Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə41/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   37   38   39   40   41   42   43   44   ...   185

134

olmadığı barədə şəhadətnamə verir, uğurlu yol arzulayırdı. 

Levlə görüşəndə, hətta, əlini onun yanağına da çəkdi:

 “Ümidvaram ki, şəhərimiz xoşuna gələcək!”

 Həmin məqamda Leo çox şey deyə bilərdi, amma, elə bil, 

nitqi  tutulmuşdu,  yalnız  gülümsəməyi  bacardı.  Komissiya 

üzvlərindən biri pasportlara möhür vuranda Abram Nussim-

baum nəzakətlə minnətdarlıq elədi:

 “Çəkdiyimiz əzablardan sonra bu qədər hörmətlə qarşı-

lanmaq bizi xoşbəxt eləyir. Hər şeyə görə minnətdarıq”.

  Limana  enəndə  Mdivani  və  oğluyla  bir  də  vidalaşdılar. 

Leo canını təxəyyülü, fantaziyası, arzusu olmayan oğlandan 

qurtardığına görə, özündə qəribə yüngüllük hiss elədi.

 Nussimbaumlar körpüdən Qalata səmtə keçəcəkdilər.

  Paroxoddan  enən  insan  axınının  bir  dəstəsinə  qoşulub 

gedirdilər.  Körpünün  qurtaracağında  düzülmüş  ağ  geyimli 

adamlar gələnlərdən torpaqbasdı haqqı alırdılar. Mühacirlər 

dinməzcə  əllərini  ciblərinə  salır,  yerləşmək  üçün  müxtəlif 

səmtlərə üz tuturdular.

 Leo qəhvəyi uniformalı əsgərlərə baxa-baxa onların niyə 

bu şəhərdə olduqlarından baş çıxarmağa çalışırdı. Atası de-

yirdi, müttəfiqlər Sultanı, üstəlik, müsəlmanların xəlifəsini 

millətçilərdən qoruyurlar. Əgər beləydisə, bununla Osmanlı 

imperiyası  salamat  qalacaqdısa,  deməli,  məqsədləri  xe-

yirxah idi.

  Sonralar  gördüklərini  bəzəyib-düzəyib  yazacaqdı:  “Bax 



gör  avropalılar  necə  nəzakətlidilər,  –  atama  dedim,  –  onlar  bizi 

evimizdən, Vətənimizdən çıxardılar, burdasa bizi aparıcı dövlətlərin 

nümayəndələri və elm xadimləri gözləyirlər”. “Hə, hə, – atam ca-

vab verdi, – biz hələ də Avropadan çox geridəyik.” Gəmidən ayrılıb 



beynəlxalq dərəcəli böyük otellərdən birinə getdik və yolda Avropa 

tərzində plakat gördük: “Petits Şants”da bu gün dünyanın ən bö-

yük tamaşası olacaq”...

 


135

***


  Qalata  qülləsinin  yaxınlığındakı  “Pera  Palas”  otelində 

nisbətən  ucuz  nömrədə  yerləşdilər.  Frau  Şultenin  çarpayısı 

pərdəylə  ayrılmışdı,  buna  Abram  Nussimbaum  xeyli  dil 

tökəndən sonra nail olmuşdu. Oteldə nə qədər qalacaqlarını 

bilmirdi,  əlbəttə,  şimaldan  və  şərqdən  axın-axın  gələn 

mühacirlərin  doluşduğu,  üstəlik,  müttəfiq  əsgərlərinin  qay-

naşdığı, yerli camaatın kədərli və qəzəbli olduğu bu şəhərdə 

uzun müddət qalmaq fikrində deyildi, mümkün qədər qısa 

müddət ərzində daimi dayanacaq yerini müəyyənləşdirməli, 

şalvarının  astarındakı  saxlancı  tükənənəcən  gəlir  mənbəyi 

tapmalıydı. Dəbdəbəli otelin ən ucuz nömrələrindən birində 

yerləşmək üçün dil tökməsi onu utandırırdı. İndi də fikri-zik-

ri  gələcəklə  bağlıydı,  paroxodda  rastlaşdığı,  bu  oteldə 

yerləşmiş  bir  neçə  tale  yoldaşıyla  uzun-uzadı  neyləməli  ol-

duqlarını müzakirə eləyir, çıxış yolları arayırdı.

 Amma Leonu bütün bunlar maraqlandırmırdı, başlıcası, 

indi aləmin qəlbinin döyündüyü şəhərə, dünyanın ən qədim 

imperiyasının  paytaxtına,  suların  əhatəsindəki  yeddi  təpə 

üzərində əzəmətlə dikələn möcüzəli şəhərə gəlib çıxmışdı, bu 

şəhər qala divarları, qüllələri, sarayları, cameləri, kilsələri, si-

naqoqları,  bazarları,  körpüləri,  dəniz  mənzərələrilə  onu 

vəcdə  gətirir,  üstəlik,  heyrətamiz  dərəcədə  tanış  gəlirdi. 

Oteldə yerləşib aclığını öldürəndən dərhal sonra frau Şulte-

nin gözündən yayınıb özünü bayıra atmışdı, az qala, təngnəfəs 

halda enişli-yoxuşlu küçələri dolaşır, şərqlə qərbi hər addım-

da  xatırladan  cürbəcür  geyimli  adamlara  göz  qoyur,  tanış-

yad dillərdə söylənən sözləri eşidirdi.

  Qalata  qülləsindən  dənizə  tərəfə  gedəndə  elə  səkidəcə 

oturmuş,  təxminən  həmyaşıdı  olan  oğlan  soyuqdan  əllərini 

ovuşdura-ovuşdura onu səslədi:

 “Hey, arkadaş, levrek istiyormusun? – Sonra gülümsəyib 

mırıq dişlərini göstərdi. – Çox keyfli balık!”




136

  Deyilənləri  başa  düşdü.  Bakıda  bu  cür  uşaqlarla  tez-tez 

qarşılaşardı:  “Ey,  ay  oğlan,  balıq  istəmirsənmi?  Çox 

ləzzətlidi!” “Levrek” də, yəqin, kütüm-filan kimi, balığın nö-

vüydü. Əlilə “yox” işarəsi verib yoluna davam elədi. Əlbəttə, 

bu dili öymədiyinə görə, təəssüf hissi keçirirdi, Konstantino-

polda yaşamalı olsa, bir-iki kəlməylə baş çıxara bilməz.

  Burda,  xəyallarının  şəhərində  yaşamağısa,  çox  istərdi. 

Əlbəttə,  Avropaya,  hətta  Amerikaya  getməyi  də  arzulayır. 

Amma Avropayla Amerika hələ gözləyər. Hər halda, on dörd 

illik  ömrünün  on  üç  ilini  Bakıda  –  Şərqlə  Qərbin  qəribə  və 

təkrarsız  tərzdə  çulğaşdığı  şəhərdə  keçirmişdi,  böyüdüyü 

mühit Avropa qəlibinə sığışsa da, ruhunda Şərqin təsiri daha 

üstün idi. Hər səhər yuxudan İçərişəhər məscidlərindən uca-

lan  azan  səslərilə  oyanmışdı,  gündə  neçə  dəfə  o  sehrli  səsi 

eşitmişdi, Əsədullayevlərin, Aşurbəyovların, Dadaşovların... 

evlərində zahirən Qərb, batinən Şərq mühitinin şahidi olmuş-

du. Görünür, Qərbli olmaq üçün uzun illər əziyyət çəkməli 

olacaq.

 “Leo, görürəm ki, sənin bu şəhərdən getmək fikrin yoxdu, 



– Abram yarıtəəccüb-yarıtəəssüflə oğluna baxırdı. – Fikrimcə, 

burdan  mümkün  qədər  tez  çıxmalıyıq.  Bu  gün  eşitdim, 

ingilislər  Sultanı  məcbur  eləyiblər  ki,  millətçilərin  başçısı 

Mustafa Kamal Paşa barədə ölüm fitvası verdirsin. Ola bilsin, 

xilafət  qoşunu  adı  altında  millətçilərə  hücum  eləsinlər.  Bir 

sözlə, havadan müharibə iyi gəlir, oğlum”.

  Leo  iri  gözlərini  geniş  açıb  atasına  baxır,  son  illərdə, 

xüsusilə  Türküstan,  Buxara  və  İran  macəralarından  sonra 

onun  necə  sürətlə  qocaldığının  fərqinə  varırdı.  Saçı  xeyli 

ağarmışdı, sifəti kədərliydi, gözlərinin altı qaralıb torbalan-

mışdı.

  “Əlbəttə,  məmnuniyyətlə  qalardım.  Düzdü,  deyirsiniz, 



Avropada əmin-amanlıqdı, qayda-qanun var, amma, məncə, 

burda  da  yaşamaq  daha  maraqlıdı;  müttəfiq  əsgərləri, 

mühacirlər,  xilafətçilər,  millətçilər...  var,  bazarlar,  qəhvə-

xanalar, meyxanalar, vağzallar dolub-daşır...”




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə