29
İkinci hadisə göstərir ki, Mərkəz müəyyən sahəni özünə tabe edərək nəinki heç bir
şey vermir, hətta həmin Respublikanın axırıncı
tikəsini belə, əlindən alır.
Bu da qeyri-normal qarşılıqlı münasibətlər yaradır.
Və bu zaman Mərkəzin cahanşümul istilaçı siyasətindən danışmağa başlayırlar.
Bu, velikorus xalqının xüsusi hüquqları haqqında danışılması üçün bir daha əsas
verir.
Əslinə qalanda, axı Mərkəz özünün bu kimi hərəkətlərinə haqq qazandırmalıdır;
özü də indi, bizim kommunizmdən çox-çox uzaqlaşdığımız bir vaxtda.
Ya hər şeyi götürün, ucqarların tikintisini elə aparın ki, onlar Mərkəzlə təbii olaraq
birləşmək üçün düzgün inkişaf etsinlər.
Ya da, əgər qeyd edilmiş səbəblərə görə bunu edə bilmirsinizsə, bunu etməyi yerli
işçilərə etibar edin.
Bütün Sovet respublikalarının fəhlə qüvvələrini birləşdirmək, bu qüvvənin təsiri
altında bütün respublikalarda bütün işləri həyata keçirmək zəruridir, lakin bu hələ yerli
orqanları simasızlaşdırmaq, onların müstəqilliyini əllərindən almaq demək deyildir.
Dəmir yollarını, deməli, dəmir yol qüvvələrini (şübhəsiz, fəhlə) birləşdirmək, bu
bizim proletar inqilabımızın tələbidir, lakin müstəqil respublikanın müəyyən ərazidə
dəmir yoluna olan nüfuzunu elə əlindən almaq ki, həmin respublika məlum yükü öz
ərazisində bir məntəqədən başqa məntəqəyə göndərmək üçün mərkəzi orqanın icazəsi
olmadan müstəqil aparmaq hüququna malik olmasın – bu artıq Sovet hakimiyyətinin hər
cür prinsipinə ziddir.
Bütün bu ziddiyyətlər milli məsələni yaradır və dərinləşdirir.
Ən acınacaqlısı isə odur ki, partiyamız özü də hiss etmədən bu məsələyə cəlb
olunur, öz təmizliyini, qərəzsizliyini və daxili birliyini itirir.
Sovet respublikasının məlum hüquqlarını əlindən alan məlum layihənin sovet
qaydasında iddia ediləcəyini qabaqcadan bilərək bu layihə axırıncı tərəfindən partiya
qaydasında tətbiq edilir.
Bu o deməkdir ki:
Danışıqsız layihəni qəbul və tətbiq et.
Bizim partiya kristal təmizliyi ilə seçilməlidir və onun qərarlarına biz dərin hörmət
hissi bəsləməliyik; lakin biz buna, müqəddəslər müqəddəsi yaratmağa can atırıqmı.
Yol. Lenin sonuncu partiya qurultayında nəhayət, məhz hər cür məsələləri
partiyaya keçirmək, yəni partiyanı nüfuzdan salmaq haqqında söz açanda min dəfə haqlı
idi.
Lakin təəssüf ki, bizdə RKP EMKA-nın çoxlu məsul katibləri və müvəkkilləri
vardır ki, onlar xüsusi həvəslə elə məsələləri partiya orqanlarından keçirirlər ki, həmin
məsələlərin həlli sistematik olaraq partiyanın təməlini sarsıdır.
RKP (b) XI qurultayı nəzərdə tutulur (1922-ci ilin mart-apreli)
30
Şübhəsiz, əgər partiyanın roluna belə münasibət daha da güclənərsə, onda təbib
olaraq ucqar respublikalarda Mərkəzi komitələrin tərkibi və RKP MK özünün tərkibi
haqqında məsələ ortaya çıxar.
Həqiqətən, görəsən hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edən partiya
vardırmı. Mən təsdiq edirəm: belə bir partiya yoxdur və mirzoyanlar öz iyrənc
siyasətlərindən, Azərbaycanı simasızlaşdırmaq siyasətindən əl çəkməyənə qədər də
olmayacaqdır. Bütün bunları yerində yoxlamaq asandır, lakin indiki BEKA tərkibinin
köməyi ilə deyil, ümumiyyətlə, bilavasitə fəhlələrlə və xüsusən də müsəlman fəhlələrlə
birlikdə yoxlamaq lazımdır. Lakin bunu elə təşkil etmək lazımdır ki, hər bir fəhlə verdiyi
ifadəyə görə sabahısı gün Mirzoyan tərəfindən işdən qovulmayacağını bilsin. Mən
burada Mirzoyanın fikrincə mənim tərəfdarlarım olan və buna görə də partiyadan və
ittifaqdan xaric edilən iki fəhlənin ifadəsini nəzərinizə çatdırıram. Lakin Siyasi Büro
müsəlman fəhlələri və hətta rus fəhlələri qarşısında onlardan kimin mənə qarşı olduğu
sualını qoysaydı, maraqlı olardı. Bu zaman yalan və həqiqət öz yerini tapardı. Bəs
kəndlilər nə deyirlər? Onlar kimin arxasında gedirlər? Bütün bunları yoxlamaq maraqlı
olardı. Mirzoyanlar şübhəsiz millətçi əhval-ruhiyyəli rus fəhlələrinin bir qisminin fikrinə
istinad edə bilərlər... Məhz belələrindən də partiya təşkil olunmuşdur. Müsəlman
fəhlələrin sayı (partiya üzvü olan) süni surətdə azaldılır. Mirzoyan diskusklubda hətta
demişdi: fars fəhlələrindən partiyaya qəbul etmək lazım deyil, - bu qəribə deyilmi. Sərkis
Azərbaycanın sovetləşdirilməsindən sonra, gizli fəaliyyət göstərən fəhlələri – 500 nəfər
farsı – partiyadan qovmuş, Mirzoyan isə indi fars fəhlələrini partiyaya qəbul etmək
istəmir.
Mən bildirirəm ki, partiya günbəgün deyil, saatbasaat parçalanır; işçilər, hətta
məsul işçilər ciddi partiya işi ilə məşğul olmaq əvəzinə, bir-birindən xəbərçilik etməklə
məşğuldurlar.
Mərkəzin yerli işçilərə inanmaması yerlilərin Mərkəzə inanmamasına gətirib
çıxarır.
Hər yerdə işə laqeyd münasibət gözə çarpır; bir il bundan əvvəl hər bir vicdanlı
işçini əsəbləşdirən şey, indi qulaq ardına vurulur.
“Biz kütləyə daha yalan deyə bilmərik”, bu işçilərin dilindən bax bunu
eşidəcəksiniz.
Azərbaycanda bütün bunlarla yanaşı rus və müsəlman fəhlələr arasında
antaqonizm də başlanmışdır.
Bu hər şeydən betərdir, belə ki, güclü proletar Mərkəz zəifləyir.
Bundan düşmənlərimiz, xüsusən müsavatçılar və ittihadçılar istifadə edirlər, bu da
“solluq oyunu oynayan” yoldaşların işinin nəticəsidir.
Mən təkrar edirəm, lap əvvəldən mənim şüarım belə idi:
Müsəlman fəhlələrini inadla hazırlamaq, yəni iki məqsədə nail olmaq üçün onların
inkişaf səviyyəsini təxminən rus fəhlələrinin inkişaf səviyyəsinə çatdırmaq.
Birincisi: bununla biz hal-hazırda müsəlman və rus fəhlələri arasında mövcud olan
antaqonizmi aradan qaldırardıq.