Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə44/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   40   41   42   43   44   45   46   47   ...   185

144

ikiillik  dəstini,  Zeynal  bəy  və  Qamət  Əfəndinin  köməyilə 

Süleymaniyyəyə, Katanov kitabxanasına aparıb fonda təhvil 

verdi, o gündən özü də kitabxananın oxu zalında məskunlaşdı, 

aradabir axtardıqlarını tapmaq üçün Ali Əmiri Əfəndinin və 

Bursalı Muhamməd Tahirin kitabхanalarına baş çəkdi.

 Hələ ki, Xeyriyyə xanımın mərhəməti və şəfqəti köməyinə 

çatırdı, Batumdan gələcək xəbəri gözləyə-gözləyə hər səhər 

evdən çıxır, Süleymaniyyə məscidinə doğru dikilən yoxuşla 

qalxıb darülfünunun tağlı darvazasından içəri girir, şəhərin 

qaynar həyatında təcrid olunmuş sakit zalda yerini tutur, ya-

zı-pozusuyla  məşğul  olurdu.  Nə  vaxtdandı  Azərbaycan 

ədəbiyyatı barədə əsər başlamışdı, kitabxanadan tapdığı ma-

teriallarla  oxuyub-bildiklərini  bir  araya  gətirib  tarixi  xülasə 

yaratmaq istəyirdi, sonra da məmləkətinin tarixi, coğrafiyası, 

iqtisadiyyatı barədə nəsə yazmaq fikrindəydi. Bir də son ay-

larda yaddaşını qurdalayan mövzu vardı – realnı məktəbdə 

oxuduğu illərlə bağlıydı, daha doğrusu, o vaxtdan başlayıb 

cümhuriyyətin süqutunacan davam eləyəcəkdi.

 Tez-tez Mir Abdulla yadına düşürdü. Burda, İstanbul da-

rülfünunda qalan uşaqların pərişan halını görəndə ürəyi par-

çalanır, qardaşını xatırlayırdı. Səfarətxanaya ayrılan vəsait bir 

yana,  bu  binəva  tələbələrin  xərci  üçün  ayrılmış  vəsait  belə 

gəlib çatmamışdı, bir il ərzində nə vardısa, xərcləyib, az qala, 

səfil vəziyyətə düşmüşdülər. Hətta, biri təhsildən əl çəkib li-

manda tərcüməçilik eləyirdi: səhərdən-axşamacan Qızılbuy-

nuzda  dolaşır,  Batumdan,  yaxud  İtaliyadan  gələn  gəmiləri 

gözləyir,  rus  və  fransız  dili  bilənlərə  ehtiyac  duyanların 

sayəsində az-çox qazanır, yoldaşlarına əl tuturdu. Miriyə son 

dəfə dörd ay əvvəl üç yüz əlli frank göndərmişdi, buna da bir 

ay  yarıac-yarıtox  yaşamaq  olardı,  qalanı  Allahın  mərhə-

mətindən asılıydı.

 O sıxıntılı günlərinin birində də elə kitabxanadaca Vyana 

universitetindən gəlmiş professor Fridrix fon Kraelitz-Qrey-

henhorstla  qarşılaşdı.  Görünür,  kitabxanaçılardan  məlumat 



145

almışdı,  Kraelitz  özü  ona  yaxınlaşdı,  ləhcə  açıq  duyulan 

türkcədə  Vyanadan  gəldiyini,  türk  dilinin  şivələrinə  dair 

araşdırmalar apardığını, maraq hədəfinin ümumtürk ədəbiy-

yatı  olduğunu  söylədi.  Cavabını  babat  almancada  alanda 

heyrətləndi, hətta bir qədər də sevindi. O gündən fasilələrdə, 

bəzən  də  evə  qayıdanda  görüşürdülər,  bir  dəfə  professoru 

Xeyriyyə  xanımın  süfrəsinə  də  dəvət  eləmişdi.  Amma  bu 

ünsiyyətin ömrü o qədər də uzun olmadı. Yaz girər-girməz 

fon Kraelitz Vyanaya qayıtdi, onda da üvanını verdi:

 “Bu mənim ünvanımdı, Bleştrümqasse 8\9. Vyanada olsa-

nız,  mütləq  mənə  baş  çəkin.  Həm  də  indi  yazdığınız  kitab 

məni  çox  maraqlandırır,  nəşr  olunanda  bir  nüsxəsini  əldə 

eləmək istərdim”.

 “Mütləq, professor, – söz verdi, – Vyanaya yolum düşməsə 

də, sizə kitab göndərərəm”.

 Alman türkoloqla bu xoş ünsiyyəti də, İstanbul Darülfü-

nunda  türk  ədəbi  tarixindən  dərs  deyən  Fuad  Köprülüylə, 

fransız şirkətində çalışan Əbdülhəq Şinasiylə hərdənbir görü-

şüb dərdləşmələri də narahatlığına son qoya bilmədi: Batum-

dan  bir  xəbər  gəlmirdi.  Görünür,  məktubunu  ya  bir  küncə 

atıb unutmuşdular, ya da cavab verməyi lazım bilməmişdilər, 

şübhəsiz,  Müsavatın  üzvü  olan  Milli  hökumətin  Ukayna, 

Krım, Polşa və Osmanlı imperiyasındakı səfiri işləmiş adam 

ideoloji  cəhətdən  yetkin  şəxs  olmalıydı,  bu  da  Şura 

hökumətinə lazım deyildi: onlar Hacınski kimi dərhal dəyişən 

adamlara  üstünlük  verirdilər,  belələrini  ram  eləmək  daha 

asan idi. Get-gedə ümidi öləziyir, Bakıya qayıtmaq planların-

dan birdəfəlik əl çəkməli olurdu. 

 Martın ortalarında Berlində Tələt Paşanın qətlə yetirilməsi 

xəbəri gəldi: sabiq sədrəzəm “Nemezis”in siyahısında birin-

ciydi,  göndərdikləri  Soqomon  Teyleryan  onu  Almaniyanın 

paytaxtında yaxalamışdı. Təbii ki, bu sonuncu qətl olmaya-

caqdı; fikrincə, bir mərkəzdən idarə olunan, yaxşı təşkil olun-

muş qətllər İstanbuldan da yan ötməyəcəkdi. 



146

 Bir-iki dəfə Sitarə xanıma baş çəkib Əhməd bəydən xəbər 

tutmuşdu. Onda Sitarə xanım ərinin məktublarını vermişdi 

ki, oxusun. “Xatirəm ta uzaqlara, gənclik zamanıma, Qarabağa, 



Qalanın  o  gözəl  dağlarına,  “Başıuca”ya,  “Daşaltı”ya,  “Heydər 

düzü”nə,  “Şahneçin”ə  və  “Dəlikli  daş”a,  o  yerləri  gəzib-dolan-

mağıma getdi. – Bir məktubunda yazırdı. – Bütün keçmişlər, bü-

tün əqrəbalar, dostlar, evimiz, bağçalarımız birər-birər gözlərimiz 

önündən gəlib keçdi”. Onda qəhərdən boğazının qovuşduğunu 

hiss eləmişdi. “Yusif bəy Vəzirov bu gün də Azərbaycan tabeliyində 



sayılırmı? – Digər məktubunda soruşurdu. – Oralarla yazışır-

mı?  Rica  edirəm,  bu  xüsuslara  dair  mənə  məlumat  göndərin”.  – 

Bunu  oxuyanda  da  müəlliminin  diqqətindən  kövrəlib  son 

vaxtlar  onu  bir  qədər  unutduğuna  görə  bərk  xəcalət  çəkdi, 

ürəyində özünü dönə-dönə qınadı.

 Mayın 28-də evdən çıxanda dolaşıq hisslərin burulğanına 

düşmüşdü. Düz üç il bundan əvvəl ölkəsinin müstəqilliyinə 

sevinmiş,  iki  il  qabaq  o  neməti  sevinc  duyğylarıyla  qeyd 

eləmişdi. İndisə yeganə sevinci müəllimi Əhməd bəy Ağaoğ-

lunu qarşılamaqla bağlıydı. Aprelin əvvəllərində müttəfiqlər 

Maltaya  sürgün  olunanları  buraxmağa  qərar  vermişdilər. 

Keçmiş əsirlər Ankaranın Pomadakı nümayəndəliyinə təhvil 

verilmiş, böyük çətinliklərdən sonra məmləkətlərinə yola sa-

lınmışdılar.  Əhməd  bəy  Ağaoğluyla  görüşəcəyi  qəlbində 

özünün də baş açmadığı ümid oyandırmışdı.

 ...O yaz günü Malta sürgünlərinin İstanbula yetişməkdə 

olduqlarından xəbər tutdu. Keçmiş məhbusları gətirən gəmini 

qarşılayanlar arasında Yusif Vəzir də vardı. Payız günəşinin 

ilıq şüaları altında cilvələnən təbiət qəlbinin sevincini ikiqat 

artırmışdı. Qələbəliyin arasında dayanıb sahilə enən üzgün, 

amma xoşbəxt adamlara göz qoyur, nəzərlərilə Əhməd bəy 

Ağaoğlunu axtarırdı. Nəhayət, onu görəndə iki il ərzində nə 

qədər dəyişdiyinin, necə sınıxdığının fərqinə vardı. Qaraşın 

sifəti soğulub balacalaşmış, saçının ağı artmışdı, pensnesinin 

altından işaran gözlərinin işığı, elə bil, xeyli azalmışdı.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə