Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə35/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   31   32   33   34   35   36   37   38   ...   185

114

mərhələni başa vurmuşdular, indi Qırmızı Ordunun sərhədi 

keçməyinə heç nə mane ola bilməzdi. Üstəlik, martın əvvəl-

lərində  Əksinqilabla  Mübarizə  Təşkilatı  ləğv  edildiyin dən 

satqınlar meydan sulayırdılar. 

 Cahangir bəy deyirdi, guya, Hacınski hökumət qurmağı 

ona  görə  uzadır  ki,  vaxt  udsun,  Qarabağdakı  nizami  ordu-

muz özünü Bakıya yetirib şimaldan gözlənən təhlükəyə qarşı 

hazır  olsun.  Amma  Zeynal  bəyin  fikrincə,  Məmmədhəsəni 

dövlətin,  hökumətin  taleyi  yox,  öz  taleyi  düşündürür, 

bolşeviklərdən şəxsi gələcəyinə zəmanət almaq üçün əlləşir. 

Elə  o  günlərdə  Hacınskinin  hökumət  qurmaq  səlahiy-

yətindən  imtina  elədiyini,  ardınca  Müsavatdan  çıxıb  bolşe-

viklər partiyasına girdiyini eşidəndə fəlakətin qaçılmaz oldu-

ğunu hiss eləmişdi...

 

***



Bəd xəbəri aprelin son günü günorta saatlarında Cahangir 

bəy gətirdi. Xariciyyə Nazirliyindən dostları vasitəsilə Bakıda 

baş verənlərdən xəbər tutmuşdular, görünür,  bu  Tiflislə te-

leqraf rabitəsi sayəsində mümkün olmuşdu: Hacınskinin im-

tinasından  sonra  bolşeviklər  hakimiyyəti  təhvil  vermək 

barədə Əliheydər Qarayev vasitəsilə parlamentə ultimatum 

göndəriblər,  əks  təqdirdə  hakimiyyətin  Qırmızı  Orduya 

təhvil  verilməsi  üçün  əlindən  gələni  eləyəcək,  parlamentdə 

təmsil olunan siyasi partiyalar qadağan olunacaq. Parlamentsə 

ayın  27-də  axşam  Məmmədyusif  Cəfərovun  sədrliyilə  iclas 

keçirib. Məmməd Əmin deyib ki, iclas açıq olsun, qoy millət 

hansı  şəraitdə  qərar  qəbul  elədiyimizdən  xəbərdar  oldun. 

Məmmədhəsən Hacınski millət vəkillərini ultimatuma boyun 

əyməyə çağırıb. Uzun və gərgin müzakirələrdən sonra rus or-

dusunun  Bakıya  girmədən  birbaşa  Anadoluya  getməsi, 

Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün saxlan-

ması, milli ordunun buraxılmaması, siyasi partiyaların sərbəst 

fəaliyyət  göstərməsi,  Kommunist  (bolşeviklər)  Partiyasının 




115

yaratdığı  hökumətin  müvəqqəti  xarakter  daşıması  və 

Azərbaycanın  gələcək  idarə  formasını  tezliklə  demokratik 

şəkildə təşkil ediləcək parlamentin müəyyənləşdirməsi şərtilə 

ultimatum qəbul edilib. Qərarın əleyhinə bircə nəfər – yalnız 

Ağa Hacı Aşurov səs verib. Dərhal da Yalamada gözləyən ac-

yalavac,  qənimət  intizarında  olan  ordu  ley  kimi  Bakının 

üzərinə şığıyıb. Şəhərdə talanlar var, imkanı olan qaçır. Bir 

neçə  gündən  sonra  mühacirlərin  ilk  dalğası  İstanbula  da 

yetişəcək.

Bu  amansız  zərbəydi,  xeyli  müddət  düşünüb-daşınmaq 

iqtidarını əlindən aldı. Şübhəsiz, kuryer bu səbəbdən qayıt-

mırdı; hökumət səfarətlə məşğul olacaq vəziyyətdə deyilmiş. 

Artıq ölkədə bolşevik rejimi bərqərar olurdu, həmin rejimdəsə, 

şübhəsiz, ona yer yox idi, dönə-dönə bolşevizmin Azərbaycana 

buraxılmamısını  dilə  gətirmiş,  üstəlik,  yazmışdı,  bunu  heç 

vaxt bağışlamazdılar. 

Öhdəsindəki altı nəfərlə, üstəlik, himayəsində olan on bir 

tələbəylə  vəsaitsiz,  ümidsiz,  gələcəksiz  qalmışdı,  neyləyə-

cəyini  kəsdirə  bilmirdi.  Əlac  ona  qalırdı  ki,  kirayələdikləri 

binanın üst qatını boşaltsınlar, kirayə haqqını bir qədər azal-

dıb, gündəlik xərclərini ödəmək üçün yollar axtarıb,  vəziy-

yətin aydınlaşmasını gözləsinlər.

 Geri çağırmadığına görə Fətəli xandan nə qədər incisə də, 

indi ürəyində ona haqq qazandırırdı: bolşeviklərə bu qədər 

meydan vermək olmazdı; üstəlik, öz firqəsinə qarşı qəzəbliydi, 

fikrincə,  ən  böhranlı  məqamda  yetərincə  qətiyyət  göstərib 

Əliheydər kimilərini yerlərində oturtmamışdılar. 

 Küləkli son aprel axşamı Zeynal bəylə ürəkləri qan ağla-

ya-ağlaya  hara  getdiklərinin  fərqinə  varmadan  yarıqaranlıq 

küçələrlə addımlayırdılar. Yusif Vəzir Zeynal bəyin qəfil yoxa 

çıxdığından bir qədər sonra xəbər tutdu. Ayaq saxlayıb dö-

yükdü, nə baş verdiyini dərk eləməyə çalışdı. Axır ki, onun 

beş-on addım arxadakı dükandan çıxdığını gördü.

 “İndi pulum var, gedək Hilmi Əfəndinin yanına, bir az 

dərdimizi dağıdaq”.




116

 “Neylədin yenə?” – Yusif Vəzir təəccüblə onu süzdü.

 “Heç, saatımı satdım, – Zeynal bəy acı-acı gülümsədi, – 

indi vaxtın məndən ötrü mənası yoxdu”.

 “Amma vaxt bu günlə başa çatmır, – Yusif Vəzir ona ürək-

dirək  verməyə  çalışdı.  –  Əksinə,  vaxtımız,  daha  doğrusu, 

vaxtsızlıq bundan sonra başlayır. Bir də ki, hər şeyin itirildiyini 

güman elədiyi məqamda yaşamağı bacaran kəs güclü insandı. İndi 

güclü olmağa çalışmalıyıq”.

 “Cahangir bəyin ardınca göndərməyə ordan adam tapa-

rıq, – Zeynal bəy artıq sərxoş kimi danışırdı. – Bu fani dünya-

da  beş  gün  kef  eləməyə  imkanımız  olmadı.  Müdriklərdən 

kimsə deyib, gün qısamüddətli həyatdı, onu elə yaşamalısan ki, 



elə bil, az sonra öləcəksən, amma qəfildən sənə daha bir gün bəxş 

eləyiblər...  Gəl,  sabah  başımıza  nə  gələcəyini  hardan  bilirik 

axı...”


 Həmişə belə məclislərdən uzaq qaçsa da indi, elə bil, duy-

ğuları  korşalmış,  cismən  də,  mənən  də  dibi  görünməyən 

zülmət quyuya düşmüşdü. Bu mübarizəyə inanmışdı, həya-

tının  milli  əqidəylə  bağlı  olacağını  qət  eləyəndə  otuz  yaşı 

təzəcə tamam olmuşdu, o istəklə də siyasi mübarizə yoluna 

atılmışdı.  Amma  həyatda  məhrumiyyətlər  gördüyü  kimi, 

siyasətdə  də  bəxti  gətirmədi,  çıxdığı  yolun  axırı  faciəvi 

naməlumluğa düçar oldu...

 

***


Aprelin son günlərində İstanbulda olan Xəlil bəy Xasməm-

mədov  səfarətə  gəlib  ürək-dirək  vermiş,  böyük  dövlətlərin 

tezliklə təcavüzün qarşısını alacağını, Bakıya qayıdıb səfarətlə 

bağlı məsələni yoluna qoyacağını demişdi. Onda Xəlil bəylə 

mübahisələri  düşdü,  vəzifəsini  yerinə  yetirməyi  tövsiyə 

eləyən  sabiq  hökumət  üzvünün  cavabını  tutarlı  dəlil-

sübutlarla verdi.

 Cəmi bir həftə sonrasa qaçqınların ilk qəfiləsi İstanbulda 

peyda  oldu.  Qırmızı  ordu  Bakıya  girməmiş  imkan  tapıb 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə