Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə36/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   32   33   34   35   36   37   38   39   ...   185

117

Tiflisə  qaçanların  bir  qismi  Batumdan  İstanbula  pənah 

gətirirdilər.  Səfarətdəkilər  də  iş  başındaydılar,  təcavüzlə 

üzləşmiş məmləkətin biçarə övladlarına əllərindən gələn yar-

dımı göstərməliydilər. 

Mayın  axırlarına  doğru  işləri  əməlli-başlı  artdı:  hələ  ki, 

bolşevik  hökuməti  Gürcüstanla  sərhədi  möhkəmləndirə 

bilməmişdi, asanlıqla Gürcüstana keçmək olurdu. Yusif Vəzir 

əməkdaşları  Mirzə  Qədirin  başçılığıyla  limana  göndərir, 

qaçqınların  tapılıb  yerləşdirilməsinə,  ilkin  ehtiyaclarının 

ödənməsinə çalışırdı. Əlbəttə, gələnlər səfarətin nə gündə ol-

duğuyla maraqlanmırdılar.

  İyunun  ortalarında  Gəncədə  bolşeviklərə  qarşı  qızğın 

müqavimət göstərildiyi barədə bir qaçqının şəhadətini eşitdi. 

Dediyinə görə, mayın son həftəsində Gəncə min səkkiz yüz 

nəfərdən ibarət qarnizon komandir Əmir Kazım Mirzə Qa-

car-Qovanlının vəzifəsindən uzaqlaşdırılması cəhdinə cavab 

olaraq  qırmızıların  qoşununu  şəhərə  buraxmamağı  qət 

eləyib miş. Neçə gün amansız döyüşlər gedib, qan su yerinə 

axıb, axır ki, bolşeviklərin saysız-hesabsız, ac, yarıçılpaq, tala-

na həris əsgərləri şəhərin müdafiəçilərinin müqavimətini qı-

rıb əhalini qılıncdan keçirib, gülləyə düzüblər, bəzilərisə dağ-

lara qaçmaqla canlarını hələlik qurtara bilmişdilər. Belə çıxır-

dı ki, artıq Milli hakimiyyətin son dayağı da sarsıdılıb, daha 

nəyinsə düzələcəyinə ümid bəsləmək olmaz. 

 O qırğında iyirmi minə qədər adamın qanına qəltan oldu-

ğu  söylənirdi.  Deyirdilər,  qarışıqlığı  fürsət  bilən  ermənilər 

əvvəlcədən gözaltı elədikləri adamları öldürür, evlərini tala-

yırdılar. General Əmir Kazım Mirzə Qacar-Qovanlının qətlini 

bəlkə də başa düşmək olar, üsyana başçılıq eləyənlərdən idi, 

Firudin  bəy  Köçərlini,  İsmayıl  bəy  Ziyadxanovu  niyə 

öldürmüşdülər?  Deyirdilər,  guya  Məhəmməd  Hadinin  qır-

mızıların atlarının dırnaqları altında qaldığını görənlər olub. 

İyulun əvvəllərində şəhər, az qala, boşalıbmış, başını götürən 

Gürcüstana,  qonşu  qəzalara  qaçıbmış.  İstanbula  gəlib  çıxan 

dəstələrdən vəziyyətin ağırlığını təsəvvür eləmək olurdu.




118

Əmir  Kazım  Mirzə  Qacar-Qovanlının  qətli,  təbii  ki, 

kürəkəni  Cahangir  bəyi  əməlli-başlı  sarsıtmışdı.  Binəva,  az 

qala, bir neçə günün içində sınıxmış, qocalmışdı. Yusif Vəzirin 

və  Zeynal  bəyin  ürək-dirək  vermələrinə  baxmayaraq, 

Tiflisdəki  doğmalarının  vəziyyətini  düşünür,  rahatlıq  tapa 

bilmirdi. Bu halda təskinlik də gücsüz, gərəksiz idi. 

Qaçqınların  bir  qismi  bu  fəlakətdə  Xəlil  bəy  Xasməm-

mədovu  və  Məşədi  Əli  Rəfiyevi  günahlandırırdılar.  Dedik-

lərinə  görə,  “Tiflisdən  gürcü  qoşunu  gətirmək”  adıyla  aradan 

çıxmış, camaatı qırmızı yatalağın, erməni terrorunun qurba-

nına  çevirmişdilər.  Deyirdilər,  daxiliyyə  nazirinin  müavini 

Şəfi bəy Rüstəmbəyov özünü Tiflisə çatdırıb, orda “Azərbaycanı 

xilas komitəsi” yaradıb, qırmızılara müqavimət təşkil eləməyə 

çalışır;  deyirdilər,  Əksinqilabla  Mübarizə  Təşkilatının  rəisi 

Nağı bəy Şeyxzamanlı həbs olunmuş qardaşı Məmmədbağır 

bəyi xilas eləyə bilmədən çox çətinliklə Gəncəyə qaçlb, sonra 

Tiflisə yollanıb, indi harda olduğunu bilən yoxdu...

Kinlə, nifrətlə, dərdlə dolu olan adamlara təskinlik vermək, 

onları  yerləşdirmək,  gündəlik  ehtiyaclarını  ödəmək  məşəq-

qətə çevrilmişdi. Üstəlik, bir az imkanlı şəxsləri sular durula-

nacan imkansızları himayəyə götürmək üçün dilə tutmaq la-

zım gəlirdi.

 Sularsa durulmaq bilmirdi...

 Bolşeviklər hərbçilərə, generallara ilk günlər toxunmamış, 

xüsusi  əmr  vermişdilər  ki,  poqonlarınızı  çıxarın,  indi  Qızıl 

Orduda xidmət eləyəcəksiniz. Amma iyulun 15-də hamısını 

həbs eləmiş, Nərimanov Əliağa Şıxlinski və Səməd bəy Meh-

mandarov, Firidun bəy Vəzirovu, Həbib bəy Səlimovu xilas 

eləsə də, Əbdülhəmid bəy Qaytabaşı, Məmməd bəy Sulkeviç, 

İbrahim  ağa  Usubov,  Feyzulla  Mirzə  Qacar,  Əmir  Kazım 

Mirzə Qacar, Firudin Əbunəzirovu... Nargin adasına aparıb 

güllələmiş, boyunlarına daş bağlayıb suya atmışdılar. 

Qarabağda  Nuru  Paşanın  başçılığıyla  üsyan  baş  ver-

mişdi... 




119

 Az sonra Zaqatalada qiyam baş qalxmışdı... 

  Deyilənə  görə,  Müsavatın  gənclik  qolu  Azərbaycanın 

Müstəqilliyi  Təşkilatı  yaradıb  gizli  fəaliyyətə  keçmişdilər. 

Amma  təcrübəsiz  cavanların  qorxunc  bolşevik  qüvvələrinə 

qarşı duruş gətirəcəyinə inana bilmirdi.

 “Böyük dövlətlər “Paris konfransında istiqlaliyyətini tanı-

dıqları  ölkənin  təcavüzə  uğramasına  izin  verməzlər”,  –  o 

günlərdə  görüşdüyü  Xariciyyə  Nazirliyinin  müşaviri  Refik 

Əfəndi Yusif Vəzirə ürək-dirək verirdi.

  Buna  inanmaq  istəyirdi,  amma  ölkəsindən  istilanın  da-

vam eləməsi barədə xəbərlər gəldiyinə görə daha Qərbə ümid 

bəsləmirdi.

 İyulda Mir Abdullanın ikinci məktubu gəldi. Məktub çox 

kədərliydi.  Miri  yazırdı,  maddi  vəziyyətləri  olduqca  ağırla-

şıb, üstəlik, Vətəndə baş verənlərə görə, Əlimərdan bəy də, 

Ceyhun bəy də çox pərişandılar, var-güclərilə çalışırlar ki, bu-

nun təcavüz olduğunu böyük dövlətlərin başçılarına çatdır-

sınlar.  Yazırdı,  Maarif  Nazirliyi  ayrılmış  məbləği  göndərə 

bilmədiyinə  görə,  Əlimərdan  bəy  tələbələrin  ehtiyaclarını 

hələ ki, nümayəndəliyin büdcəsindən ödəyir, amma o vəsait 

tükənəndə vəziyyət lap çətin olacaq; yazırdı, Hacı Zeynalab-

dinin səxavətindən yayda tətilə gəlmələri artıq baş tutmaya-

caq, çünki Hacı malını-mülkünü şura hökumətinə bağışlayıb, 

daha bizimlə bağladığı  müqavilə qüvvədən düşüb; yazırdı, 

Aslan Nansi universitetinə dəyişilmək fikrinə düşüb, əyalətdə 

yaşamaq bir qədər ucuz başa gəlir; yazırdı, hələ səhhəti qay-

dasındadı, özünə fikir verir, narahat olmağa əsas yoxdu.

 Mir Abdulla mayın 28-də Cümhuriyyət bayramını qeyd 

eləyəndə çəkdirdikləri ümid dolu şəkli də göndərmişdi. Bu 

cavanların  hamısı  yadındaydı:  birinci  cərgədəki  İsrafil 

Əşrəfovu, Fərman Nərimanbəylini, Tağı Rzayevi, oturanlar-

dan Cəbrayıl Rəhimovu, Abbas Muradovu, Abbas Əjdər bəy 

Axundovu, Ağaəli Yusifzadəni, Teymur bəy Aslanovu, Zey-

nalabdin  bəy  Hüseynbəyovu,  İsgəndər  Rzazadəni,  Mirzə-



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə