Nəqliyyat sisteminin cəmiyyətin inkişafında, əhalinin və dövlətin yük və sərnişin daşımalarına olan tələbatının ödənilməsində rolu



Yüklə 23,04 Kb.
tarix24.03.2023
ölçüsü23,04 Kb.
#103109
referat 2608


Nəqliyyat sisteminin cəmiyyətin inkişafında, əhalinin və dövlətin yük və sərnişin daşımalarına olan tələbatının ödənilməsində rolu
Nəqliyyatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəli olmuş, istehsal sahələrinin inkişafında və məhsuldar qüvvələrin formalaşmasında təsir edici amillərdən biri olmuş, daim təkmilləşmiş və formalaşmışdır. Nəqliyyatın inkişafında və onun sahələrinin formalaşmasında tarixən yer kürəsinin ayrı-ayrı regionlarının, dəniz və okeanların öyrənilməsi nəticəsində və həmin ərazilərə gediş-gəlişin təmin olunması zərurətindən irəli gələrək nəqliyyatın ayrı-ayrı sahələrinin inkişafına daim diqqət artırılırdı. Əgər cəmiyyətin inkişafında maddi nemətlər istehsalı üçün məhsuldar qüvvələrin inkişafı zəruri sayılırdısa, istehsal olunmuş məhsulların daşınması üçün nəqliyyat sahələrinin inkişafı tələb olunurdu. Lakin qeyd etmək lazımdır ki, dünya nəqliyyatının formalaşmasında ayrı-ayrı dəniz və quru yollarının müəyyən olunmasında görkəmli səyyahların çox böyük xidmətləri olmuşdur. Xüsusilə dünya dəniz yollrının açılmasında Avropanın dəniz sahili ölkələrində dənizçiliyin inkişafı ilə əlaqədar olaraq, dənizçilikdə uzun illər qazandıqları təcrübələr əsasında dünyanın müxtəlif ölkələrinə səyahət etmiş və yeni dəniz yollarının açılmasında nailiyyətlər qazanmıdılar. Avropa səyyahlarının xidməti əvəzolunmazdır. Hələ orta əsrlərdə dünyanın Avropa ölkələri ərazisində yerləşən adalara dəniz yolu açmaq və həmin adalarda yerləşən təbii sərvətləri istehsal dövriyyəsinə cəlb etmək məqsədilə İrland səyyahlarının böyük xidmətləri olmuşdur.
Dünya iqtisadiyyatının inkişafında və dünya ölkələri arasında əlaqələrin yaradılmasında quru yolların müəyyən olunması da mühüm əhəmiyyətə malik idi. Qədim zamanlarda başlamış sənayeləşmə dövrünə qədər yer kürəsinin quru ərazilərinə müxtəlif səyyahların getməsi ayrı-ayrı regionlara çıxış yollarının müəyyənləşdirilməsi haqqında məlumatlar toplanmaqla yanaşı mühüm xammal ehtiyyatlarının yerləşdiyi ərazilər haqqında tamtəsəvvür yaranırdı. Quru yollarının müəyyən olunması, dəniz yollarının müəyyən olunması qədər çox çətinliklərlə başa gəlirdi.
Yer kürəsinin quru ərazilərinin öyrənilməsində, ölkələrarası yolların müəyyən olunmasında böyük xidməti olan səyyahlardan biri də Marko-polo olmuşdur. O, Avropa ölkələrindən başlamış Mərkəzi, Şərqi və Cənubi Asiya ölkələrində olmuş, Çinlə-Orta Asiyanı birləşdirən Böyük İpək yolunun birləşməsinə gəlib çıxır. O səyahətinin ikinci dövründə Cənubi Asiya ölkələrinə və İran körfəzi sahillərinə gələrək bütün bu ərazilərdə olan yolların xəritəsini tərtib etmişdir.
Dünya ölkələrinin iqtisadi inkişafında tədqiq edilmiş hər bir ərazinin təbii iqtisadi şəraitinin müəyyən olunması və bu əsasda həmin resurslarının istehsal dövriyyəsinə cəlb olunması üçün məhsuldar qüvvələrin inkişafı dövrün tələblərinə cavab verəcək səviyyədə formalaşırdı.
XX əsrdə dünya iqtisadiyyatının inkişafında bir sıra social-iqtisadi amillərlə yanaşı nəqliyyat faktoru da mühüm rol oymamışdır. Dünya ölkələrinin təbii resurslarından istifadə etmək üçün əvvəlki primitive nəqliyyatdan fərqli olaraq ölkələrarsı iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayan dəmir yolu, dəniz nəqliyyatı, avtomobil nəqliyyatı, boru kəmər və hava nəqliyyatı inkişaf etdirilməsi iqtisadi inkişafa müsbət təsir göstərir. Dəniz nəqliyyatından daha səmərəli istifadə etmək məqsədilə və dəniz yollarının qısa məsafələrdən keçməsini təmin etmək üçün yeni xammalların çəkilməsi diqqət mərkəzinə yönəldilmişdir.
XX əsrin sonunda dünya ölkələrində qədim inteqrasiya prosesləri özlüyündə nəqliyyatın sahələr üzrə intensive inkişafını tələb edirdi. Bu dövür üçün kütləvi yüklərin uzaq məsafələrə daşınmasında dəmir yoluna daha çox üstünlük verilirdi. XIX əsrin sonunda XX əsrin əvvəllərində dünya ölkələri üçün dəniz nəqliyyatı ilə yüklərin daşınması daha səmərəli hesab olunurdu. Yəni dünya ölkələrində yük tutumu daha çox və intensiv hərəkətə malik olan tankerlərin istehsalının həyata keçirilməsi dəniz nəqliyyatı ilə yük daşınmanın xüsusi çəkisinin başqa nəqliyyat sahələrinə nisbətən artmasına zəmin yaratdı. Dünya nəqliyyatın inkişafı yalnız yük və sərnişin daşınmasına əməliyyatlarını yerinə yetirilir, eyni zamanda yük milyonlarla əhalinin işlə təmin olunmasında, quruda və suda olan zəngin təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasında, əhalinin məskunlaşmasında, şəhərlərin, qəsəbələrin, kəndlərin formalaşmasında mühüm sənaye və nəqliyyat qovşaqlarının, limanların inkişafında mühüm iqtisadi əhəmiyyət kəsb edir.
XXI əsrin əvvəllərində yuxarıda qeyd olunan sahələrin daha qlobal xarakter alması və nəqliyyatın dünya ölkələrinin iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alıb, müasir tələblər baxımından təhlil və tədqiq olunması olduqca vacibdir.
Dünyanın nəqliyyat yolları və nəqliyyat vasitələri dünya nəqliyyat sistemini təşkil edir. O, əsasən XX əsrdə yaranmışdır. Bu sistemdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin və həmçinin regionların nəqliyyat sistemini xüsusilə qeyd etmək lazımdır.
Şimali Amerikanın regional nəqliyyat sistemi daha yüksək səviyyədə inkişaf etmişdir..Avropa Şimali Amerikadan yüklərin daşınması məsafəsinə görə geri qalır, ancaq onu yolların sıxlığına görə qabaqlayır.
Dünya nəqliyyat xəttlərinin 10%-i MDB ölkələrinin payına düşür. Ancaq MDB yük daşınmalarının həcminə görə dünyada birinci yeri tutur. Hər il bütün nəqliyyat növləri ilə 100 milyard tondan çox yük və 1 trilyon sərnişin daşınır. Bu daşınmalarda 650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu lokomoyivləri iştirak edir və bu rəqəmlər ilbə-il artır.
Son dövrlərdə dünyanın nəqliyyat sistemində güclü keyfiyyət dəyişiklikləri baş verir. Beləki, elektirikləşmiş dəmir yolları çoxalmışdır. Bərk asvalt örtükləri avtomobil yolları artır. Boru kəmərlərinin diametri artmışdır.Dünya yük dövriyyəsində dəniz nəqliyyatı liderlik edir, getdikcə dəmiryolu nəqliyyatınin xüsusi çəkisi getdikcə azalır və boru kəməri nəqliyyatının payı isə getdikcə yüksəlir. Dəniz nəqliyyatının əsas yükləri əsasən maye və torpaq halında olan yüklərdir:
Neft-1000, neft məhsulları 300, dəmir filizi 340, daş kömür 370, dənlilər 250 ( mln ton il ərzində)
Dünya yük daşınmaların ın əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, son dövrlər yüklərin daşınmasında konteynerlərdən geniş istifadə edilir. Dünyada daşınan yüklərin 40%-ə qədəri bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Dəniz nəqliyyatı ilə dəmir yolu nəqliyyatı arasında və konteyner daşıyan yük avtomobilləri arasında sıx əlaqəli yük daşınmaları həyata keçirilir.
Yüklə 23,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə