيْسَ مِنْها» «Yarış qumar oxlarından olmayan ox səs çıxartdı» məsəli belə olub ki, ərəblər qumar oxlarını bir örtüyün altına qoyur onların səs çıxarmaları üçün bir-birinə qatışdırardılar. Bəzən səsdən, onların arasında ayrı yad bir ox olmasını bilirdilər.

1 Çünki namaz qurtardıqdan sonra mələklərin digər bir dəstəsi gəlirdi Peyğəmbər bir daha onlarla birlikdə ona namaz qılırdı. Bu, ancaq Həzrət Həmzənin (Allah ondan razı olsın) xüsusiyyətlərindəndir.

2 «فَدَعْ عَنْكَ مَنْ مالَتْ بِهِ الرَّمِيَّةُ» «Ovun yoldan qaytardığı kimsəni uzaqlaşdırmaq» məsəli düz yoldan çıxıb əyri yol ilə gedən şəxs barəsindədir. Məqsəd budur ki, Əmr ibn As kimi dünya ovu tamahı ilə haqq yoldan çıxanlara tabe olma onların sözlərinə qulaq asma.

3 Allah bizi seçib xalqa bizə tabe olmağı bizi sevməyi əmr edib. Bizə bizimlə Onun arasında heç bir vasitənin olmaması xalqla Allah arasında bizim vasitə olmağımız kimi böyük nemət əta edib.

1 Məqsəd Bəni-Əbd Mənaf, Bəni-Zöhrə, Bəni-Əsəd, Tim Bəni-Haris ibn Fəhrə ilə bənin başçılığının Bəni-Əbduddarın əlində olan hissəsini geri almaq üçün Bəni-Quseyy müharibəsi aparmağa and içmiş Əsəd ibn Əbdülüzzadır ki, onlar döyüş başlamamış əhdlərini pozaraq dağılışıblar. Bəziləri deyiblər ki, «əsədul-əhlaf» Müaviyənin ana babası Ütbə ibn Rəbiədir. Bəziləri deyiblər ki, «əsədul-əhlaf» Xəndək müharibəsində müxtəlif dəstələri bir yerə toplayaraq onları Peyğəmbəri (səlləllahu əleyhi alih) öldürməyə and vermiş Əbu Süfyandır.

2 Məqsəd Üqbə ibn Əbu Müitin uşaqlarıdır ki, Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) onun «مَنْ لِلصَّبِيَّةِ» «uşaqlar üçün kim qalacaqsualının cavabında «həm sən həm onlar üçün atəş var» buyurub. Yaxud da məqsəd Mərvan ibn Həkəmin uşaqlarıdır ki, küfrləri nəticəsində Cəhənnəm əhli oldular.

3 Əbu Süfyanın bacısı Ummu Cəmil Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi alih) düşmənçilik ədavətinin çoxluğundan axşam çiyinlərində tikan kol daşıyaraq o Həzrətin keçdiyi yola tökürdü. Allah-təala Qurani-Kərimin Əbu Ləhəb surəsinin 3-4- ayələrində Ummu Cəmil onun əri Əbu Ləhəb barəsində belə buyurur: «سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ » «O tezliklə alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti həmçinin

1 İmam əleyhis-salam «أُوْلُواْ الْاَرْحَامِ» «qohumluq» barəsindəki ayə ilə ona görə kifayətlənmədi ki, çox yaxın qohumların yad bir-birindən ayrı dinlərdə olmaları da mümkündür. Qurani-Kərimin, Hud surəsinin 46- ayəsində Həzrət Nuhun oğlu barəsində buyurduğu kimi: «إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ» «O sənin ailəndən deyildir. Çünki o, nalayiq bir əməl (sahibi)dir». Zahiri mənəvi yaxınlıq, yəni, qohumluqla itaət tabeçilik bir yerdə olanda isə canişinliyə ləyaqət məsələsində heç bir şəkk-şübhə qalmır. Məlumdur ki, İmam əleyhis-salam onun əhli-beyti qohumluq itaətkarlıqlarına görə xilafət imamət məqamına layiqdirlər heç kəsin bu məsələdə onlardan qabağa düşmək haqqı yoxdur.

2 Mühacirlərin Ənsara gətirdikləri dəlillər kəsərli qaneedici olmayıb icma gerçəkləşməyib, halbuki Mühacirlərin dəlil sübutları qaneedici olub yerinə düşüb, amma itaət tabeçilik şərti ilə! Onda həmin dəlil İmam əleyhis-salamın ləyaqətliliyini sübut edir.

1 Çünki bu sözlərinlə mənə edilmiş zülmləri üzə çıxarmısan. Mənim zülm, sitəm, ikrah məcburiyyətlə beyət etməyimi iqrar etdiyin üçün bilməlisən ki, zülm sitəmlə gerçəkləşən icma düz olmayıb haqq onu inkar edənlədir. Beləliklə, xəlifələri məzəmmət, özünü isə rüsvay etmisən.

2 Müaviyə ilə Osmanın ikinci babaları Üməyyə ibn Əbdüşşəmsdir. Belə ki, Müaviyə ibn Əbu Süfyan ibn Hərb ibn Üməyyə, Osman isə ibn Əffan ibn Əbilas ibn Üməyyədir.

1 Deyirlər ki, o Həzrət, Osmanla xalq arasında barışıq yaradaraq fitnə qalmaqalı yatırtmaq istəyirdi. Osman Müaviyənin köməyinə arxalandığı üçün bu işə razı olmadı o Həzrətin bu məsələdən kənara çəkilməsini istədi. Osman Müaviyənin yanına adam göndərərək onun tez köməyə gəlməsini istədi. Müaviyə isə çox ləngidi Şamdan çıxandan sonra çox yavaş hərəkət edirdi ki, nəhayət, Osmanın öldürülməsindən xəbər tutdu Şama qayıdaraq müstəqillikdən hökumətdən dəm vurdu. Buna görə İmam əleyhis-salam onun Osman barəsindəki həqiqətə zidd «ürəkyananlığı» haqqında buradakıları buyurmuşdur.

2Bu şerin birinci misrası belədir: «
Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə