27
Avropa kapitalizmi, Avropa sənayesi başqa dövlətlərin hesabına inkişaf edirdi.
Çətin ki, ingilis fəhlə hökuməti Hindistanda istismarçı siyasətindən əl çəksin.
Bir halda ki, belə bir siyasət, sözün yaxşı mənasında iqtisadi asılılıq siyasəti
mövcud olacaqdır, lakin daha dəqiq desək, bu, bir xalqın başqa bir xalq üzərində iqtisadi
əsarət siyasəti olacaqdır, deyə bilərikmi, əgər belə demək mümkünsə, biz dərhal
beynəlmiləlçi mühit yaradacağıq.
Sovet Rusiyası ilə Sovet Almaniyası arasında olan qarşılıqlı münasibətlərdə də
eyni ilə bu cür olacaqdır. Eyni vəziyyət Sovet Rusiyası və ucqar respublikalar arasında
baş verir.
Gözəl nitqlər söyləmək olar, lakin gözəl iş görmək çətindir.
Lakin Azərbaycan məhz gözəl iş görmüşdür.
Sovet Azərbaycanı özü könüllü olaraq neftin Sovet Rusiyası zəhmətkeşlərinə
mənsub olduğunu elan etmişdi, lakin Sovet respublikasında başda “kral” Serebrovski
59
olmaqla “monarxiya” yaratmaq nəyə lazım idi, o indiyə qədər elə bilir ki, azərbaycanlıları
aypara və ulduzla aldadır.
Yox, hər bir fəhlə və kəndliyə neftin Sovet Rusiyası üçün nə demək olduğu izah
edilmişdir.
Azərbaycan birinci il nəinki neft verir, hətta öz dövlət kassasından fəhlələrin
məvacibini də ödəyirdi.
Bundan da artıq beynəlmiləl nə ola bilər?
Mən israr edirəm ki, mənimlə mərhəmanə söhbət zamanı azərbaycanlılardan
kimsənin Azərbaycanın ən gəlirli mənbədən məhrum olması haqqında öz narazılığını
bildirməsi halı olmamışdır, lakin Serebrovskinin Sovet Azərbaycanını tanımaq
istəməməsi barəsində çoxlu söz-söhbət olmuş və indi də vardır.
Bax, budur milli təmayülü yaradan.
Xəstəxana üçün cərrah həkim lazımdır. İki namizəd vardır: yəhudi Belenki, bitərəf,
birillik stajı olan, Azərbaycanda tamamilə yeni adam və türk Talışinski, beşillik stajı olan,
yerli əhalinin yaxşı tanıdığı adam.
Hər ikisi 8 səs qazanır.
Nəyə görəsə Bakı İcrakomu Belenkini təyin etmək istəyir.
Ona görə ki, Belenkinin qardaşı – BEKA-nın üzvüdür, BEKA isə İcrakomun sədri
yol. Krılova
60
Belenkini təyin etməyi əmr edir. Mənim müdaxilə etməyim, nəhayət,
Belenkiyə öz qardaşını yerləşdirməyə imkan vermir.
Əgər indi Neftkomun və Baksovetin qulluqçularının tərkibinə nəzər salınarsa,
onda qərəzsiz müşahidəçi dəhşətə gələr. Yerli müsəlman mühəndislər və ümumiyyətlə
ziyalılar alver edir, bu müəssisələr isə rus, erməni və yəhudilərlə doldurulmuşdur.
Azərbaycan kəndlisi ağ neft olmadığı üçün talaşa yandıranda, azərbaycanlı
vətəndaş Tiflisdə ağ neftin Gəncədəkindən ucuz satıldığını görəndə, istər-istəməz bütün
bunları törədənlərin ünvanına tənə, müstəmləkəçilikdə ittiham və i.a. eşitməyə məcbur
olursan.
28
Mən neft məhsullarından Azərbaycanın xeyrinə faizli ayırmalara dair düz bir il
yol. Serebrovski ilə mübarizə aparmışam, işi Siyasi Büroya qədər çatdırmışam, Siyasi
Büro bu ayırmanı
61
yerinə yetirməyi qərarla yol. Serebrovskiyə bir vəzifə olaraq
tapşırmışdı. Nə üçün yol. Serebrovski indiyə qədər bunu lazımınca yerinə yetirmir. Nə
üçün respublika EMKA-sı bu qərarın icrasına nəzarət etmir. Ona görə ki, Kirov,
Mirzoyan yoldaşlar və onların kompaniyası işə saymaz münasibət bəsləyirlər. Buna
diqqət yetirmək üçün, əgər belə demək mümkünsə, gərək həqiqətən beynəlmiləl qəlbə
malik olasan. Azərbaycanda kəndlilərin cəhalət bataqlığına boğulması onların əsla vecinə
deyil. Bəs MİK-in sədri Ağamalıoğlu
62
, Xalq Komissarları Sovetinin sədri Musabəyov
kimi məsul müsəlman işçilər nə iş görürlər.
Bəli, bu bədbəxtlər bu vəzifələrə irəli ona görə çəkilmişlər ki, sussunlar...
Bu, Azərbaycanda onun marağı haqqında daha söz-söhbət olmasın deyə
mənim namizədliyimi SSRİ MİK sədrliyinə göstərən Serqo Orconikidzeyə də yaxşı
məlumdur. Ona özünün heç bir xüsusi fikri olmayan, yalnız icraçı adamlar lazım
idi. İşə belə münasibət şübhəsiz ki, milli antoqonizmi genişləndirir.
Mən həmişə bu nöqsanları göstərirdim və əlbəttə əleyhdarlarımın dili ilə desək
“millətçi” adını qazanmışam.
Müqabil tərəfin millətçilik təmayülü olduqca, bu tərəfin də millətçilik təmayülü
olacaqdır.
Bunu iki, üç, dörd ilə aradan qaldırmaq mümkün deyil, çünki Nikolay və onun
iyrənc həyata keçirmə üsulları zamanı böyük dövlətçi xalqın siyasəti ucqarların yaddaşına
həkk olmuşdu.
Yaralar həddən artıq dərin və təzədir.
Rus işçilərinin təkəbbürlü hissləri də beləcə təzədir.
Beləliklə, ucqarlarda milli təmayül, lakin ucqar respublikaların zərərinə Sovet
Rusiyasının müdafiəsi həmin dildə beynəlmiləl akt adlandırılır.
Hal-hazırda əgər Sovet Rusiyası layiqli adamlara malik olsaydı, onların köməyilə
Mərkəzin səmərəli layihələrini həyata keçirə bilərdi ki, əlbəttə, onda heç kim buna etiraz
etməzdi: canlı qüvvələrin səmərəli bölüşdürülməsi enerjinin daha az sərf edilməsinə və
əmək məhsuldarlığının artmasına səbəb olardı.
Birincisi bu.
İkincisi: Əgər Mərkəz o qədər qüvvətli və varlı olsaydı ki, ucqarları bütün zəruri
şeylərlə təchiz etsin, bu halda Mərkəzin hakimiyyəti ələ keçirməsi cəhdinə ucqarlarda da
müqavimət göstərilməzdi.
Lakin beşillik təcrübə aşağıdakıları göstərir:
Mərkəzdən olan işçilər hazırlıqlı olmadıqları üçün ya işi korlayır, ya da həmin
Respublikada öz vəziyyətlərini möhkəmləndirmək üçün “milli təmayül” uydururlar və
işlə deyil, xəbər gəzdirməklə məşğul olurlar, “solların” mənşəyi də buradan başlayır.
Çox əfsuslar olsun ki, bu, Mərkəz tərəfindən təqdir edilir.
Beləliklə, işimiz üçün fəlakətli olan yerli işçilərlə mərkəzçilər arasında süni
surətdə mübarizə yaradılır.