Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə43/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   39   40   41   42   43   44   45   46   ...   185

140

IX FƏSİL

TALEYİN ÜMİDİNƏ

 Yusif Vəzir

 İstanbul 

 Yanvar-sentyabr 1921-ci il

 ...Taleyində yaxşılığa doğru dəyişiklik baş verəcəyilə bağlı 

ümidləri Behbud bəy Cavanşirlə birgə öldü...

 Xəbəri iyulun on səkkizində eşitdi. Bir gün əvvəl ermənilər 

İstanbuldakı qarışıqlıqdan istifadə eləyib Azərbaycanın yeni 

hökumətinin ticarət nümayəndəsini “Pera Palas” oteli qarşı-

sında öldürmüşdülər. Deyilənə görə, “Nemezis” əməliyyatını 

üç  nəfər  –  Misak  Torlakyan,  Yervand  Fundukyan, Arutyun 

Arutyunyan yerinə yetirmişdilər. Bu üçlük Behbud bəyi bir 

neçə gün izləmiş, otelə nə vaxt gəlib-getdiyini, günün hansı 

vaxtında gəzməyə çıxdığını öyrənmişdi. 

 Danışırdılar ki, həmin gün Behbud xan həyat yoldaşı Ta-

mara xanım, qardaşları Surxay və Cümşüdlə axşam saat on 

birdə “Təpəbaşı” ailə kazinosunun İtaliya səfirliyi tərəfdəki 

qapısından çıxıb “Pere Palas” otelinə sarı yönələndə arxadan 

qaça-qaça gələn, şapkasını gözünün üstünə endirmiş cılız bir 




141

erməninin “Mauzer” markalı silahdan açdığı atəşlə ağır yara-

lanıb. Üç  dəfə  dalbadal  açılan  atəşdən  sonra  Behbud  xan 

erməni  qatilin  üstünə  gedib,  amma  gücdən  düşdüyündən 

üzüüstə yerə yıxılıb; daha bir güllə Tamara xanımla birgə qa-

tilin silah tutan əlindən yapışmış iyirmi yaşlı Cümşüdün ya-

nağını sıyırıb; bu zaman Qalatasaray Mərkəzi Polis İdarəsinin 

məmuru  hadisə  yerinə  yetişib,  terrorçu  Misak  Torlakyanı 

qandallayıb;  a

ğır  yaralı  vəziyyətdə  xəstəxanaya  çatdırılan 

Behbud  xan  yarım  saatdan  sonra  heç  bir  tibbi  müdaxilə 

edilmədən  dünyasını  dəyişib;  ölməmişdən  qabaq  deyib: 

“Cənablar, pəncərəni açın, hava çatışmır, mən ağırlaşıram!”

  Nədənsə  qatil  ingilis  qoşunlarının  qərargahı  yerləşən 

“Kroker” otelində saxlanırdı. Bunu da mərhumun yaxınları-

nın terrorçudan qisas alacağıyla əsaslandırırdılar.

 Əlbəttə, xəstəxanaya da getdi, meyitin yerbəyer olunması-

na da kömək elədi, iki gün sonra Beşiktaş qəbiristanlığındakı 

dəfndə də oldu, lakin bu zərbənin ondan ötrü nə qədər ağır 

olduğunu özündən başqa kimsə bilməzdi. Səfarətdən istefa 

verəndən  sonra  keçirdiyi  yeddi  aylıq  sərgərdan  həyatında 

Behbud  bəy  son  ümid  yeriydi,  onu  münasib  bir  işə  düzəl-

dəcəyinə söz vermişdi. Üstəlik, son aylar yaşamıyla maraqla-

nan elə o köhnə tanışıydı. Behbud bəy Almaniyada Frayburq 

Dağ-Mədən  Akademiyasını  bitirmiş,  Londonda  ingilis  dili 

öyrənmiş,  bir  müddət  neft  mədənlərində  mühəndis  işləyib 

siyasətə qoşulmuşdu, erməni azğınlıqları vaxtı “Difai”nin üz-

vüydü, sonra Milli Hökumətin daxili işlər, sənaye və ticarət 

naziri, millət vəkili oldu, “Dəyanət” vəqfini qurdu. Quruluş 

dəyişəndə, görünür, Nərimanovla yaxınlığı onu xilas elədi – 

yeni hökumətdə də vəzifə aldı.

  ...Bu  yeddi  ay  ərzində  hey  öz-özünə  sual  verirdi:  Xəlil 

bəylə  o  sərt  mükalimədən  sonra  istefa  vermək  qərarına 

gəlməsi səhv addım deyildi ki?

 “İstefa” deyəndə, onsuz da təmsil elədiyi hökumət yıxılan-

dan  sonra  gördükləri  işə  fəaliyyət-filan  demək  olmazdı. 




142

Sədrəzəmin  məqamında  da,  Xariciyyə  Nazirliyində  də 

vəziyyətin qeyri-müəyyənliyini dərk eləyib, sadəcə, səfarətlə 

əlaqələrə  son  qoymuşdular,  artıq  bütün  diqqətlər  Şura 

hökumətinə yönəlmişdi, o hökumət də yəqin yaxın müddətdə 

Osmanlı  dövlətinin  paytaxtına  olmasa  da,  Ankaraya  öz 

nümayəndəsini göndərəcəkdi. Əlbəttə, heydən düşmüş, da-

ğılmaqda  olan  imperiya,  başqa  imperiyanın  dağıntıları 

üzərində  qurulmuş,  hər  şeyi  dəyişməyə  can  atan  Şura 

hökumətinə  gərək  deyildi,  yəqin,  Moskvada  da,  Bakıda  da 

Ankaradan başlanmış hadisələrin nəticəsini gözləyirdilər.

  Amma  elə  səhəri  gün  Sədrəzəm  Ali  Rza  Paşanın  və 

xariciyyə  naziri  Mustafa  Rəşid  Paşanın  məqamlarına  getdi, 

“sabiq” sözü əlavə elədiyi vizit kartını göndərib vəzifəsinin 

icrasına xitam verməsi barədə qərarını onlara çatdırmalarını 

təvəqqe elədi. Sonra o məhzun qış günündə səfarətdən qalan 

cəmi üç nəfəri Zeynal bəyi, Mirzə Qədiri və Qamət Əfəndini, 

bir  də  tələbələri  yığıb  qərarını  bildirdi,  bundan  sonra 

neyləyəcəklərilə maraqlandı. 

 Mirzə Qədir Batuma yola düşmək fikrindəydi, orda Sovet 

hökumətinin  konsulluğu  vardı,  hər  halda,  başa  düşüb 

Vətəninə  getməyə  izacə  verərdilər;  Zeynal  bəy  boynunu 

çekstlərin boyunduruğuna salmaq fikrinə deyildi, neçə ay idi, 

Anadoluya keçmək barədə fikirləşirdi, əmin idi ki, orda yeni 

dövlətin  özülü  qoyulur;  Qamət  Əfəndi  Süleymaniyyə 

məscidindən limana enən küçədə, Yusif Vəzirin yaşadığı evin 

yüz addımlığındakı ata-babadan qalma mülkünün birinci qa-

tındakı  iri  otağı  abıra  salıb  qəhvəxana  açmaq  fikrindəydi, 

ailəsinin güzəranını başqa cür təmin eləyə bilməzdi. Tələbə-

lərəsə nəyin bahasına olur olsun, təhsillərini davam etdirməyi 

məsləhət  gördü.  Əhməd  Cəfəroğlu  qabiliyyəti  sayəsində 

təqaüd  ala  bilmiş,  Əmin  Gültəkinsə  Darülmüəl limeyndən 

Darülfünuna  keçmişdi,  ədəbiyyatı  öyrənirdi,  görkəmindən 

bilinirdi ki, maddi sıxıntı çəkir. 

 Əhməd Cəfəroğlu, Əlibəy Məmmədov, Sədi Hacı Həsən 

oğlu, Abdulla Tahirzadə qayıtmaq fikrində deyildilər, qalan-




143

larsa,  deyəsən,  yeni  hökumətin  vədlərinə  inanmışdılar, 

getmək istəyirdilər.

  “Orda  sizi  nələr  gözlədiyini,  yəqin,  bilirsiniz...”  –  Yusif 

Vəzir sınayıcı nəzərlə onları süzdü.

 “Hər halda, yeməyə bir tikə çörək verərlər”, – Hənəfi Zey-

nallı dilləndi.

 Belə bir vaxtda siyasi yönümünü bəyənmədiyi, bolşevik 

olmasından şübhələndiyi, buna görə də çox ünsiyyət saxla-

madığı Hənəfiylə münaqişəyə girişmək istəmədi:

 “Yolunuz açıq olsun, – dedi. – Qalanlara mümkün yardımı 

göstərməyə çalışacağıq”.

 “Bəs sən neyləyəcəksən?” – Zeynal bəy cavanlar gedəndən 

sonra çökmüş ağır sükutu pozub dilləndi.

 “Bilmirəm, qardaşım, – Yusif Vəzir pəncərədən qış mənzə-

rəsinə  baxa-baxa  dilləndi.  Sultanəhməd  camisinin  minarə-

lərindən  qəribə  hüzn  saçılırdı.  –  Əlbəttə,  Bakıya  qayıtmaq, 

müəllimliklə  məşğul  olmaq,  kitablarımı  yazmaq  istəyirəm. 

Elə bilirəm ki, Mirzə Qədir mənim məktubumu Batum kon-

sulluğuna çatdırmaqdan imtina eləməz”.

  “Əlbəttə,  buna  nə  söz  ola  bilər,  –  Mirzə  Qədir  əlini 

pensnesinə atdı. – Bəlkə, göndərdiyiniz məktubun mənə də 

xeyri oldu”.

 “Sabahdan da darülfünunun kitabxanasında daimi məs-

kun olacağam, ağlımda yazmalı mövzular var”.

  Batum  konsulluğuna  göndərdiyi  məktubda  yalvarış, 

tövbə-filan  yox  idi;  yazmışdı  ki,  vəzifəsinə  könüllü  surətdə 

xitam verir, Azərbaycanın nəfinə çalışmağa hazırdı, bundan 

sonra neyləyəcəyi barədə sərəncam gözləyir.

***


 Elə səhəri gün də Mirzə Qədiri birtəhər düzəltdikləri yol-

puluyla limana yola salıb il yarım ərzində səfarətin yazışma-

larını,  yığılan  sənədləri  –  hökumət  xəbərlərini,  ermənilərlə 

münaqişəyə dair topladığı sənədləri, “Azərbaycan” qəzetinin 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə